"44 günlük Vətən müharibəsində ordumuz keçdiyi inkişaf yolunu və gücünü bütün dünyaya nümayiş etdirdi" - DEPUTAT

"44 günlük Vətən müharibəsində ordumuz keçdiyi inkişaf yolunu və gücünü bütün dünyaya nümayiş etdirdi" - DEPUTAT"Artıq Azərbaycan Ordusu 108 yaşını qeyd edir. 44 günlük İkinci Qarabağ müharibəsində ordumuz keçdiyi inkişaf yolunu və gücünü bütün dünyaya nümayiş etdirdi".

Bunu Sonxeber.az-a danışan deputat Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü, qüdrətli ordunun olması mütləqdir:

"1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrin, eləcə də ordu quruculuğunun inkişafında yeni mərhələ başladı:

"1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan arasında atəşkəs haqqında müqavilə imzalandıqdan sonra Milli Ordumuzun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Elə həmin dövrdən hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil gələcəyini düşünərək atdığı düşünülmüş addımlardan biri də Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasıdır. Ulu öndər Heydər Əliyev üçün hər zaman hərbi kadrların yetişdirilməsi daim prioritet məsələ kimi öndə dayanıb. Bu gün böyük fəxr hissi ilə qeyd edə bilərik ki, Azərbaycan ordusu beynəlxalq standartlara cavab verən, dünyanın ən güclü ordular sırasındadır. Həmçinin, Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu.

Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə "Planlaşdırma və analiz prosesi" proqramına, 2001-ci ildə isə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

2003-cü ildən Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən cənab prezident İlham Əliyev İlham Əliyev Silahlı Qüvvələrin modernləşdirilməsini dövlət siyasətinin strateji isiqamətlərindən biri kimi öndə saxlayır. Məhz atılan addımlar sayəsində 2020-ci ildə yaşadığımız tarixi Zəfər Azərbaycan Ordusunun qəhrəmanlığını, şücaətini nümayiş etdirdi. Amma 44 günlük Vətən müharibəsinə qədər 2016-cı il Aprel döyüşlərində, 2018-ci il Naxçıvan qələbələrində hansı imkanlara malik olduğunu işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə göstərmiş və öz xəbərdarlığını vermişdi".

Deputat vurğulayıb ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağın döyünən ürəyi Şuşanı işğaldan azad etməklə Ermənistanın kapitulyasiya aktını imzalanmağa məcbur etdi. Şuşa əməliyyatı tarixə qəhrəmanlıq dastanı kimi həkk olundu:

"Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edildi. Həmin medal və ordenlərin təsis olunması qələbənin əbədiləşdirməsi və iştirakçılara diqqətin təcəssümüdür. Həmçinin dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı tarix- 27 sentyabr Anım Günü, Şuşanın işğaldan azad edildiyi 8 noyabr Zəfər Günü kimi təsis edildi. Dövlət başçısı tərəfindən atılan hər bir addım xalqımıza Zəfər sevincini yaşadan Vətən oğullarının qəhrəmanlıqlarının, şücaətinin təbliğinə xidmət edir".

2023-cü ilin sentyabr ayında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası ilə tariximizə 20 Sentyabr-Dövlət Suverenliyi Günü də daxil oldu. Beş ildən çoxdur ki, bütün bayramları qalıb xalqın nümayəndələri kimi qeyd edirik. Dövlətimizin başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu gün əminliklə deyə bilərəm ki, 44 günlük Vətən mümüharibəsində əldə etdiyimiz möhtəşəm zəfərlə ölkəmiz üçün başlayan yeni dövr bundan sonra da uğurla da davam edəcək.

44 günlük Vətən müharibəsindən sonrakı dövr ordu quruculuğu prioritet məsələ kimi öndədir. Prezident İlham Əliyev postmünaqişə dövrünün hədəflərini açıqlayarkən bir daha bəyan etdi ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir.

Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış "Komando" silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 543   Tarix: 25 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Diplomatik səfər niyə erməni revanşist dairələrini narahat etdi?

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda formalaşmış yeni reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından mühüm hadisəyə çevrildi. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilat

17 sentyabr
.

ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr

16 sentyabr
.

"Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?

Şəmkir rayonunun Xuluf kəndində baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, ailədə tez-tez mübahisələr yaranırmış. Ev sahibi Nəzakət İsmayılova iddia edir ki, oğlu Rauf Vəliyev onunla mübahisə edir və ona fiziki təzyiq göstərirmiş:

17 sentyabr
.

Bakıda 29 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

Sabah - sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü

17 sentyabr
.

Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA

Xaricdə ali təhsil alan və ya universiteti bitirən Azərbaycan vətəndaşlarının diplomlarının tanınması ilə bağlı məsələlər son dövrdə hərbi xidmət baxımından da diqqət çəkir. Xüsusilə diplomun tanınması prosesinin tamamlanmaması şəxsin təhsil statusunun və hərbi xidmətə möhlət hüququnun necə qiymətləndirilməs

17 sentyabr
.

Ötən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord

Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"

16 sentyabr
.

Qarabağa diplomatik səfər niyə erməni dairələrində narahatlıq yaratdı? Yeni reallıqla köhnə siyasi ritorikanın toqquşması

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda yaranmış yeni siyasi reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından diqqət çəkən hadisəyə çevrildi. İki günlük səfərdə 58 ölkən

17 sentyabr
.

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında 3 illik memorandum imzalandı

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında əməkdaşlığın yeni mərhələsini müəyyən edən 3 illik memorandum imzalanıb. xəbər verir ki, memorandumun əsas məqsədi təhsil və psixoloji xidmətlər sahəsində əməkdaşlığın genişləndirilməsi, tələbə və gənclərin psixoloj

16 sentyabr
.

Alla Axundova vəfat etdi

Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad

17 sentyabr