Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün
Bağçılıq üzrə mütəxəssis Rachel Baihn intensiv suvarma və gübrələmə tələb etməyən, az qulluqla bağlarınızı meyvə cənnətinə çevirəcək ağac növlərini açıqlayıb. Alça və şaftalı kiçik bağlar üçün praktiki həllər təqdim edərkən, gilas və armud ağacları uzun illər boyu xəstəliklərə qarşı dözümlülüyü ilə bol məhsul vəd edir.
Milli.Az xəbər verir ki, bağçanızda həm göz oxşayan bir mənzərə yaratmaq, həm də təbii, budaqdan təzə yığılmış meyvələr yemək istəyirsinizsə, doğru ağac seçimi çox önəmlidir. Çoxları meyvə bağının çox su, gübrə və davamlı qulluq tələb etdiyini düşünərək bu xəyalından əl çəkir. Lakin doğru növlər seçildikdə, minimum səylə bol məhsul almaq mümkündür.
Budur, az qulluq tələb edən və illərlə meyvə verəcək ideal ağaclar:
Alça - digər meyvə növlərinə nisbətən çox az qulluq tələb edir və fərqli iqlim/torpaq şəraitinə tez uyğunlaşır. Daha kompakt quruluşa sahib olduqları üçün dar sahələrdə belə mükəmməl nəticə verir.
Çox alça növü öz-özünü tozlandıra bilmir. Ona görə də məhsuldarlıq üçün bağınıza ən azı iki erik ağacı əkməlisiniz. Don hadisələrinin ağacın dibinə çökərək zərər verməməsi üçün onları bağın ən yüksək nöqtəsinə əkmək tövsiyə olunur.
Gilas/Albalı - Həm sürətli böyüyən kölgəlik yaratmaq, həm də çiçəklənmə dövründə vizual şou görmək istəyirsinizsə, gilas ən doğru yatırımdır.
Bir gilas ağacının meyvə verməsi təxminən 4 il çəkir. Gilas nəm torpağı çox sevir, ona görə də ağacın dibinə "mulç" (torpağı nəmli saxlamaq üçün saman, qabıq və ya ot örtüyü) tətbiq etmək ən praktiki üsuldur. Gübrələmə yalnız yazda meyvə çıxana qədər, daha sonra isə hər yığım mövsümünün sonunda edilməlidir.
Şaftalı - Doğru qış temperaturuna sahib bölgələrdə az qulluqla möcüzələr yaradır. Standart ölçülərlə yanaşı, kiçik növləri olduğu üçün hobi bağçaları üçün çox əlverişlidir.
Şaftalı ağacları tam günəşi sevir və yaxşı drenajlı (suyu tez keçirən) torpaqlarda sürətlə inkişaf edir. Ting alarkən onun öz-özünü tozlandırıb-tozlandırmadığını mütləq öyrənin, lazım gələrsə yanına ikinci ting əkin.
Armud - Bağbanlar üçün ən problemsiz ağacların başında gəlir, çünki armud ağaclarında xəstəlik və ya zərərverici problemləri demək olar ki, yaşanmır.
Armud ağacları bir az yavaş böyüyür və əkildikdən sonra meyvə verməsi üçün adətən 3 ilə ehtiyacı olur. Kökləri torpağa tam oturduqdan sonra isə uzun illər boyunca çox az qulluqla bol məhsul verməyə davam edir. Armudlar da öz-özünü tozlandırmayan qrupdadır, ona görə də bağınızda ən azı iki fərqli armud növünün yanaşı olması vacibdir.
Meyvə bağçası qurmaq düşündüyünüzdən daha asan ola bilər. Seçdiyiniz ağacların növünə diqqət etmək və düzgün əkin yeri seçmək, uzun illər boyu sizə bol və ləzzətli meyvələr bəxş edəcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Bu ölkədə 10 avroya dağ havası satılır
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama