Bakıda və Abşeronda yağışlı hava BU TARİXƏDƏK DAVAM EDƏCƏK - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında iyunun 27-dən 28-nə keçən gecə fasilələrlə davam edən intensiv, bəzi yerlərdə güclü yağışın səhər saatlarından etibarən tədricən dayanacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, gecə saatlarında yarımadanın bəzi ərazilərində şimşək çaxma ehtimalı var. Güclü şimal-qərb küləyinin isə axşam saatlarında zəifləyəcəyi bildirilir.
Havanın temperaturu gecə 18-21°, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm-ə yüksələcək. Nisbi rütubət gecə 80-85%, gündüz isə 55-60% təşkil edəcək.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağması və şimşək çaxması proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağıntıların leysan xarakterli intensivləşəcəyi, dolu düşəcəyi ehtimal olunur. Günün ikinci yarısında əksər rayonlarda yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi dağlıq bölgələrdə duman müşahidə oluna bilər. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu rayonlarda gecə 16-20°, gündüz 24-29°, dağlıq ərazilərdə isə gecə 8-13°, gündüz 15-20°, bəzi yerlərdə 23-26° isti olacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1789 Tarix: 27 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA
Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlam
17 sentyabrAzərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadən xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi
16 sentyabrAlla Axundova vəfat etdi
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad
17 sentyabrBakıda evli kişi 14 yaşlı qızı qaçırdı
Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə
17 sentyabr