Ən çox dişlənən qan qrupu: Ağcaqanadlar sizi niyə seçir?
Yay aylarında artan ağcaqanad şikayətləri ilə birlikdə, "Niyə məhz mən?", "Qan qrupu ağcaqanadlara təsir edirmi?" kimi suallar yenidən gündəmə gəlib. Eyni evdə və ya eyni masada oturan insanlardan birinin daim ağcaqanad hədəfi olması, bu həşəratların bəzi insanları "daha çox sevdiyini" düşündürür. Elmi araşdırmalar bunun sadəcə bir əfsanə olmadığını, bəzi bioloji və ətraf mühit faktorlarının rol oynadığını sübut edir.
Milli.Az xəbər verir ki, BBC-də yer alan məlumata görə, "Ağcaqanadlar 0 (sıfır) qan qrupunu daha çox dişləyir" iddiası yalnız sosial media şayiəsi deyil. Bəzi növ ağcaqanadlar (məsələn, Aedes aegypti və Anopheles) üzərində aparılan araşdırmalar göstərib ki, onlar 0 qan qrupuna sahib insanlara daha çox meyl edirlər. A qan qrupu nisbətən daha az maraq çəksə də, B və AB qrupları orta səviyyədə "cəlbedici" hesab olunur. Lakin bu, tək səbəb deyil.
Ağcaqanadlar qan qrupunu necə başa düşür?
Ağcaqanadlar insan bədənindən yayılan kimyəvi siqnalları izləyərək hərəkət edirlər. Dəridən ifraz olunan bəzi antijenlər və kimyəvi izlər, həşəratın hansı insana yaxınlaşacağını müəyyən edir. Yəni, seçimdə yalnız "qan" deyil, dəri səthindəki bioloji siqnallar da rol oynayır.
Ağcaqanadları sizə çəkən əsas amillər:
Ağcaqanadlar üçün ən güclü cəlbedici vasitələr bunlardır:
Nəfəs aldıqda xaric edilən karbon qazı ağcaqanadların əsas izləmə vasitəsidir. Sürətli nəfəs alanlar, hamilələr və idmandan yeni çıxanlar daha çox karbon qazı xaric etdiyi üçün asan hədəf olurlar.
İstili bədən, tər, eləcə də tərin tərkibindəki laktik turşu və ammonyak ağcaqanadlar üçün güclü bir cazibə yaradır.
Hər insanın dərisindəki bakteriya balansı fərqlidir. Bu da insana xas bir qoxu profili yaradır və bəzi qoxular ağcaqanadları daha çox cəlb edir.
Daimi hərəkətdə olmaq bədən istiliyini və nəfəs almanı artırdığı üçün həşəratların diqqətini çəkir.
Qara, tünd göy və qırmızı kimi tünd rənglər ağcaqanadlar üçün daha aydın hədəf yaradır. Açıq rəngli, bol və incə geyimlər daha avantajlıdır.
Yay axşamlarında qorunmaq üçün nə etməli?
Pəncərə və balkon ətrafında durğun su saxlamayın (dibçək altlıqları, vedrələr və s.).
Açıq rəngli və bədəni örtən geyimlərə üstünlük verin.
Sağlamlıq orqanları tərəfindən tövsiyə olunan qovucu vasitələrdən (reppellent) istifadə edin.
Lavanda, limon otu kimi təbii qoxuların dəstəkləyici təsirindən faydalanın.
Ağcaqanadlar üçün qan qrupunuz bir faktor olsa da, tək meyarı deyil. Əgər sizi çox dişləyirlərsə, səbəb bədən istiliyiniz, təriniz, tənəffüsünüz və ya seçdiyiniz geyim rəngi ola bilər. Siz fərqində olmadan hər axşam onlara güclü bir "buradayam" siqnalı göndərir ola bilərsiniz.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat
Güclü küləklə bağlı xəbərdarlıq
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
Kadir İnanırın mirasının məbləği açıqlandı
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri