Rusiya Ukraynanın Zaporojye, Xerson və Sumı bölgələrinə raket zərbələri endirib, nəticədə 32 nəfər yaralanıb. Bu barədə Oxu.Az Ukrayna KİV-ə istinadən

Rusiya Ukraynanın Zaporojye, Xerson və Sumı bölgələrinə raket zərbələri endirib, nəticədə 32 nəfər yaralanıb. Bu barədə Oxu.Az Ukrayna KİV-ə istinadənRusiya Ukraynanın Zaporojye, Xerson və Sumı bölgələrinə raket zərbələri endirib, nəticədə 32 nəfər yaralanıb.

Bu barədə Oxu.Az Ukrayna KİV-ə istinadən məlumat verir.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Zaporojyedə iki uşaq da daxil olmaqla, doqquz nəfər xəsarət alıb.

Bildirilir ki, aviahücumlar nəticəsində çoxmənzilli yaşayış binası qismən dağılıb, xilasedicilər dağıntılar altından iki nəfəri çıxarıblar. Daha bir zərbə təhsil müəssisəsinin ərazisinə dəyib. Həmçinin qonşuluqdakı yaşayış evləri, şəxsi mülklər və avtomobillər də zərər görüb.

Xerson Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin deyib ki, bölgənin Rusiya tərəfindən atəşə tutulması nəticəsində 13 nəfər yaralanıb.

Bundan əlavə, Sumı Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorovun sözlərinə görə, Rusiya qoşunları şənbəyə keçən gecə bölgənin rayonlarından birinə kütləvi PUA (Pilotsuz Uçuş Aparatı - dron) hücumu edib. Zərbə nəticəsində 10 mülki şəxs yaralanıb.

Rusiya qoşunları 27 iyuna keçən gecə Ukraynanın Zaporojye və Xarkov vilayətlərindəki yanacaqdoldurma stansiyalarına zərbələr endirib.

Zərbə nəticəsində Zaporojyedə yanacaqdoldurma məntəqəsində qaz çəni və inzibati bina alovlanıb.

Xarkov vilayətində Xarkov rayonunun Solonitsevka icmasında iki yanacaqdoldurma məntəqəsi atəşə tutulub. Yanacaqdoldurma məntəqələrindən birində zərbə nəticəsində bina dağılıb, təxminən 400 kvadratmetr ərazidə yanğın baş verib və 10 ədəd texnika zədələnib.

Ərazidəki digər yanacaqdoldurma stansiyasının operator binasına ziyan dəyib.

Ukraynanın Dnepropetrovsk bölgəsində Rusiyanın gecə hücumu nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb.

Dnepropetrovsk Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Qanja bildirib ki, bölgənin iki rayonuna PUA və aviabombalardan istifadə edərək 30 dəfədən çox zərbə endirilib. O qeyd edib ki, nəticədə 56 yaşlı qadın həlak olub, 13 yaşlı qız və 44 yaşlı qadın yaralanıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 189   Tarix: 27 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çimərliyə getmək istəyənlərin nəzərinə!

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, iyunun 27-si şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh

27 iyun
.

FHN-dən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a nazirlikdən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir sıra bölgələrdə müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi

27 iyun
.

Bakıda və Abşeronda yağışlı hava BU TARİXƏDƏK DAVAM EDƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyunun 27-dən 28-nə keçən gecə fasilələrlə davam edən intensiv, bəzi yerlərdə güclü yağışın səhər saatlarından etibarən tədricən dayanacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, gecə saatlarında yarımadanın bəzi ərazilərində şimşək çaxma ehtimal

27 iyun
.

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb. Öncəki buraxılışların birində Azadlıq prospektindən Nəcəf Nərimanov küçəsi istiqa

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb. Öncəki buraxılışların birində Azadlıq prospektindən Nəcəf Nərimanov küçəsi istiqamətində hərəkət zamanı sürücülərin üzləşdiyi problem diqqətə çatdırılmışdı. Bildirilmişdi ki, həmin ərazidə avtomobillərin avtobus zolağına daxil olmasın

26 iyun
.

Əhali isti yay günlərində niyə susuz qalıb? - "10 gündür yoxdur, olanda isə..." - VİDEO

Lökbatan qəsəbəsinin 6-cı massivinin sakinləri artıq 10 gündür əraziyə su verilmədiyini bildirirlər. Onların sözlərinə görə, ərazidə daimi su təchizatı yoxdur, yalnız gecə saatlarında qısa müddətə verilir. Sakinlər qeyd edirlər ki, bu problem ancaq yay aylarında yaşanır və son üç-dörd ildir təkrarlanır

26 iyun
.

Yenə boşanma söhbəti: Mədət Quliyevin xanımından CAVAB GƏLDİ- FOTO

Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin xanımı Zəhra Quliyeva boşanma söhbətini yenidən gündəmə gətirib. Keçmiş teleaparıcı izləyicilərindən gələn sualları cavablandırarkən ona ünvanlanan "Ailəlisiniz, yoxsa subay" sualını paylaşıb. Z.Quliyevanın bu sualı

27 iyun
.

SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə zərbələr endirdi

İran tərəfi Vaşinqtonun həyata keçirdiyi əvvəlki əməliyyatlara cavab olaraq ABŞ ordusunun mövqelərini hədəfə alıb. -ın məlumatına görə, bu barədə məlumatı "Tasnim" agentliyi SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) açıqlamasına istinadən yayıb. "Düşmən təcavüzünə cavab olaraq, SEPAH-ı

27 iyun
.

Abşeronda bir gündə 122 motoxuliqan saxlanılıb - VİDEO

Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən ötən gün keçirilən növbəti tədbir zamanı sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan və sürücülük hüququ olmayan 122 c saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nəqliyyat vasitələrini

26 iyun
.

Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi baş tutdu -

İyunun 26-da 160 rus hərbçisi Ukrayna əsirliyindən qaytarılıb. -ın İnterfaks.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. "Qarşılıqlı şəkildə Ukrayna Silahlı Qüvvələrinin 160 hərbçisi təhvil verilib. Qaytarılan rus hərbçiləri isə hazırda Belarus Respublikasını

26 iyun