Nə kondisionerdir, nə də ventilyator - Ucuz qiymətli sərinləndirici
Yay aylarında havaların kəskin istiləşməsi fonunda bir çox insan kondisionerə alternativ axtarır. Həm yüksək qiyməti, həm də hər evdə quraşdırılmasının mümkün olmaması səbəbindən mütəxəssislər daha sərfəli bir cihazı tövsiyə edirlər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, söhbət hava soyuducusundan gedir. Bu cihaz işləmə prinsipi baxımından ventilyator və kondisioner arasında yerləşir.
Suyun köməyi ilə sərin hava yaradır
Adi ventilyator otaqdakı isti havanı sadəcə dövr etdirir. Hava soyuducusu isə daxilindəki su çənindən istifadə edərək havanı müəyyən qədər soyudur.
İstifadə zamanı cihazın rezervuarına soyuq su tökülür, bəzi modellərdə isə xüsusi soyuducu elementlərdən də istifadə etmək mümkündür. Hava nəm filtrlərdən keçərək sərinləyir və daha sonra ventilyator vasitəsilə otağa yayılır.
Mütəxəssislərin sözlərinə görə, bu üsulla yaranan hava axını adi ventilyatorla müqayisədə daha sərin və rahat hiss olunur.
Kondisioneri tam əvəz etmir
Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, hava soyuducusu kondisioner qədər güclü soyutma qabiliyyətinə malik deyil. O, otağın ümumi temperaturunu nəzərəçarpacaq dərəcədə aşağı salmır. Lakin cihaz istifadəçinin olduğu zonada sərinlik hissi yaradaraq isti havanı daha rahat keçirməyə kömək edir. Bəzi modellər qış aylarında qızdırıcı kimi də işləyə bildiyi üçün ilboyu istifadə oluna bilir.
Ən böyük üstünlüyü qiymətidir
Hava soyuducusunun əsas üstünlüklərindən biri münasib qiymətidir. Portativ kondisionerlərlə müqayisədə bu cihazlar xeyli ucuz başa gəlir. Bundan başqa, onların quraşdırılmasına ehtiyac yoxdur, pəncərədən hava çıxışı üçün xüsusi boru tələb etmir və daha az elektrik enerjisi sərf edir.
Mütəxəssislər bildirirlər ki, güclü soyutma gözləyənlər məyus ola bilərlər. Ancaq isti havalarda büdcəyə uyğun və qənaətcil həll axtaranlar üçün hava soyuducusu ən praktik variantlardan biri hesab olunur.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 740 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Twitter"də yeni funksiya istifadəyə veriləcək
"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze
9 sentyabr 2021Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR
Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə
16 sentyabr 2021Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO
Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq
14 sentyabr 2021Dadına görə yeyilmir, amma...
Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind
7 sentyabr 2021İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı
İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar
6 sentyabr 2021Fransada porno saytlar məhkəməyə verildi
Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki
7 sentyabr 2021