"Fransanın addımları Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında maraqlı olmadığını sübut edir" - DEPUTAT
"Fransa özünü sülh tərəfdarı olan ölkə kimi göstərsə də onun addımları birbaşa regionda mövcud sabitliyi pozmağa yönəlib".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirib.
Deputat qeyd edib ki, Fransanın ölkəmizə qarşı qərəzli və qarayaxma kampaniyası bizi təəccübləndirmir. Çünki Fransa jurnalistlərə qarşı təzyiqlər, miqrantların hüquqlarının pozulması və dini ayrı-seçkiliklə bağlı çoxsaylı nümunələrlə, eləcə də Fransanın dənizaşırı ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən zorakılıqlarla yadda qalan dövlətdir. Görünür xaosdan bəslənən Fransa dövləti Azərbaycanın təkbaşına regionda yeni reallıqlara imza atmasına və illərdir əlində ölkəmizə qarşı təzyiq kimi istifadə etdiyi Dağlıq Qarabağ münaqişəsini sonlandırmasını qəbul etmək istəmir. Bu gün Fransa özünü ermənilərin müdafiəçisi kimi göstərsə də əsil məqsədi hər birimizə məlumdur".
Deputat vurğulayıb ki, Fransa Milli Assambleyasının üzvlərinin ünvanladıqları suallara cavab olaraq, "Dağlıq Qarabağdan köçürülmüş" ermənilərə dəstək, "erməni məhbuslarının taleyi və onların azad edilməsi", "erməni dini və mədəni irsi," "Azərbaycan-Ermənistan sülh prosesində insan hüquqları", habelə "Azərbaycanda insan hüquqları" kimi məsələlərə dair Avropa və Xarici İşlər Nazirliyinin 23 iyun tarixində Parlamentin internet səhifəsində dərc edilmiş əsassız cavabları da bu ölkənin Azərbaycana qarşı növbəti qərəzli addımdır:
"Fransa Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarını pozmağa çalışır. Hazırda Fransa regionda qərəzli siyasət yürüdür, Ermənistanı silahlandırır və birtərəfli mövqe tutaraq iki ölkə arasındakı sülh prosesinə və danışıqlara ciddi əngəl törədir. Fransa rəsmiləri regionda sülh və sabitliyi dəstəklədiklərini iddia etsələr verdikləri açıqlamalar bunun tam əksini sübut edir. Fransa Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəmir. Ermənistanda və keçmiş işğal edilmiş ərazilərdə Azərbaycan mədəni irsinin məhv edilməsi, məscidlərin dağıdılması və vandalizmə məruz qalması faktlarını görməməzliyə vuran Fransa tərəfinin "erməni mədəni və dini irsi" ilə bağlı iddiaları şərh etməsi bu ölkənin qərəzli mövqeyinin göstəricisidir. Yaxşı olar ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin bitdiyini qəbul edib, Azərbaycanın regionda yaratdığı yeni reallıqlarla barışıb, öz ölkəsindəki mövcud problemlərinin həll yollarını axtarsın".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Bu ölkədə 10 avroya dağ havası satılır
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
"Bank of Baku"dan ŞİKAYƏT VAR
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Plastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?