Tualet kağızı ilə ağcaqanadları evdən uzaqlaşdırmaq - sınaqdan keçirilmiş üsul

Tualet kağızı ilə ağcaqanadları evdən uzaqlaşdırmaq - sınaqdan keçirilmiş üsulYay aylarında ağcaqanadlar ən rahat axşamları belə narahat edə, yuxunu poza və dişləmələrə səbəb ola bilər. Mütəxəssislər güclü kimyəvi vasitələrə ehtiyac olmadan istifadə edilə biləcək sadə bir üsul təklif edirlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bunun üçün yalnız bir rulon tualet kağızı və bir neçə damcı efir yağı kifayətdir.

Ağcaqanadlar insanları əsasən bədəndən yayılan qoxular və nəfəs aldıqda ayrılan karbon qazı vasitəsilə müəyyən edirlər. Bəzi təbii və kəskin ətirlər isə onların istiqaməti müəyyən etməsinə mane olur və həşəratları uzaqlaşdırır.

Mütəxəssislərin sözlərinə görə, evkalipt, nanə, sitronella, lavanda, çay ağacı, mixək və limonotu efir yağlarının qoxusu ağcaqanadları uzaq saxlamaqda daha təsirli hesab olunur.

Bu üsul necə hazırlanır?
Bu üsul üçün bir rulon tualet kağızı və təxminən 20 damcı sitronella, lavanda və ya evkalipt efir yağı lazımdır. Efir yağı tualet kağızının ortasındakı karton hissəyə və ya kağızın kənar qatlarına damızdırılır. Sonra rulon açıq pəncərənin yaxınlığında, pəncərəaltında, eyvanda və ya çarpayının yanında yerləşdirilir. Kağız efir yağını hopduraraq onun qoxusunu bir neçə saat ərzində otağa tədricən yayır.

Bir neçə efir yağını birlikdə istifadə etmək daha təsirlidir
Daha yaxşı nəticə əldə etmək üçün bir neçə efir yağını birlikdə istifadə etmək tövsiyə olunur. Sitronella ilə lavanda, evkalipt ilə nanə, çay ağacı yağı ilə limon və ya lavanda ilə mixək yağının birləşdirilməsi ağcaqanadları daha effektiv uzaqlaşdıra bilər. Bu qoxular insanlar üçün xoş olsa da, ağcaqanadlar onları sevmir.

Tualet kağızını harada yerləşdirmək lazımdır?
Qoxulu tualet kağızını ağcaqanadların evə daha çox daxil olduğu yerlərdə saxlamaq məsləhətdir. Onu pəncərənin, qapının və ya eyvanın yaxınlığında, bağ mebellərinin yanında, həmçinin terras və ya söhbətgahda yerləşdirmək daha yaxşı nəticə verə bilər. Kiçik otaq üçün bir rulon kifayət etsə də, böyük evlərdə bir neçə rulondan istifadə etmək mümkündür.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 38434   Tarix: 25 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir

Evdə bəzi sadə əşyalardan düzgün istifadə etmək gündəlik xərcləri azaltmağa kömək edə bilər. Onlardan biri də termosdur. xəbər verir ki, termosdan istifadə xüsusilə çay və qəhvə kimi isti içkiləri gün ərzində dəfələrlə yenidən hazırlamaq ehtiyacını azalda bilər. İçkini bir dəfə hazırlayıb termosda saxlama

12 sentyabr
.

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

Müasir həyatı elektrik enerjisi, su xətti, soyuducu və internetsiz təsəvvür etmək çoxları üçün çətindir. Lakin 84 yaşlı irlandiyalı Marqaret Qallager bütün ömrünü məhz belə yaşayıb və bu gün də həyatında heç nəyin əskik olmadığını deyir. xarici mediaya istinadən xəbər verir ki, Marqaret İrlandiyanı

14 sentyabr
.

Tətilə gedən ovçular küçədə qaban sürüsü ilə qarşılaşdı: Başmaqlarını heyvanlara atdı - VİDEO

Türkiyənin Kütahya şəhərindən Muğlanın Marmaris rayonuna tətilə gedən 4 ovçu gecə saatlarında küçədə dolaşan 5 vəhşi qabanla qarşılaşıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı ovçulardan Mehmet Özkanın ayağındakı başmaqları çıxararaq qaçan qabanların arxasınca atması sosial mediada böyü

14 sentyabr
.

Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər

Gecə yuxudan oyanaraq su içmək bir çox insanın qarşılaşdığı haldır. Bəzən bu, sadəcə gün ərzində kifayət qədər maye qəbul edilməməsi ilə bağlı olur. Lakin gecələr davamlı susuzluq hissi bəzi sağlamlıq problemlərinin də əlaməti ola bilər. xəbər verir ki, gecə saatlarında tez-tez susamaq və su içmək ehtiyac

12 sentyabr
.

Maşını gecə park edərkən bu səhvi etməyin

Avtomobili gecə park edərkən sürücülərin yol verdiyi bəzi səhvlər səhər saatlarında xoşagəlməz vəziyyətlərə səbəb ola bilər. xəbər verir ki, xüsusilə avtomobili ağacların altında və ya işıqlandırılmayan ərazilərdə saxlamaq riskli hesab olunur. Ağacların altında park edilmiş avtomobilin üzərinə gecə ərzind

13 sentyabr
.

Sentyabrın 2-ci yarısında hamı evinə qucaq dolusu sabun aparacaq - SƏBƏB?

Bir çox insan qatran sabununu yalnız kosmetoloji vasitə kimi qəbul edir. Lakin ondan müxtəlif səthlərdə və məişət əşyalarının təmizlənməsində də istifadə etmək olar. Xüsusilə də sentyabrın ortalarından havaların sərinləməsi ilə infeksion-respirator xəstəliklərə qapı açılacaq. Ona görə də bu "qapı"n

13 sentyabr
.

Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar

Alimlər doğum ayı ilə uzunömürlülük arasında maraqlı statistik əlaqə aşkarlayıblar. Araşdırmalara görə, 105 və daha çox yaşa çatan insanlar arasında dekabr ayında doğulanların sayı digər aylarda doğulanlarla müqayisədə daha çox olub. Təhlillər doğum mövsümü ilə ömür uzunluğu arasında müəyyən əlaqəni

12 sentyabr
.

Əfsanəvi boksçu doğum günündə öldü: 3 oğlunu və arvadını faciəli şəkildəitirmişdi

Dövrün ən güclü boksçuları, o cümlədən Məhəmməd Əli ilə qarşılaşmasına baxmayaraq, əfsanəvi boksçu heç vaxt nokdauna düşməmişdi. Əfsanəvi kanadalı boksçu Corc Çuvalo 89 yaşında vəfat edib. -ın xarici mediaya istinadən məlumatına görə, onun ölümü sentyabrın 12-də, doğum günündə baş verib. Çuvalo peşəka

14 sentyabr
.

Qızıl almaq istəyənlərin diqqətinə

Nyu-York birjasında qızıl və gümüşün qiymətində azalma qeydə alınıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızılın fyuçerslərinin qiyməti 0,78 faiz geriləyərək 4 373 ABŞ dollarına düşüb. Gümüşün fyuçerslərinin unsiya üzrə qiyməti isə 1,28 faiz azalaraq 64,09 ABŞ dolları təşkil edib

12 sentyabr