Tramp keçmiş müşavirini "dəli" adlandırdı: "Ümid edirəm ki, onunla sərt davranacaqlar"
ABŞ Prezidenti Donald Tramp məhkəmənin məxfi məlumatlarla düzgün işləməməkdə təqsirini etiraf edən milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton barədə sərt hökm çıxaracağını gözləyir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Tramp "Truth Social" hesabında paylaşım edib.
"ABŞ-nin son dərəcə axmaq, qeyri-sabit və səriştəsiz keçmiş nümayəndəsi Con Bolton özünü təqsirli bildi! O, dəhşətli insandır, yalnız nifaq və müharibələr salmaq istəyən və hara getsə, orada ölüm və dağıntını məsuliyyətsiz şəkildə yayan dəlidir. Ümid edirəm ki, onunla sərt davranacaqlar! Prezident Donald Tramp", - deyə ABŞ prezidenti paylaşımda yazıb.
Xatırladaq ki, Con Bolton iyunun 26-da Vaşinqton məhkəməsində dövlət sirrini ehtiva edən məxfi məlumatlarla düzgün davranmamaqda təqsirli olduğunu etiraf edib. Daha əvvəl o, istintaqla razılaşma əldə etmiş və bu çərçivədə ona qarşı irəli sürülən ittihamların bir epizodu ilə, eləcə də iki milyon dollardan çox cərimə ödəməsi ilə razılaşmışdı. Boltonun hökmü oktyabrın 28-də elan ediləcək. Prezidentin keçmiş müşavirinə beş ilə qədər həbs cəzası verilə bilər
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 332 Tarix: 27 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA
Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlam
17 sentyabrAzərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadən xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi
16 sentyabrAlla Axundova vəfat etdi
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad
17 sentyabrBakıda evli kişi 14 yaşlı qızı qaçırdı
Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə
17 sentyabr