BANK KARTINDA PUL SAXLAYANLARIN DİQQƏTİNƏ - Ekspertdən vacib xəbərdarlıq
Ötən günlərdə Azərbaycanda bir sıra bankların müştəriləri kart hesablarında gözlənilməz vəsait azalmaları və balans uyğunsuzluqları ilə qarşılaşıblar.
"AzPolitika" xəbər verir ki, hadisə qısa müddətdə sosial şəbəkələrdə və ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, problemlə üzləşən banklar arasında "ABB", "AccessBank", "Expressbank" və "Yelo Bank" yer alıb.
Yaranmış anlaşılmaz vəziyyətə ilk reaksiya "ABB"dən gəlib. Məsələ ilə bağlı açıqlama verən ABB problemin üçüncü tərəf provayderində yaranmış texniki nasazlıqla əlaqədar olduğunu bildirib.
Diqqət çəkən məqamlardan biri odur ki, sözügedən bankların hamısı eyni prosessinq mərkəzi - "Azericard" vasitəsilə fəaliyyət göstərir.
"Azericard" yayımladığı açıqlamada hadisənin banklararası hesablaşma fayllarının emalı zamanı yaranan və şirkətdən asılı olmayan texniki səbəblərlə bağlı baş verdiyini bildirib. Qurumun məlumatına görə, təkrarlanan əməliyyatlar ləğv edilib və hesablar mərhələli şəkildə əvvəlki vəziyyətinə qaytarılıb.
Azərbaycan Mərkəzi Bankı da hadisəyə münasibət bildirərək bunun kibermüdaxilə və ya kiberhücum olmadığını, ödəniş infrastrukturunun fəaliyyətində problem yaşanmadığını və məsələnin texniki səbəblərdən qaynaqlandığını bəyan edib.
Ekspert: "Vətəndaş hansı bankı seçməsindən asılı olmayaraq eyni risklə üzləşə bilər"
Baş verən hadisəni "AzPolitika"ya şərh edən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bu cür hallar bank sistemində yüksək mərkəzləşmənin yaratdığı riskləri bir daha üzə çıxarır.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov
Ekspertin sözlərinə görə, bu hadisə göstərdi ki, vətəndaşın vəsaitini hansı bankda saxlaması bəzən ciddi fərq yaratmaya bilər: "Belə hallar göstərir ki, vətəndaşın pulunu hansı bankda saxlamasının elə də böyük fərqi yoxdur. Görürük ki, bir prosessinq mərkəzində yaranan problem eyni anda bir neçə bankın müştərilərinə təsir göstərdi. Düzdür, problem sonradan aradan qaldırıldı, amma insanların yaddaşında xoşagəlməz təəssürat qaldı".
Ekspertin fikrincə, son illərdə bank kartlarından vəsaitlərin oğurlanması ilə bağlı xəbərlərin artması fonunda belə texniki problemlər əhalinin maliyyə sisteminə inamına da mənfi təsir göstərə bilər. Əkrəm Həsənov qeyd edib ki, son dövrlərdə bank sektoru ilə bağlı müxtəlif mübahisəli hallar müşahidə olunur və bu da vətəndaşların narahatlığını artırır.
Ekspert bildirib ki, onun iştirak etdiyi məhkəmə çəkişmələrindən birində müştərinin əmanəti ilə bağlı mübahisə yaranıb: "Məndə belə bir məhkəmə işi var. Vətəndaş banka müraciət edir və bildirir ki, əmanətini çıxarmayıb. Bank isə əmanətin çıxarıldığını iddia edir. Lakin bunu təsdiq edən kifayət qədər sübut təqdim olunmur. Belə halların sayı artır".
Onun sözlərinə görə, texniki nasazlıqlar fonunda vətəndaşların bank kartlarında iri məbləğdə vəsait saxlamağı təhlükəlidir.
Digər tərəfdən, mütəxəssislər qeyd edirlər ki, vahid prosessinq mərkəzlərinin fəaliyyəti banklar üçün xərclərin azaldılması, əməliyyatların sürətləndirilməsi və texniki xidmətin optimallaşdırılması baxımından mühüm üstünlüklər yaradır. Lakin eyni zamanda belə sistemlərdə baş verən hər hansı nasazlıq çoxsaylı bankların fəaliyyətinə eyni anda təsir göstərə bilir.
Məhz son hadisə də göstərdi ki, bir texniki problem qısa müddət ərzində minlərlə müştərinin hesabında balans dəyişikliklərinə səbəb ola və ciddi narahatlıq yarada bilər. Ekspertlər hesab edirlər ki, oxşar problemlərin təkrarlanmaması üçün texniki nəzarət və risk idarəetmə mexanizmlərinin daha da gücləndirilməsinə ehtiyac var.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Bu ölkədə 10 avroya dağ havası satılır
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama