Kayrat Sarıbay: "Gənclər dayanıqlı regionun qurulmasında aktiv iştirakçılardır"
"Bu günün gəncləri inkişaf siyasətinin sadəcə faydalanan tərəfi deyil, daha dinc, firavan və dayanıqlı regionun qurulmasında fəal tərəfdaşlardır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Gənclər Şurasının 9-cu iclasında deyib.
O bildirib ki, innovativ yanaşmaları və vətəndaş fəallığı cəmiyyətlərimizin üzləşdiyi mürəkkəb çağırışların aradan qaldırılması üçün əvəzsiz əhəmiyyət daşıyır:
"Gənclər Şurasının builki iclasının "Dayanıqlı şəhər inkişafının təşviqində gənclərin iştirakı" mövzusu olduqca aktual və xüsusi əhəmiyyət kəsb edir. Urbanizasiya cəmiyyətlərimizi sürətlə dəyişdirir. Şəhərlər iqtisadi inkişafın, innovasiyanın və mədəni mübadilənin mərkəzinə çevrildiyi kimi, eyni zamanda ekoloji dayanıqlılıq, sosial inklüzivlik və ictimai sağlamlıqla bağlı ciddi çağırışlarla da üzləşirlər. Rəqəmsal dövrün nümayəndələri və dəyişikliklərin aparıcı qüvvəsi olan gənclər bu problemlərin həlli üçün innovativ yanaşmalar irəli sürmək, daha ağıllı, daha yaşıl və daha dayanıqlı şəhər mühitinin formalaşdırılmasına töhfə vermək potensialına malikdirlər".
Baş katib vurğulayıb ki, bugünkü görüşün regionun ən iddialı şəhərsalma və yenidənqurma layihələrindən birinin həyata keçirildiyi Bakı Ağ şəhərində reallaşması xüsusi rəmzi məna daşıyır:
"Mən bütün iştirakçıları Gənclər Şurasının bu iclasından region ölkələrinin gənc liderləri arasında dialoqu inkişaf etdirmək, əldə olunan təcrübələri və uğurlu nümunələri bölüşmək üçün səmərəli platforma kimi istifadə etməyə çağırıram".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 219 Tarix: 26 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 29 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq
Sabah - sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü
17 sentyabrAlla Axundova vəfat etdi
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad
17 sentyabrRamiz Mehdiyevin işində onlar da dindirilib
Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə
16 sentyabrMetro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı
"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr
17 sentyabr"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi
16 sentyabrADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr
16 sentyabrİş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA
Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlam
17 sentyabr