Əhaliyə PİS XƏBƏR! Bu məhsul kəskin şəkildə BAHALAŞACAQ - XƏBƏRDARLIQ

Əhaliyə PİS XƏBƏR! Bu məhsul kəskin şəkildə BAHALAŞACAQ - XƏBƏRDARLIQArzuolunmaz təbiət hadisəsi olan "El-Ninyo" Hindistanda şəkər qamışı məhsullarını məhv edə bilər. Əgər belə bir ssenari reallaşarsa, ölkə şəkər ixracını məhdudlaşdırmaq məcburiyyətində qalacaq. Nəticədə dünya bazarında şəkərin qiyməti kəskin şəkildə yüksələcək.

Bu barədə Rusiya Prezident Akademiyasının Beynəlxalq Aqrobiznes və Ərzaq Təhlükəsizliyi Mərkəzinin direktoru Anatoli Tixonov "RİA Novosti"yə açıqlamasında məlumat verib.

Ekspertin sözlərinə görə, Hindistanda illik şəkər istehsalı 3-8 milyon ton azala bilər.

"Əgər Hindistan ixrac proqramını tamamilə dondursa, Braziliya isə özünün emal gücünü məhdud olması səbəbindən tədarükü sürətlə artıra bilməsə, dünya bazarında qiymətlər ciddi şəkildə yüksələcək" - deyə Tixonov qeyd edib.

O həmçinin qeyd edib ki, Hindistanda məlum iqlim fenomenini məcazi mənada "əsl maliyyə naziri" adlandırırlar. Şəkər qamışı Hindistanda düyüdən sonra ikinci ən mühüm strateji məhsul sayılır. Ölkə şəkər istehsalı və ixracına görə Braziliya ilə liderliyi bölüşür. Hazırda şəkər qamışının əsas becərilmə bölgələri sayılan Maharashtra, Karnataka və Tamilnad ştatları artıq "El-Ninyo"nun bölgəyə yaxınlaşmasını hiss edir və ciddi su qıtlığı ilə üzləşirlər.

"El-Ninyo" ilə bağlı xəbərlərin təsiri altına düşən London birjasında şəkər tozunun qiyməti artıq iyunun əvvəlində qalxmağa başlamışdı-1 ton üçün 660 dollar.

Hindistan isə öz növbəsində sentyabrın 30-na kimi şəkər ixracıNI əhəmiyyətli dərəcədə dayandırdığını bəyan edib. Ekspertin proqnozuna görə, əgər ölkə şəkər tədarükünü tamamilə dayandırmaq qərarına gəlsə, dünya bazarında qiymətlər bir ton üçün 750-800 dollara qədər yüksələcək.

Tixonovun proqnozlarına görə, şəkərin bahalaşması bir çox idxalçı ölkə üçün, xüsusən də Afrika və Cənubi Asiyadakı ölkələrə baha başa gələcək. Şəkər tozunun qiymətinin qalxması ümumi ərzaq səbətinin 10-15% bahalaşması demək olacaq.

/Publika.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2367   Tarix: 28 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahiblərinin üzləşdiyi problemlərdən biri də müqavilənin müddəti başa çatdıqdan və ya kirayə haqqı ödənilmədikdən sonra kirayəçinin mənzili boşaltmaqdan imtina etməsidir. Belə hallarda mülkiyyətçilər həm əmlak hüquqlarını qorumaq, həm də qanun çərçivəsində hərəkət etmək məcburiyyətind

17 noyabr
.

Din xadimləri ilə bağlı iddiaya - Rəsmi reaksiya

"Son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud olmayan yeni məhdudiyyətin tətbiq edildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Mövcud qanunvericilik aktları nəzərə alınmada

17 noyabr
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullarda bahalaşm

15 noyabr
.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa

16 noyabr
.

Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi

17 noyabr
.

"Boranı" restoranında tək yeyib-içmək olmaz? - Video

Sosial şəbəkələrdə "Boranı" restoranlar şəbəkəsi ilə bağlı şikayət yayılıb. xəbər verir ki, şikayətçinin iddiasına görə, restoranın "Neftçilər" metrosu yaxınlığında yerləşən filialına tək daxil olmaq istəyən müştəriyə icazə verilməyib. Ona bildirilib ki, yalnız 3-4 nəfərlə gəldikd

16 noyabr
.

Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Fövqəladə Hallar Nazirliyi tərəfindən əhali arasında aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bir sıra hallarda azyaşlıların nəzarətsiz qalması nəticəsind

17 noyabr
.

Bakıda külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü

Güclü külək Bakıda bədbəxt hadisəyə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 18:30 radələrində güclü külək Binəqədi rayonu Xocəsən qəsəbəsi Şollar küçəsi 100 ünvanındakı həyətin hasarını uçurub. Nəticədə, orada piyada hərəkət edən 1978-ci il təvəllüdlü Nuriyeva Samirə Nəsir qız

16 noyabr
.

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On

17 noyabr