Kadir İnanırın həyat yoldaşı göz yaşı tökdü: "Bir gün mütləq, sevgilim..."
Türk kinosunun unudulmaz aktyoru Kadir İnanır son mənzilə yola salınır.
Musavat.com xəbər verir ki, sənətkar üçün vida mərasimi İstanbuldakı Harbiye Muhsin Ertuğrul səhnəsində keçirilir.
Mərasimdə çıxış edən Kadir İnanırın 27 illik həyat yoldaşı, aktrisa Jülide Kural göz yaşlarını saxlaya bilməyib. O, həyat yoldaşının ədalətsizliyə qarşı barışmaz mövqeyindən, insanlara sevgisindən və sənətə bağlılığından danışaraq duyğulu anlar yaşayıb.
"Əslində indi yalnız susmaq istəyirəm. Amma Kadirin demək istədikləri o qədər böyük idi ki, ürəyimin buna tab gətirəcəyini bilmirəm. O, haqsızlığa qarşı qəzəbi, yoxsulluq və ədalətsizlik qarşısında vicdanı ilə tanınırdı. O, xalqın özü idi, Anadolu idi, bütün xalqların dostu idi. Bu dünyadan bizə qoyduğu ən böyük vəsiyyət isə sülh oldu", - deyə Kural bildirib.
Aktrisa çıxışını göz yaşları içində "Bir gün mütləq, sevgilim..." sözləri ilə tamamlayıb.
Qeyd edək ki, Kadir İnanır pnevmoniya səbəbindən iyunun 26-da 77 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.
Kadir İnanır və Jülide Kuralın yolları 1999-cu ildə "Bütün Çocuklarım" serialının çəkiliş meydançasında kəsişmişdi. Jülide Kural daha əvvəl verdiyi müsahibələrdə ilk vaxtlar aktyor haqqında fərqli düşüncədə olduğunu, lakin yaxından tanıdıqdan sonra onun həssas, insan haqlarına və qadın hüquqlarına böyük önəm verən bir şəxsiyyət olduğunu gördüyünü söyləmişdi.
27 il birlikdə həyat sürən cütlük Türkiyə sənət aləminin ən nümunəvi ailələrindən biri kimi yadda qalıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həmin obraz ona verilmişdi - Etirazlardan sonra dəyişiklik
Xəbər verdiyimiz kimi, aktyor Serhat Mustafa Kılıçın ölümündən sonra "Teşkilat"dakı rolu həmkarı Savaş Özdemirə həvalə edilib. Axşam.az-ın məlumatına görə, sosial media izləyiciləri yayım şirkətinin bu addımını tənqid edib və Serhatın ruhuna hörmətsizlik kimi qəbul ediblər. Onlar səhhətindək
13 sentyabrAyseldən Murad Adıgözəlzadə ilə bağlı xəbərə reaksiya
Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadənin səhhətində problem yaranıb. Axşam.az-ın məlumatına görə, Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində bununla bağlı paylaşım edib. Paylaşıma şərh yazanlar arasında M.Adıgözəlzadənin keçmiş həyat yoldaşı, müğənni Aysel Teymurzad
5 sentyabr"Kurtlar Vadisi Pusu" ilə bağlı da istintaq başladılıb - VİDEO
Türkiyənin keçmiş MİT müşaviri Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı araşdırma çərçivəsində "Kurtlar Vadisi Pusu" serialı da istintaq obyektinə çevrilib. İstanbul Respublika Baş Prokurorluğu serialdakı bəzi səhnə və simvolların mümkün əlaqələrini araşdırır. xarici mediaya istinadl
17 sentyabrXalq artistinin 1 yaşlı nəvəsi - Foto
Xalq artisti Simarə İmanova nəvəsi Hüseynəli ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni nəvəsi ilə fotosunu yayımlayaraq Gədəbəydə istirahət etdiyini bildirib. Qeyd edək ki, Hüseynəli ifaçının oğlu Məhəmmədin övladıdır
2 sentyabrKamil Zeynallının BAŞINA İŞ GƏLDİ: Onun üçün dua etdi - VİDEO
Fitnes məşqçisi Kamil Zeynallı istirahət üçün Tailand səfərinə çıxıb. xəbər verir ki, o, sosial media hesabında buddist rahiblə çəkdirdiyi maraqlı görüntüləri paylaşıb. Görüntülərdə rahib əvvəlcə idmançının qoluna rəngli ip bağlayaraq onun üçün dua edir. Daha sonra isə əlindəki nazik, süpürgəyə bənzə
5 sentyabr"Qızı mənə iki mənzil təklif etdi, mən də onu pəncərədən atdım" - VİDEO
Yalovada 6-cı mərtəbədən yıxılaraq həyatını itirən türkiyəli müğənni "Güllü"nün (Gül Tut) ölümü ilə bağlı istintaqda yeni detallar ortaya çıxıb. "Qafqazinfo"a istinadla xəbər verir ki, istintaq çərçivəsində müğənninin qızı Tuğyan Ülkem Gülter həbs edilərkən, hadisənin yeganə şahid
6 sentyabr"Yanında ola bilməsəm də, ürəyim həmişə səninlədir"
Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova qızı Sude ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladının fotosunu yayımlayaraq bunları yazıb:. "Canım qızım, dünən konsertdə yanında ola bilmədim. Uzaqda olsaq da, ürəyim həmişə səninlədir. Həmçinin Almaniya mətbuatında yer almağı
13 sentyabrCem Yılmazdan ÜZÜCÜ XƏBƏR
Məşhur komediya ustası Cem Yılmaz keçirdiyi ürək spazmı səbəbindən xəstəxanaya yerləşdirilərək müalicə altına alınıb. xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb. Çanaqqalanın Ayvacık rayonundakı evində dincələn Yılmazın səhhəti pisləşib və o, xəstəxanaya aparılıb. Sinə ağrısı şikayət
29 avqustMəşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü
Meksikada "Camilo Septimo" rok qrupunun üzvü Conatan Melendes, hamilə həyat yoldaşı, 3 yaşlı qızı və ailənin dayəsi evlərində qətlə yetirilib. Ailənin iti də öldürülüb. "Qafqazinfo" xəbər verir ki, Meksika Dövlət Baş Prokurorluğunun məlumatına görə, 38 yaşlı Melendes və ailə üzvlərini
4 sentyabr