Mətbəxdəki bu əşyalardan dərhal qurtulun - Evin bərəkətini qaçırdır

Mətbəxdəki bu əşyalardan dərhal qurtulun - Evin bərəkətini qaçırdırMətbəx yalnız yemək hazırlanan yer deyil, həm də ailə üzvlərinin bir araya gəldiyi vacib məkan hesab olunur. Feng şui mütəxəssislərinin fikrincə, burada harmoniya yaratmaq üçün təkcə düzgün rəng seçimi deyil, mənfi enerji yaydığı düşünülən bəzi əşyalardan da vaxtında qurtulmaq lazımdır.

Lent.az bu əşyaları təqdim edir:

İnteryer terapiyası üzrə mütəxəssis Syuzanna Roynon mətbəxin evdə enerji axınına birbaşa təsir etdiyini bildirir. Onun sözlərinə görə, feng şuinin əsas məqsədi evdə harmoniya və enerji axınını yaxşılaşdırmaqdır.

1. Bıçaqları mətbəx masasının üzərində saxlamaq

Mütəxəssislər iti alətlərin açıq şəkildə göz önündə saxlanılmasını düzgün hesab etmirlər. İnanclara görə, bıçaqlar məkanın enerjisini "kəsir", bu isə gərginlik, əsəbilik və ailədaxili mübahisələrin artmasına səbəb ola bilər. Bundan əlavə, bıçaqları siyirmədə saxlamaq onların üzərində toz və yağ yığılmasının da qarşısını alır.

2. Qurudulmuş güllər və tikanlı bitkilər

Xalq inanclarına görə, qurumuş və ya solmuş güllər həyat enerjisinin zəifləməsini simvolizə edir. Belə bitkilər toz, hörümçək toru və həşəratların yaranmasına şərait yarada bilər ki, bu da evdəki ümumi rahatlığa mənfi təsir göstərir. Feng şui tərəfdarları tikanlı otaq bitkilərindən də uzaq durmağı məsləhət görürlər. Onların fikrincə, bu cür bitkilər mübahisələri və yorğunluğu artırır. İstisna kimi yalnız müalicə məqsədilə istifadə olunan kiçik aloe vera bitkisi göstərilir.

3. Çatlamış qab-qacaq

Çatlamış fincanlar, boşqablar və digər qablar da mənfi enerji simvolu hesab olunur. Onlardan istifadə həm təhlükəsizlik baxımından məqsədəuyğun deyil, həm də xalq inanclarına görə evdə bolluq və rifah hissini zəiflədir.

4. İşləməyən məişət texnikası

Uzun müddətdir xarab vəziyyətdə qalan çaydan, mikrodalğalı soba və ya digər texnikaların saxlanılması da tövsiyə edilmir. Əgər onları təmir etmək mümkün deyilsə, evdə artıq yer tutmaması üçün utilizasiya etmək daha məqsədəuyğun sayılır.

5. Lazımsız əşyalar və qarışıqlıq

Şkafların və mətbəx rəflərinin istifadə olunmayan qablar, köhnə qutular və digər lazımsız əşyalarla doldurulması məkanı daraldır. Mütəxəssislər hesab edirlər ki, səliqəli və geniş mətbəx həm rahatlıq hissini artırır, həm də gündəlik həyatda nizam-intizam yaratmağa kömək edir.

6. Boş və ya istifadə olunmayan qablar

Uzun müddət istifadə edilməyən boş bankalar, qablar və köhnə mətbəx ləvazimatları da artıq yüklənməyə səbəb olur. Onlardan qurtulmaq mətbəxdə daha çox boş yer yaradaraq gündəlik istifadəni asanlaşdıra bilər.

Qeyd etmək lazımdır ki, bu tövsiyələr əsasən feng şui və xalq inanclarına əsaslanır. Onların elmi təsdiqi yoxdur. Bununla belə, mətbəxdə təmizlik, səliqə və lazımsız əşyalardan qurtulmaq həm psixoloji rahatlıq, həm də funksional istifadə baxımından faydalı hesab olunur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 565   Tarix: 28 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR

Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə

16 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021