Sağlam və uzunömürlü həyat üçün rasionunuza əlavə etməli olduğunuz beş içki
Diyetoloq Keytlin Bil uzunömürlülüyə kömək edə biləcək beş faydalı içkinin adını açıqlayıb.
Oxu.Az xəbər verir ki, mütəxəssis bu barədə "Health" jurnalına verdiyi müsahibədə tövsiyələrini bölüşüb.
Keytlin Bilin sözlərinə görə, ən faydalı içkilərdən biri yaşıl çaydır. O qeyd edib ki, gündə iki fincan yaşıl çay içmək ürək-damar və onkoloji xəstəliklər, habelə digər səbəblərdən ölüm riskinin azalması ilə birbaşa bağlıdır.
Mütəxəssis daha bir faydalı içki kimi qəhvənin adını çəkib. Onun sözlərinə görə, qəhvənin tərkibindəki polifenollar və antioksidantlar orqanizm hüceyrələrini zədələnmələrdən qoruyur və xroniki xəstəliklərin yaranma riskini azaldır.
Keytlin Bil qara çayın da unikal faydalı xüsusiyyətlərinə diqqət çəkib. O vurğulayıb ki, qara çayın tərkibində yaşıl çay və qəhvədə mövcud olmayan spesifik maddələr var.
Diyetoloq, eyni zamanda, müntəzəm olaraq adi su içməyi tövsiyə edib və suyun orqanizmin ümumi sağlamlığının dəstəklənməsindəki həlledici rolunu vurğulayıb.
Siyahıdakı sonuncu içki isə qatıqdır. Mütəxəssis bağırsaq sağlamlığının qorunması üçün qatığın rasiona daxil edilməsini vacib sayır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 557 Tarix: 26 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtaliyalı qadın hakim sosial şəbəkədə gündəm oldu
İtaliya A Seriyasında keçirilən "Genoa" - "Frosinone" matçında köməkçi hakim kimi vəzifə alan Giuliana Vigile qarşılaşmadan sonra sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, Vigile-nin matç zamanı hakim forması ilə çəkilmiş görüntüləri ilə yanaşı
14 sentyabrAyın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
Ay ərzində qazandığınız pulun hara xərcləndiyini bilmirsinizsə, ayın sonunda büdcənizin tükənməsi təəccüblü deyil. Bəzi gündəlik vərdişlər isə fərqinə varmadan xərclərin artmasına səbəb olur. xəbər verir ki, maliyyə mütəxəssislərinin fikrincə, büdcəni idarə etməkdə çətinlik çəkən insanların yol verdiy
13 sentyabr"WhatsApp" bu telefonlarda ARTIQ İŞLƏMƏYƏCƏK
Meta şirkəti "WhatsApp"ın ən son təhlükəsizlik standartlarını qorumaq məqsədilə bəzi köhnə Android və "iPhone" modellərinə dəstəyi dayandırır. -a istinadla xəbər verir ki, şirkətin yenilədiyi minimum sistem tələblərinə əsasən, 8 sentyabr 2026-cı ildən Android 6-dan aşağı versiyalarda
13 sentyabrTeleaparıcı kral oldu: Uqandada qeyri-adi hadisə
Uqanda Dövlət Yayımları Korporasiyasının (UBC) məşhur aparıcısı, şahzadə Edvard Rukidi Kidzananqoma ölkə ərazisində yerləşən Toro krallığının yeni hökmdarı elan edilib. bu barədə "Africanews" telekanalına istinadən xəbər verir. Teleaparıcı Toro Vərəsəlik Komitəsinin qərarı ilə kral olub. O
11 sentyabrQızıl almaq istəyənlərin diqqətinə
Nyu-York birjasında qızıl və gümüşün qiymətində azalma qeydə alınıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızılın fyuçerslərinin qiyməti 0,78 faiz geriləyərək 4 373 ABŞ dollarına düşüb. Gümüşün fyuçerslərinin unsiya üzrə qiyməti isə 1,28 faiz azalaraq 64,09 ABŞ dolları təşkil edib
12 sentyabrHər evdə var, amma bu təsirini çoxları bilmir
İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetinin mütəxəssislərinin apardığı araşdırmada pomidorun tərkibindəki likopen maddəsini
12 sentyabrƏn sakit itlər hansılardır? Demək olar ki, hürmürlər
Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini
15 sentyabr