Yeni araşdırma elmi təsəvvürləri dəyişir: Kainat düşündüyümüzdən daha qəribədir
ABŞ-nin Kaliforniya Universitetinin Riversayd kampusunun alimləri hesab edirlər ki, şüur yalnız Yer tipli biologiyaya bağlı deyil və tamamilə fərqli materiallardan ibarət varlıqlarda da yarana bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Kaliforniya Universitetinin Riversayd kampusunun (UCR) mətbuat xidməti məlumat yayıb.
Universitetin fəlsəfə üzrə əməkdar professoru Erik Şvitsqebel və Lissabon Universitetinin postdoktorantı Ceremi Pober araşdırmalarını "substrat çevikliyi" konsepsiyası üzərində qurublar. Onların fikrincə, şüurun mövcudluğu onu təşkil edən konkret fiziki materialdan asılı olmaya bilər.
Müəlliflər bunu sadə nümunələrlə izah edirlər: fincan şüşədən, plastikdən və ya metaldan hazırlansa da, funksiyası dəyişmir. Eyni şəkildə, kitab həm kağız, həm də rəqəmsal formatda mövcud ola bilər və bu formatlardan heç biri digərindən daha "doğru" hesab edilmir.
Tədqiqat müəllifləri ehtiyatlı hesablamalara əsaslanaraq bildirirlər ki, Kainatın tarixi ərzində ən azı 1000 texnoloji cəhətdən inkişaf etmiş sivilizasiya yaranmış ola bilər. Əgər onların bir hissəsi Yer həyatından tamamilə fərqli biokimyəvi əsaslara malikdirsə, şüurun yalnız insan və ya Yer mənşəli sinir sistemi ilə mümkün olduğunu düşünmək "terrasentrizm" - Yer həyatına əsassız üstünlük vermək deməkdir.
Alimlər bu yanaşmanın "Kopernik ön mühakiməsi"nə zidd olduğunu bildirirlər. Onların sözlərinə görə, elm tarixi dəfələrlə sübut edib ki, Yer nə Günəş sistemində, nə qalaktikada, nə də ümumilikdə Kainatda xüsusi mövqeyə malikdir.
"Kainat təsəvvür edə bildiyimizdən daha qəribə zəkaları özündə gizlədə bilər", - deyə Erik Şvitsqebel bildirib.
Müəlliflər müasir süni intellekt sistemlərinin şüura malik olub-olmaması məsələsində fərqli mövqelərə sahib olsalar da, hər ikisi razılaşır ki, əgər şüur Yer tipli biologiyanı tələb etmirsə, yalnız silikon əsaslı olduqlarına görə neyron şəbəkələrinin şüur qazana bilməyəcəyini iddia etmək kifayət qədər əsaslı arqument deyil.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1261 Tarix: 27 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Twitter"də yeni funksiya istifadəyə veriləcək
"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze
9 sentyabr 2021Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR
Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə
16 sentyabr 2021Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO
Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq
14 sentyabr 2021Dadına görə yeyilmir, amma...
Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind
7 sentyabr 2021İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı
İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar
6 sentyabr 2021Fransada porno saytlar məhkəməyə verildi
Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki
7 sentyabr 2021