AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatdı

AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatdıAzərbaycan Hava Yolları (AZAL) donanmasına ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi əlavə edilib.

Sonxeber.az bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, təyyarə iyunun 25-də Hamburq şəhərində keçirilən tədbirdə təhvil alınıb və artıq Heydər Əliyev Hava Limanına çatıb..

Sözügedən yeni nəsil hava gəmisinin donanmaya qoşulması ilə AZAL-ın donanmasında "Airbus "A319ceo", "A320ceo", "A320neo" və "A321neo" tipli təyyarələr istismar olunur.

Yeni nəsil "Airbus A321neo"nun təyyarə parkına daxil edilməsi AZAL-ın donanmanın modernləşdirilməsi strategiyası çərçivəsində növbəti mühüm mərhələdir. Yeni təyyarə yüksək tələbat olan istiqamətlərdə sərnişindaşıma imkanlarının genişləndirilməsinə, əməliyyat səmərəliliyinin yüksəldilməsinə və sərnişinlərə təqdim olunan xidmət keyfiyyətinin daha da təkmilləşdirilməsinə töhfə verəcək. Eyni zamanda, hava gəmisinin istismara verilməsi AZAL-ın marşrut şəbəkəsinin gələcək inkişafı və genişləndirilməsi üçün əlavə çeviklik imkanları yaradacaq.

"Airspace" salon konsepsiyası yeni nəsil "Airbus A321neo" təyyarəsində sərnişin rahatlığının yeni standartını təqdim edir. Təyyarə sərnişinlərə daha geniş və komfortlu salon təcrübəsi təqdim edən müasir interyer, fərdiləşdirilə bilən salon işıqlandırması, böyüdülmüş pəncərələr, tam LED işıqlandırma sistemi və genişləndirilmiş əl yükü bölmələri ilə təchiz olunub. Bununla yanaşı, əvvəlki nəsil təyyarələrlə müqayisədə "Airbus A321neo" hər oturacaq üzrə təxminən 20 faiz daha az yanacaq sərfiyyatı və karbon emissiyası təmin edir, eyni zamanda 7 400 kilometrədək uçuş məsafəsinə malikdir.

Tək keçidli təyyarələr seqmentində ən geniş salonlardan birinə malik olan yeni nəsil "Airbus A321neo" 191 sərnişin tutumuna sahibdir. Təyyarə ən son nəsil bortdaxili əyləncə sistemi (IFE) və yüksək sürətli "Wi-Fi" xidməti ilə təchiz olunub. Bu isə sərnişinlərə uçuş müddətində rəqəmsal xidmətlərdən istifadə etməyə, bortdaxili əyləncə xidmətlərindən faydalanmağa və daim əlaqədə qalmağa imkan verir.

Bu yaxınlarda daha bir yeni nəsil Airbus A320neo təyyarəsinin donanmaya qoşulmasının ardınca Airbus A321neo-nun da istismara verilməsi AZAL-ın müasir və yanacaq sərfiyyatı baxımından səmərəli təyyarə parkının inkişafına verdiyi önəmi bir daha təsdiqləyir.

Qeyd edək ki, uzunmüddətli inkişaf strategiyası çərçivəsində AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı planlaşdırır. Cari ilin sonunadək aviaşirkət daha bir neçə yeni hava gəmisinin təhvil alınmasını gözləyir. Bununla da 2026-cı ildə donanmaya daxil olan yeni təyyarələrin sayı səkkizə çatacaq ki, bu da AZAL tarixində bir il ərzində qeydə alınan ən irimiqyaslı donanma yenilənməsi olacaq.

Bu, aviaşirkətin marşrut şəbəkəsinin genişləndirilməsi planlarını dəstəkləməklə yanaşı, AZAL-ın regionun aparıcı hava daşıyıcılarından biri kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.

AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatdıAZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatdıAZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatdıAZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatdıAZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatdıAZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatdıAZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatdıAZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatdıAZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatdıAZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatdıAZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatdıAZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatdıAZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatdıAZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatdı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 293   Tarix: 26 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 29 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

Sabah - sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü

17 sentyabr
.

Alla Axundova vəfat etdi

Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad

17 sentyabr
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16 sentyabr
.

Bakıda dini liderlərin mühüm görüşü: İlham Əliyev sülh və həmrəyliyin vacibliyini vurğuladı

Bakıda Türk dünyasının və Qafqazın dini liderlərini bir araya gətirən mühüm görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılar

17 sentyabr
.

Metro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı

"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr

17 sentyabr
.

"Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?

Şəmkir rayonunun Xuluf kəndində baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, ailədə tez-tez mübahisələr yaranırmış. Ev sahibi Nəzakət İsmayılova iddia edir ki, oğlu Rauf Vəliyev onunla mübahisə edir və ona fiziki təzyiq göstərirmiş:

17 sentyabr
.

"Leobank" kütləvi şikayət atəşinə tutuldu

Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi

16 sentyabr
.

ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr

16 sentyabr
.

İş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlam

17 sentyabr