Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? - Deputat açıqladı

Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? - Deputat açıqladıRusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina büdcə xərclərinin artması və yanacaq qiymətlərinin kəskin yüksəlməsi fonunda ölkədə inflyasiya risklərinin kritik həddə çatdığını bəyan edib. "Rosstat"ın məlumatına görə, pərakəndə satışda benzin ilin əvvəlindən bəri 6.6% bahalaşıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə ikiqat artımdır.

Ekspertlər daxili bazardakı bu kəskin yanacaq qıtlığı və bahalaşmanı Ukraynanın Rusiyadakı neft emalı zavodlarına (NEZ) ardıcıl zərbələr endirməsi ilə əlaqələndirirlər. Maraqlıdır, Azərbaycanın "Aİ-95" markalı benzini idxal etdiyi ölkələr siyahısında 3-cü yerdə qərarlaşan Rusiyadakı bu gərginlik bizim daxili bazara və ticarət dövriyyəsinə necə təsir edəcək? Rusiya daxili bazarındakı bahalaşma ölkəmizdə yanacağın qiymətlərinə təsir göstərə bilərmi?

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Rusiyada baş verən qiymət artımlarının Azərbaycanın istehlak bazarına təsirlərini minimumlaşdırmaq imkanları mövcuddur:

"Azərbaycanda "Aİ-92" markalı benzinin qiyməti dövlət tərəfindən təzimlənir və tənzimlənən qiymətlər siyahısındadır. Amma "Aİ-95" premium markalı benzin xaricdən idxal olunur. Bu benzin növü yalnız Rusiyadan deyil, eyni zamanda bir sıra digər ölkələrdən də gətirilir.

Nəzərə alsaq ki, Rusiyada benzinin qiymətindəki artımlar yeni deyil, əvvəlki aylarda və hətta ötən il də orada qiymət artımı müşahidə olunurdu. Azərbaycan artıq idxalı şaxələndirməyə, yəni diversifikasiya etməyə çalışır. Digər alternativ ölkələrdən də premium markalı benzinin idxalı həyata keçirilir".

V.Bayramov yerli istehsal faktorunu və qlobal neft bazarındakı son tendensiyaları da xüsusi vurğulayıb:

"Artıq ölkəmizdə yerli istehsal da təşkil olunub. Bu kontekstdən yanaşsaq, Rusiyadakı benzinin qiymətinin yüksəlməsi Azərbaycan bazarına ciddi təsir göstərməməlidir. Çünki alternativlərin olması praktik olaraq bazardakı qiymətlərin optimallığını qoruyub saxlamağa imkan yaradır.

Ümumiyyətlə, qlobal miqyasda neftin bazar qiymətindəki artımlar dünya bazarında yanacağın qiymətini yüksəltmişdi. Lakin Hörmüz boğazındakı çətinliklər aradan qaldırıldıqdan, xüsusən də ABŞ və İran arasındakı son anlaşmadan sonra neftin qiyməti artıq optimallaşıb və müəyyən qədər azalıb. Ona görə də Azərbaycan idxal coğrafiyasını genişləndirməklə və digər ölkələrdən benzin alışını artırmaqla daxili bazarda kəskin qiymət dalğalanmalarının qarşısını ala bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 325   Tarix: 26 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA

Dünya bazarında ərzaq məhsullarının qiymətində azalma müşahidə olunsa da, bu tendensiya Azərbaycanın daxili bazarında özünü eyni şəkildə göstərmir. FAO-nun oktyabr ayı üzrə göstəricilərinə əsasən, qlobal Ərzaq Qiymətləri İndeksi 1,2 faiz azalıb. Azərbaycanda isə əksinə, həmin ay ət və ət məhsulları

17 noyabr
.

"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar

Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"

16 noyabr
.

Bakıda müşavirələr keçirildi - Qarlı havalara hazırlıq tədbirləri müzakirə olundu

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir. xəbər verir ki, ilk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarınd

17 noyabr
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullarda bahalaşm

15 noyabr
.

Güclü küləkdə paytaxtda 32 ağac sınıb - Fotolar

Noyabrın 15-i axşam saatlarından başlayaraq paytaxtda əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb. xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda ötən gündən etibarən müşahidə olunan gücl

16 noyabr
.

Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahibi ilə kirayəçi arasında yaranan mübahisələrdən biri də mənzilin boşaldılması tələbi ilə bağlıdır. Bəzi hallarda ev sahibləri kirayə haqqının gecikdirilməsini, müqavilə müddətinin başa çatmasını və ya mənzilə özlərinin ehtiyac duymasını əsas gətirərək kirayəçidən evi qıs

17 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Yevlaxda ağır qəzada 2 nəfər öldü

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Naftalan şəhər sakinləri - 200-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tura

17 noyabr
.

Noyabr ayının pensiyaları ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

17 noyabr