Daha çox kotlet hazırlamaq üçün bu məhsulu qiyməyə əlavə edin
Bir çox evdar qadın kotletlərin sayını artırmaq və onları daha yumşaq etmək üçün qiyməyə çörək, kartof və ya manna yarması əlavə edir. Lakin peşəkar aşpazlar həm kotletlərin sayını artıran, həm də onların dadını xeyli yaxşılaşdıran başqa bir üsuldan istifadə edirlər. Söhbət soğan və kökdən hazırlanan qovurmadan gedir. Bu sadə tərəvəz qarışığı kotletləri daha şirəli, yumşaq və ətirli edir.
Lent.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, soğan qovrulduqda tərkibindəki təbii şəkərlər ayrılır və o, daha yumşaq olur.
Kök isə yeməyə yüngül şirinlik, əlavə şirəlilik və xoş ətir verir. Bu tərəvəzlər qiymə ilə qarışdırıldıqda nəmi özündə saxlayır və kotletlərin uzun müddət bişirildikdən sonra belə qurumasının qarşısını alır.
Bundan əlavə, qovurma qiymənin həcmini artırdığı üçün eyni miqdarda ətdən daha çox kotlet hazırlamaq mümkün olur. Aşpazlar bildirirlər ki, 1 kiloqram qiymə üçün iki iri soğan və bir orta ölçülü kök kifayət edir. Soğan xırda doğranır, kök isə orta ölçülü sürtgəcdən keçirilir.
Tərəvəzlər az miqdarda yağda yumşalana və qızılı rəng alana qədər qovrulur. Daha sonra onların tam soyuması gözlənilməlidir. İsti qovurmanı birbaşa qiyməyə əlavə etmək məsləhət görülmür, çünki bu, qiymənin strukturunu poza və onu həddindən artıq yumşalda bilər. Qovurma soyuduqdan sonra qiyməyə yumurta, ədviyyatlar və reseptə uyğun digər ərzaqlarla birlikdə əlavə edilir.
Bu üsuldan istifadə etdikdə kotletlərin içi daha şirəli qalır, üstü isə iştahaçan qızılı qabıq bağlayır. Kökün dadı demək olar ki, hiss olunmur, lakin o, yeməyin teksturasını və ətrini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırır. Bu üsul xüsusilə toyuq, hinduşka və mal əti qiyməsindən hazırlanan kotletlər üçün daha faydalı hesab edilir. Çünki bu növ ətlərdən hazırlanan kotletlər əlavə inqrediyentlər olmadan bəzən quru alına bilir
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 18228 Tarix: 26 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Twitter"də yeni funksiya istifadəyə veriləcək
"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze
9 sentyabr 2021Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR
Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə
16 sentyabr 2021Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO
Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq
14 sentyabr 2021Dadına görə yeyilmir, amma...
Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind
7 sentyabr 2021İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı
İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar
6 sentyabr 2021Fransada porno saytlar məhkəməyə verildi
Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki
7 sentyabr 2021