Gümrü meri Vardan Qukasyana qarşı yeni cinayət işi açılıb
Ermənistanın İstintaq Komitəsi tərəfindən Gümrü şəhərinin həbsdə olan meri Vardan Qukasyana qarşı yeni ittiham irəli sürülüb. İstintaqın məlumatına görə, o, hüquq-mühafizə orqanı əməkdaşına hücum edib və onun xidməti vəzifələrini icra etməsinə əngəl yaradıb.
Oxu.Az xəbər verir ki, bu barədə erməni mediası idarənin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Mayın 27-də Vardan Qukasyan məhkəmə iclası bitdikdən dərhal sonra mətbuat nümayəndələrinin suallarını cavablandırmağa çalışıb. V.Qukasyan polis əməkdaşının təqsirləndirilən şəxslər üçün nəzərdə tutulan kameraya getmək barədə qanuni tələbini rədd edib. Ardınca polis əməkdaşı V.Qukasyanı müşayiət etməyə cəhd göstərdikdə, o, polisə qarşı zorakılıq və fiziki güc tətbiq edərək vəzifəli şəxsin qanuni xidməti fəaliyyətinə müdaxilə edib", - deyə rəsmi açıqlamada bildirilib.
Müstəntiqin təqdim etdiyi vəsatət əsasında nəzarətçi prokuror tərəfindən Vardan Qukasyana qarşı Cinayət Məcəlləsinin 452-ci maddəsinin 3-cü hissəsində (vəzifəli şəxsin qanuni xidməti fəaliyyətinə müdaxilə) nəzərdə tutulan əməllərə görə cinayət işi başlanılıb.
Qeyd edək ki, 20 oktyabr 2025-ci ildə təhlükəsizlik qüvvələri Gümrü şəhər meriyasına gələrək axtarış tədbirləri həyata keçirib. Bir müddət sonra Ermənistanın Antikorrupsiya Komitəsi rüşvət işi üzrə aparılan araşdırmalar çərçivəsində aralarında Qukasyanın da olduğu 8 nəfərin saxlanıldığını elan edib. Məhkəmə qərarına əsasən, Qukasyan barəsində həbs qətimkan tədbiri seçilib. İyunun 5-də isə siyasətçi ölkədə hakimiyyəti zorla ələ keçirməyə hazırlıq görməkdə ittiham olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 292 Tarix: 26 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 29 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq
Sabah - sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü
17 sentyabrAlla Axundova vəfat etdi
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad
17 sentyabrRamiz Mehdiyevin işində onlar da dindirilib
Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə
16 sentyabrMetro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı
"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr
17 sentyabr"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi
16 sentyabrADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr
16 sentyabrİş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA
Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlam
17 sentyabr