ABŞ-də dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI: "Birinə atəş açmısansa, işi mütləq bitirməlisən
ABŞ-də 18 yaşlı gənc oğurlanmış qulaqlıqlarına görə sinif yoldaşını qətlə yetirdiyini etiraf edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "People" nəşri yayıb.
Qətl hadisəsi 24 may 2023-cü il tarixində "Oliver Citywide Academy" xüsusi təhsil müəssisəsinin binası qarşısında baş verib. Cinayəti törədən şəxsin o zaman cəmi 15 yaşı olub.
Sinif yoldaşının dərsə adətən hamıdan tez gəldiyindən xəbərdar olan yeniyetmə anasına məxsus odlu silahı götürərək onu giriş qapısında pusub. O, qurbanına yaxınlaşaraq silahındakı bütün güllələr tükənənədək atəş açıb, daha sonra isə yaralı vəziyyətdə olan zərərçəkəni təpikləməyə başlayıb. Ağır yaralanan məktəbli çatdırıldığı xəstəxanada ölüb.
Məlumata görə, dindirmə zamanı gənc etiraf edib ki, sinif yoldaşını qətldən iki gün əvvəl onun qulaqlıqlarını götürdüyünə görə öldürüb. Güllələnmədən sonra yaralını niyə döydüyü ilə bağlı verilən suala isə təqsirləndirilən şəxs gülərək, "Əgər birinə atəş açmısansa, başladığın işi mütləq bitirməlisən" cavabını verib.
Qeyd edək ki, məhkəmənin yekun qərarı iyul ayının 29-da elan ediləcək. Gənci 35 illik və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 407 Tarix: 27 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA
Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlam
17 sentyabrAzərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadən xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi
16 sentyabrAlla Axundova vəfat etdi
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad
17 sentyabrBakıda evli kişi 14 yaşlı qızı qaçırdı
Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə
17 sentyabr