ABŞ olmadan NATO dağılır və məsələ təkcə silahda deyil - "Reuters"

ABŞ olmadan NATO dağılır və məsələ təkcə silahda deyil - "Reuters"NATO-nun Avropa üzvləri ABŞ-ın təhlükəsizlik sahəsində rolunun əhəmiyyətli dərəcədə azalacağı ssenariyə getdikcə daha ciddi hazırlaşırlar. Bununla yanaşı, Alyans hələ də ABŞ-ın komandanlıq, koordinasiya və dəstək sistemlərindən kritik dərəcədə asılı olaraq qalır ki, bu da Avropanın təhlükəsizliyi üçün ciddi çağırışlar yaradır.

Qaynarinfo xəbər verir ki, bu barədə keçmiş Britaniya hərbçisi, jurnalist və hərbi analitik Peter Apps "Reuters" üçün məqaləsində yazır.

Müəllif qeyd edir ki, Vaşinqtonla Avropadakı müttəfiqlər arasında münasibətlərin dəyişməsinin növbəti əlamətlərindən biri NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşü olub. Görüşdən az əvvəl ABŞ müdafiə naziri Pit Heqset Alyansın Avropa üzvlərini "başqalarının hesabına yaşayanlar" kimi tənqid edib və ABŞ-ın Avropadakı hərbi mövcudluğunun gələcəkdə azaldılacağını bildirib.

Apps ABŞ ilə Avropa arasında fikir ayrılıqlarını göstərən daha bir neçə nümunə təqdim edir. Onların sırasında ABŞ-ın qitədəki hərbi iştirakının mərhələli şəkildə azaldılması prosesi də yer alır.

Müəllifin sözlərinə görə, Ukraynanın əsasən Avropa tərəfdaşlarının dəstəyi ilə uzaqmənzilli pilotsuz uçuş aparatları və raketlərdən səmərəli istifadə etməsi Avropa ordularının öz imkanlarına inamını artırıb. Ukraynada əldə olunan təcrübə artıq NATO-nun 2029-cu ilədək nəzərdə tutulan yeni müdafiə planlarının hazırlanmasında nəzərə alınır. Alyansın hərbi planlaşdırıcılarının qiymətləndirməsinə əsasən, həmin vaxta qədər Rusiya şərq cinahı üçün yenidən ciddi təhlükə yaratmaq potensialını bərpa edə bilər.

Bununla belə, Apps vurğulayır ki, əsas problem hələ də həllini tapmayıb. O, Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun baş elmi əməkdaşı Ruben Stüartın fikirlərinə istinad edir. Stüart bildirir ki, İkinci Dünya müharibəsindən sonra Avropanın müdafiə sistemi tarixən ABŞ-ın hərbi və texnoloji imkanları üzərində qurulub.

"Avropanın müdafiə planlaşdırılmasının böyük hissəsində qəbul edilən əsas fərziyyə ondan ibarət idi ki, ABŞ-ın təminat imkanları komandanlığın, inteqrasiyanın və əməliyyat əhatəsinin əsasını təşkil edir. Əslində, ABŞ-ın iştirakı Alyansın əməliyyat sistemidir. O, müşahidə vasitələrini zərbə imkanları ilə birləşdirir, fəaliyyətləri sinxronlaşdırır, həmçinin məlumat, rabitə və planlaşdırma arxitekturasını təmin edir", deyə Stüart bildirib.

Apps əlavə edir ki, Avropa rəsmiləri Vaşinqtonun ABŞ-ın bu il İrana endirdiyi zərbələr zamanı hədəflərin müəyyənləşdirilməsində mühüm rol oynayan "Maven Smart System" informasiya sisteminin məlumat axınlarına müttəfiqlərin çıxışını getdikcə daha çox məhdudlaşdırmasından narahatdırlar. Müəllif qeyd edir ki, eyni zamanda heç kim ABŞ-ın gələcək administrasiyasının yeni genişmiqyaslı böhran zamanı necə davranacağını dəqiq proqnozlaşdıra bilmir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 436   Tarix: 27 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahiblərinin üzləşdiyi problemlərdən biri də müqavilənin müddəti başa çatdıqdan və ya kirayə haqqı ödənilmədikdən sonra kirayəçinin mənzili boşaltmaqdan imtina etməsidir. Belə hallarda mülkiyyətçilər həm əmlak hüquqlarını qorumaq, həm də qanun çərçivəsində hərəkət etmək məcburiyyətind

17 noyabr
.

Din xadimləri ilə bağlı iddiaya - Rəsmi reaksiya

"Son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud olmayan yeni məhdudiyyətin tətbiq edildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Mövcud qanunvericilik aktları nəzərə alınmada

17 noyabr
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullarda bahalaşm

15 noyabr
.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa

16 noyabr
.

Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi

17 noyabr
.

"Boranı" restoranında tək yeyib-içmək olmaz? - Video

Sosial şəbəkələrdə "Boranı" restoranlar şəbəkəsi ilə bağlı şikayət yayılıb. xəbər verir ki, şikayətçinin iddiasına görə, restoranın "Neftçilər" metrosu yaxınlığında yerləşən filialına tək daxil olmaq istəyən müştəriyə icazə verilməyib. Ona bildirilib ki, yalnız 3-4 nəfərlə gəldikd

16 noyabr
.

Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Fövqəladə Hallar Nazirliyi tərəfindən əhali arasında aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bir sıra hallarda azyaşlıların nəzarətsiz qalması nəticəsind

17 noyabr
.

Bakıda külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü

Güclü külək Bakıda bədbəxt hadisəyə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 18:30 radələrində güclü külək Binəqədi rayonu Xocəsən qəsəbəsi Şollar küçəsi 100 ünvanındakı həyətin hasarını uçurub. Nəticədə, orada piyada hərəkət edən 1978-ci il təvəllüdlü Nuriyeva Samirə Nəsir qız

16 noyabr
.

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On

17 noyabr