Kral III Çarlz Bukingem sarayından birdəfəlik köçür?
Böyük Britaniya Kralı III Çarlz yenidənqurma işləri başa çatdıqdan sonra Bukingem sarayında yaşamamaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi monarxın mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki, o bu London iqamətgahından yalnız rəsmi işlər üçün istifadə etməyə davam edəcək, eyni zamanda, binanın ziyarətçilər üçün daha əlçatan olmasını planlaşdırır.
"Əlahəzrət Bukingem sarayına böyük sevgi bəsləyir və onun həm kral ailəsinin, həm də cəmiyyətin həyatındakı mövqeyinə dərin hörmətlə yanaşır. Saray rəsmi iş yeri olaraq qalacaq, lakin biz dövlət büdcəsindən maliyyələşən bu binadan milli faydanı ən yüksək səviyyəyə çatdırmaq məqsədilə ictimaiyyətin girişini genişləndirmək niyyətindəyik", - deyə Bukingem sarayının sözçüsü qeyd edib.
Qeyd edilib ki, Bukingem sarayında mərhələli bərpa işlərinə 2017-ci ildə başlanılıb və onların on il ərzində yekunlaşması nəzərdə tutulur. Təmir səbəbindən 2024-cü ilin dekabrından 2027-ci ilə qədər iqamətgahda rəsmi qəbullar dayandırılıb. Bu müddət ərzində bütün dövlət tədbirləri Londondan qərbdə yerləşən Vindzor qəsrinə keçirilib. III Çarlz isə hazırda paytaxtdakı Klarens-haus iqamətgahında yaşayır.
2025-ci ildə "The Times" qəzetinin sifarişi ilə "YouGov" sosioloji şirkəti tərəfindən aparılan sorğu göstərib ki, britaniyalıların əksəriyyəti Londondakı Bukingem sarayının vergi ödəyicilərinin pulları hesabına təmir edilməsinin əleyhinədir. 2.5 min nəfərin iştirak etdiyi tədqiqata əsasən, respondentlərin 56%-i Böyük Britaniya hökumətinin III Çarlzın 775 otaqlı iqamətgahının bərpasını maliyyələşdirməməli olduğunu bildirib. Eyni zamanda, sorğuda iştirak edənlərin yalnız 29%-i dəyəri 369 milyon funt sterlinq (485 milyon dollar) olaraq qiymətləndirilən təmir üçün büdcə vəsaitlərinin xərclənməsini dəstəkləyib. Qalan iştirakçılar isə dəqiq mövqe bildirə bilməyib.
Bukingem sarayı 1837-ci ildə Kraliça Viktoriyanın taxta çıxmasından sonra Britaniya monarxlarının rəsmi London iqamətgahına çevrilib. Tikili 1761-ci ildə kral ailəsi tərəfindən baronet Çarlz Şeffilddən satın alınıb. Saray XIX əsr boyu və XX əsrin əvvəllərində dəfələrlə genişləndirilərək yenidən qurulub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 197 Tarix: 26 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kəşfiyyatdan zərbəyədək: Düşmənin kabusuna çevrilən ölüm tilsimi - VİDEO
Bu gün 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günüdür. Artıq altı ildir ki, Silahlı Qüvvələrimiz bu günü qalib ölkənin qalib ordusu kimi qeyd edir. 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri xüsusi qəhrəmanlıq göstərərək 30 ildən artıq işğal altında alan torpaqlarımızı düşmən tapdağında
26 iyunAzərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu (VİDEO)
Türkiyədə rəqəmsal platformada yayımlanan "Kısmetse Olur: Aşkın Gücü" yarışma proqramı Cəbubi azərbaycanlı iştirakçısı Pərinazın rəqs performansı ilə növbəti dəfə gündəmə gəlib. Qaynarinfo-nun məlumatına görə, Türkiyədə sosial şəbəkələrdə paylaşılan görüntülər qısa zamanda sərt reaksiyaya səbə
26 iyunGənclər niyə regionlardan qaçır?
Son illər Azərbaycanın regionlarından gənclərin Bakıya və xarici ölkələrə köç etməsi cəmiyyət üçün ciddi problemlərdən biri kimi qiymətləndirilir. Qaynarinfo-nun məlumatına görə, "Azərbaycan Vətənpərvərlər" İctimai Birliyinin sədri Elvin Mahmudzadə bildirib ki, bu tendensiya təkcə iqtisad
26 iyunRusiyanın keçmiş müdafiə naziri vəfat etdi
Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov 73 yaşında vəfat edib. xəbər verir ki, bu məlumatı S.İvanovun fəxri prezidenti olduğu "VTB Birləşmiş Liqası" təşkilatı açıqlayıb. Qeyd edək ki, o, 2001-2007-ci illərdə Rusiyanın Müdafiə Nazirliyinin rəhbəri postunu tutub. Bu vəzifədən getdikdən sonr
26 iyunAğsuda narkotik plantasiyası aşkar edildi - VİDEO
Ağsuda dağlıq ərazidə narkotik plantasiyası aşkar edilib. -ın məlumatına görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində əməliyyat keçiriblər. Əməliyyat zamanı narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 37 yaşlı Sübhan Baxşıyev saxlanılıb. Onun dağlıq ərazidə əkdiy
26 iyunProfessor D vitamini çatışmazlığının risklərini açıqlayıb
D vitamini çatışmazlığı bir çox ciddi sağlamlıq probleminin yaranmasına səbəb ola bilər. xəbər verir ki, Akdeniz Universiteti Tibb Fakültəsinin Dəri və Zöhrəvi Xəstəliklər kafedrasının müəllimi professor Ayşe Akman bildirib ki, D vitamininin sintezi üçün günəş şüaları həyati əhəmiyyət daşıyır. Onun sözlərin
26 iyunLənkəranda 26 kiloqram narkotik aşkarlanıb
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib. xəbər verir ki, tədbirlərlə əvvəllər məhkum olunmuş 32 yaşlı yaşlı Taleh Əmrahov saxlanılıb. Həmin şəxsdən ümumilikdə 26 kiloqram marixuana və 4
26 iyun