UFC Fight Night Baku" Azərbaycanın idman tarixində yeni mərhələdir - Aqil Acalov

UFC Fight Night Baku" Azərbaycanın idman tarixində yeni mərhələdir - Aqil AcalovAzərbaycanın mötəbər və nüfuzlu idman yarışlarına evsahibliyi etməsi üçün seçilməsi ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının, geniş infrastruktur layihələri və sağlam həyat tərzini özündə əks etdirən siyasətin uğurlu nəticəsidir.
Hər il Bakıda idmanın demək olar ki, bütün növləri üzrə beynəlxalq yarışların keçirilməsi ölkəmizin dünyadakı nüfuzunu daha da yüksəldir, dünyanın diqqətini ölkəmizə yönəldir.

Bunu Avrasiya.net-ə BJJ ( Braziliya Ciu-Citsu ) Azerbaycanın Prezidenti Aqil Acalov bu gün Bakıda Milli Gimnastika Arenasında "UFC Fight Night Baku" turnirinin keçirilməsinə münasibətində deyib.

"Elə bundan irəli gəlib ki, Bakı rəsmi olaraq 2026-cı il üçün dünyanın "İdman Paytaxtı" elan edilib. Bu mötəbər titul Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası (ACES) tərəfindən verilib və ötən ilin yekununda rəsmi olaraq Monako şəhərindən Azərbaycan paytaxtına təhvil təslim edilib

Bu, eyni zamanda ictimai sağlamlıq, kütləvi idmanın inkişafı və gənclərin aktiv həyat tərzinə təşviqi baxımından yeni imkanlar açır. Bu status Bakının idman şəhəri kimi turizm, beynəlxalq investisiya mühitinə də müsbət təsir göstərəcək" - A.Acalov deyib.

Prezident İlham Əliyevin bildirib ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır:

"Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir.

Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər. Ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin artır, biz bunu görürük, izləyirik".

A.Acalov onu da vurğulayıb ki, həqiqətən də, Azərbaycanın bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük və tarixin səhifələrinə düşən uğurların əldə olunmasına imkan yaradıb. İdmana ayrılan diqqətin nümunəsidir ki, mötəbər idman yarışları və tədbirlər ölkəmizdə keçirilir. İdman tarixi uğurlarla dolu olan ölkəmiz artıq dünyada idman ölkəsi kimi tanınır: "Bu gün "UFC Fight Night Baku" turnirinin paytaxtımızda keçirilməsi onu deməyə əsas verir ki, dünyanın aparıcı qarışıq döyüş sənəti təşkilatı olan UFC, Azərbaycana çox gözlənilən qayıdışını rəsmi olaraq elan edib".

A.Acalov onu da qeyd edib ki, UFC-nin Azərbaycandakı debüt uğurundan sonra təşkilatın regiona yenidən qayıtması Bakının dünya səviyyəli idman tədbirləri və beynəlxalq yarışlar üçün aparıcı məkan kimi mövqeyini daha da möhkəmləndirir:

"Bu idman yarışın inkişafı Braziliya Ciu-citsu idman yarışının inkişafı deməkdir. Çünki, Dünyanın aparıcı qarışıq döyüş sənəti təşkilatı olan UFC-nin əsas bazasını Braziliya Ciu-citsu döyüş sənəti təşkil edir".

Xatırladaq ki, bu gecənin əsas döyüşündə Azərbaycanlı təmsilçi Rafael Fiziev Manuel Torres ilə beş raundlu yüngül çəki qarşılaşmasında üz-üzə gələcək.

İkinci-əsas döyüşdə isə azarkeşləri ulduz döyüşçü Şarabutdin "Shara Bullet" Maqomedov ilə "dağıdıcı" döyüş tərzi ilə tanınan Michel Pereira arasında yüksək səviyyəli orta çəki qarşılaşması gözləyir.

Qeyd edək ki, Rafael "Ataman" Fiziev (13-5, Bakı, Azərbaycan) hazırda yüngül çəki divizionunda 11-ci pillədə qərarlaşıb və özünəməxsus dünya səviyyəli zərbə texnikası ilə doğma arenada qələbə qazanaraq çempionluq mübarizəsinə geri dönməyi hədəfləyir. Onun rəqibi isə Meksikanın Tijuana şəhərindən olan, UFC-dəki bütün qələbələrini nokautla qazanan və 100 faiz finiş göstəricisinə sahib Manuel "Loco" Torresdir (17-3).

"UFC Fight Night Baku" döyüş gecəsi qlobal platformalarda canlı yayımlanacaq və milyonlarla tamaşaçıtərəfindən izlənəcək. Yerli azarkeşlər isə Bakıdakı möhtəşəm döyüş gecəsini canlı izləmək imkanı əldə edəcəklər.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 532   Tarix: 27 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı

"Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu gün paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağı olacaq. "Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyun

10 sentyabr
.

İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub

İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola

12 sentyabr
.

"Qalatasaray" üç futbolçusunu komandadan göndərir

Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır. yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür. Məlumata görə, "sarı-qırmızılar"ın göndərilməsin

13 sentyabr
.

İmtina etdiyi oğlu da qapıçı oldu - Özü və övladları kimsəsiz böyüyən futbolçunun HƏYATI

Bir vaxtlar "Flamenqo"nun kapitanı idi və Braziliyanın ən yaxşı qapıçılarından biri hesab edilirdi. Adı hətta Avropanın böyük klubları ilə yanaşı çəkilir, 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında milli komandanın qapısını qoruyacağı ehtimal edilirdi. Ancaq onun həyatında futbo

6 sentyabr
.

Koxalski "Qarabağ"dan getdi - RƏSMİ

"Qarabağ" polşalı qapıçısı Mateuş Koxalski ilə yollarını ayırıb. kluba istinadən xəbər verir ki, Polşanın "Vyeçista" klubunun futbolçu ilə bağlı təklifi və Koxalskinin şəxsi istəyi müsbət qarşılanıb. Tərəflər arasında aparılan danışıqların ardından transferlə bağlı razılıq əldə olunub

8 sentyabr
.

Frenki de Yonq qışda "Barselona"dan ayrıla bilər

Niderland millisinin futbolçusu Frenki de Yonq qış transfer dönəmində İspaniyanın "Barselona" klubundan ayrıla bilər. xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb. Kataloniya təmsilçisinin rəhbərliyi 29 yaşlı yarımmüdafiəçinin satışından 50 milyon avro sabit məblə

10 sentyabr
.

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək. "Old Trafford" stadionundakı qarşılaşma Bak

10 sentyabr
.

Çempionlar Liqası: "Qalatasaray" "Sportinq"lə qarşılaşacaq

UEFA Çempionlar Liqasında əsas mərhələnin I turunun növbəti matçları bu gün keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutacaq. Türkiyə təmsilçilərindən "Qalatasaray" Portuqaliyada "Sportinq"in qonağı olacaq. Günün maraqla gözlənilən görüşlərində

9 sentyabr
.

"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib

"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək

15 sentyabr