Dərmansız diş ağrısını kəsməyin yolu

Dərmansız diş ağrısını kəsməyin yoluDiş ağrısı insanın gündəlik həyatını çətinləşdirən ən dözülməz ağrılardan biri hesab olunur. Hər zaman dərhal stomatoloqa müraciət etmək mümkün olmadığından, mütəxəssislər ağrını müvəqqəti azaltmağa kömək edə biləcək bəzi üsulları açıqlayıblar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ən sadə və təsirli vasitələrdən biri duzlu su ilə qarqara etməkdir. Bunun üçün bir stəkan ilıq suya bir çay qaşığı duz əlavə edib qarışdırmaq kifayətdir. Duz təbii antiseptik xüsusiyyətə malik olduğundan ağız boşluğundakı bakteriyaların azalmasına, iltihabın zəifləməsinə və ağrının yüngülləşməsinə kömək edə bilər.

Mütəxəssislər diş ağrısı zamanı isti kompres deyil, soyuq kompresdən istifadə etməyi tövsiyə edirlər. Soyuq su ilə isladılmış parça və ya dəsmala bükülmüş buz ağrıyan nahiyəyə tətbiq edilə bilər. Lakin üz sinirinin zədələnməməsi üçün buzun uzun müddət saxlanılması məsləhət görülmür.

Sarımsaq da xalq arasında diş ağrısına qarşı istifadə olunan vasitələrdən biridir. Əzilmiş sarımsaq dişin üzərinə qoyulduqda tərkibindəki antibakterial maddələr müəyyən qədər rahatlıq yarada bilər. Ancaq ağız boşluğunun selikli qişasında qıcıqlanma və ya yanıq yaratmaması üçün ehtiyatla istifadə olunmalıdır.

Qərənfil yağı da diş ağrısını azaltmaq üçün ən çox istifadə edilən təbii vasitələrdən sayılır. Onun tərkibindəki evgenol maddəsi təbii ağrıkəsici təsir göstərərək sinir uclarını sakitləşdirə bilər. Bunun üçün pambıq parçasını bir neçə damcı qərənfil yağı ilə isladıb ağrıyan dişin üzərinə qoymaq kifayətdir.

İstifadə olunmuş nanə çayı paketinin soyudularaq ağrıyan dişin üzərinə qoyulması da müvəqqəti rahatlıq verə bilər. Nanənin sakitləşdirici təsiri ağrının azalmasına kömək edir.

Vanil ekstraktı da bəzi hallarda faydalı hesab olunur. Tərkibindəki antioksidantlar və az miqdarda spirt iltihabı azaltmağa və ağrını zəiflətməyə kömək edə bilər. Bunun üçün az miqdarda vanil ekstraktı pambığa çəkilərək ağrıyan nahiyəyə tətbiq edilir.

Mütəxəssislər buğda cücərtisi şirəsi ilə ağız yaxalamağın da faydalı ola biləcəyini bildirirlər. Tərkibində yüksək miqdarda xlorofil olan bu içki bakteriyaların azalmasına və diş əti iltihabının zəifləməsinə kömək edə bilər.

Həkimlər vurğulayırlar ki, bu üsullar yalnız müvəqqəti rahatlıq yaratmaq məqsədi daşıyır. Ağrı uzun müddət davam edərsə, güclənərsə və ya şişkinlik, hərarət kimi əlamətlərlə müşayiət olunarsa, mütləq stomatoloqa müraciət etmək lazımdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 367   Tarix: 26 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA

Dünya bazarında ərzaq məhsullarının qiymətində azalma müşahidə olunsa da, bu tendensiya Azərbaycanın daxili bazarında özünü eyni şəkildə göstərmir. FAO-nun oktyabr ayı üzrə göstəricilərinə əsasən, qlobal Ərzaq Qiymətləri İndeksi 1,2 faiz azalıb. Azərbaycanda isə əksinə, həmin ay ət və ət məhsulları

17 noyabr
.

"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar

Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"

16 noyabr
.

Bakıda müşavirələr keçirildi - Qarlı havalara hazırlıq tədbirləri müzakirə olundu

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir. xəbər verir ki, ilk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarınd

17 noyabr
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullarda bahalaşm

15 noyabr
.

Güclü küləkdə paytaxtda 32 ağac sınıb - Fotolar

Noyabrın 15-i axşam saatlarından başlayaraq paytaxtda əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb. xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda ötən gündən etibarən müşahidə olunan gücl

16 noyabr
.

Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahibi ilə kirayəçi arasında yaranan mübahisələrdən biri də mənzilin boşaldılması tələbi ilə bağlıdır. Bəzi hallarda ev sahibləri kirayə haqqının gecikdirilməsini, müqavilə müddətinin başa çatmasını və ya mənzilə özlərinin ehtiyac duymasını əsas gətirərək kirayəçidən evi qıs

17 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Yevlaxda ağır qəzada 2 nəfər öldü

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Naftalan şəhər sakinləri - 200-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tura

17 noyabr
.

Noyabr ayının pensiyaları ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

17 noyabr