Astronomlar şəkər pambığından daha yüngül iki nəhəng planet kəşf ediblər

Astronomlar şəkər pambığından daha yüngül iki nəhəng planet kəşf ediblərYerdən təxminən 1 110 işıq ili uzaqlıqda, cənubda yerləşən Volan bürcündə F7 spektral sinfinə aid cırtdan ulduz aşkar edilib. Ulduzun ətrafında rekord dərəcədə aşağı sıxlığa malik iki qaz nəhəngi dövr edir. "TOI-791 b" və "TOI-791 c" adlandırılan bu planetlər o qədər seyrəkdir ki, onların sıxlığı hətta şəkər pambığının sıxlığından da aşağıdır.

Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.

Hər iki kosmik obyektin ölçüləri Yupiterlə müqayisə ediləcək qədər böyük olsa da, sıxlıqları son dərəcə azdır: TOI-791 b planetində bu göstərici 0.038 q/sm³, TOI-791 c-də isə 0.047 q/sm³ təşkil edir. Müqayisə üçün qeyd edək ki, Yupiterin orta sıxlığı bu planetlərdən 28-35 dəfə çoxdur. Şəkər pambığının sıxlığının təqribən 0.05 q/sm³ olduğunu nəzərə alsaq, yeni kəşf edilmiş bu nəhənglərin adi şirniyyatdan belə daha yüngül olduğu aydınlaşır.

Alimlərin fikrincə, bu cür xüsusiyyətlərə malik cəmi dörd analoji sistem məlumdur. Bu fakt TOI-791 sistemini planetlərin yaranması və təkamül proseslərinin tədqiqi baxımından olduqca unikal bir obyektə çevirir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 318   Tarix: 26 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İtaliyalı qadın hakim sosial şəbəkədə gündəm oldu

İtaliya A Seriyasında keçirilən "Genoa" - "Frosinone" matçında köməkçi hakim kimi vəzifə alan Giuliana Vigile qarşılaşmadan sonra sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, Vigile-nin matç zamanı hakim forması ilə çəkilmiş görüntüləri ilə yanaşı

14 sentyabr
.

Problemlərinizi süni intellektlə uzun müddət müzakirə edirsinizsə... - Psixiatr riskləri sadaladı

Süni intellektdən mütəmadi istifadə bəzi insan kateqoriyaları üçün mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, bu barədə rusiyalı həkim-psixiatr, narkoloq Ruslan İsayev RT-yə müsahibəsində bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, risk qrupuna depressiyaya, təşvişə və ya sosial izolyasiyaya meyill

11 sentyabr
.

Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz

Ay ərzində qazandığınız pulun hara xərcləndiyini bilmirsinizsə, ayın sonunda büdcənizin tükənməsi təəccüblü deyil. Bəzi gündəlik vərdişlər isə fərqinə varmadan xərclərin artmasına səbəb olur. xəbər verir ki, maliyyə mütəxəssislərinin fikrincə, büdcəni idarə etməkdə çətinlik çəkən insanların yol verdiy

13 sentyabr
.

"WhatsApp" bu telefonlarda ARTIQ İŞLƏMƏYƏCƏK

Meta şirkəti "WhatsApp"ın ən son təhlükəsizlik standartlarını qorumaq məqsədilə bəzi köhnə Android və "iPhone" modellərinə dəstəyi dayandırır. -a istinadla xəbər verir ki, şirkətin yenilədiyi minimum sistem tələblərinə əsasən, 8 sentyabr 2026-cı ildən Android 6-dan aşağı versiyalarda

13 sentyabr
.

Teleaparıcı kral oldu: Uqandada qeyri-adi hadisə

Uqanda Dövlət Yayımları Korporasiyasının (UBC) məşhur aparıcısı, şahzadə Edvard Rukidi Kidzananqoma ölkə ərazisində yerləşən Toro krallığının yeni hökmdarı elan edilib. bu barədə "Africanews" telekanalına istinadən xəbər verir. Teleaparıcı Toro Vərəsəlik Komitəsinin qərarı ilə kral olub. O

11 sentyabr
.

Qızıl almaq istəyənlərin diqqətinə

Nyu-York birjasında qızıl və gümüşün qiymətində azalma qeydə alınıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızılın fyuçerslərinin qiyməti 0,78 faiz geriləyərək 4 373 ABŞ dollarına düşüb. Gümüşün fyuçerslərinin unsiya üzrə qiyməti isə 1,28 faiz azalaraq 64,09 ABŞ dolları təşkil edib

12 sentyabr
.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetinin mütəxəssislərinin apardığı araşdırmada pomidorun tərkibindəki likopen maddəsini

12 sentyabr
.

Ən sakit itlər hansılardır? Demək olar ki, hürmürlər

Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini

15 sentyabr
.

Kosmik milyarderlərin Ay planlarına pis xəbər: Alimlər əsas problemi açıqladılar

Alimlər müəyyən ediblər ki, Ayda daimi bazaların qurulması üçün yetərli miqdarda su yoxdur. Harvard-Smitson Astrofizika Mərkəzinin tədqiqatçısı Martin Elviz bir milyon əhalisi olan şəhərin Ay səthində neçə il yaşaya biləcəyini hesablayıb. -ın məlumatına görə, "Frontiers" jurnalında dərc oluna

15 sentyabr