"Nilay" getsə, serial bitə bilər

"Nilay" getsə, serial bitə bilərTürkiyənin məşhur "Kızılcık Şerbeti" serialının prodüseri Faruk Turqut layihədə "Nilay" obrazını canlandıran Feyza Civelekin serialdan ayrılması ehtimalı ilə bağlı açıqlamalar verib.

Sonxeber.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, prodüser Fatih Altaylının yutub kanalında yayımlanan "İzzet Çapa ilə Paşa Paşa Muhabbetler" verilişində qonaq olarkən danışıb.

O, Feyza Civelekin anası, serialın ssenaristi Melis Civelekin vasitəsilə verilişin seçmə qərarlarına təsir etməsi ilə bağlı iddiaları qəti şəkildə rədd edib.

Feyza Civelekin serialdan çıxarılması ehtimalına toxunan Turqut, "Serial hazırda yayımlanmır. Sentyabr ayına qədər 4 aylıq bir müddət var. Bu 4 ayda nələr baş verə bilər? Kanal satılacaqmı? Kanalda yenidən strukturlaşma olacaqmı? İndiki vəziyyətdən danışmağın mənasız olduğunu düşünürəm. Feyza getsə, serial bitə bilər. Bu serialın ssenari müəllifi Melis xanımdır. Allah heç kimi qızı və ya övladı ilə sınaqdan keçirməsin. Melis xanımı çətin vəziyyətə salan bir işin parçası olmayacağam", - bildirib.

Qeyd edək ki, serialda "Fatih" obrazını canlandıran Doğukan Güngörün narkotik testi analizlərinin müsbət çıxması "Kızılcık Şerbeti"indən çıxarılmasına səbəb olmuşdu. Daha sonra Feyza Civelekin narkotesti müsbət çıxmasına baxmayaraq serialdan ayrılmaması izləyicilər arasında müzakirə mövzusu olub. İzləyicilər bunu aktyorlar arasında ayrıseçkilik kimi qiymətləndirib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 401   Tarix: 28 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həmin obraz ona verilmişdi - Etirazlardan sonra dəyişiklik

Xəbər verdiyimiz kimi, aktyor Serhat Mustafa Kılıçın ölümündən sonra "Teşkilat"dakı rolu həmkarı Savaş Özdemirə həvalə edilib. Axşam.az-ın məlumatına görə, sosial media izləyiciləri yayım şirkətinin bu addımını tənqid edib və Serhatın ruhuna hörmətsizlik kimi qəbul ediblər. Onlar səhhətindək

13 sentyabr
.

Ayseldən Murad Adıgözəlzadə ilə bağlı xəbərə reaksiya

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadənin səhhətində problem yaranıb. Axşam.az-ın məlumatına görə, Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində bununla bağlı paylaşım edib. Paylaşıma şərh yazanlar arasında M.Adıgözəlzadənin keçmiş həyat yoldaşı, müğənni Aysel Teymurzad

5 sentyabr
.

"Kurtlar Vadisi Pusu" ilə bağlı da istintaq başladılıb - VİDEO

Türkiyənin keçmiş MİT müşaviri Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı araşdırma çərçivəsində "Kurtlar Vadisi Pusu" serialı da istintaq obyektinə çevrilib. İstanbul Respublika Baş Prokurorluğu serialdakı bəzi səhnə və simvolların mümkün əlaqələrini araşdırır. xarici mediaya istinadl

17 sentyabr
.

Xalq artistinin 1 yaşlı nəvəsi - Foto

Xalq artisti Simarə İmanova nəvəsi Hüseynəli ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni nəvəsi ilə fotosunu yayımlayaraq Gədəbəydə istirahət etdiyini bildirib. Qeyd edək ki, Hüseynəli ifaçının oğlu Məhəmmədin övladıdır

2 sentyabr
.

Kamil Zeynallının BAŞINA İŞ GƏLDİ: Onun üçün dua etdi - VİDEO

Fitnes məşqçisi Kamil Zeynallı istirahət üçün Tailand səfərinə çıxıb. xəbər verir ki, o, sosial media hesabında buddist rahiblə çəkdirdiyi maraqlı görüntüləri paylaşıb. Görüntülərdə rahib əvvəlcə idmançının qoluna rəngli ip bağlayaraq onun üçün dua edir. Daha sonra isə əlindəki nazik, süpürgəyə bənzə

5 sentyabr
.

"Qızı mənə iki mənzil təklif etdi, mən də onu pəncərədən atdım" - VİDEO

Yalovada 6-cı mərtəbədən yıxılaraq həyatını itirən türkiyəli müğənni "Güllü"nün (Gül Tut) ölümü ilə bağlı istintaqda yeni detallar ortaya çıxıb. "Qafqazinfo"a istinadla xəbər verir ki, istintaq çərçivəsində müğənninin qızı Tuğyan Ülkem Gülter həbs edilərkən, hadisənin yeganə şahid

6 sentyabr
.

"Yanında ola bilməsəm də, ürəyim həmişə səninlədir"

Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova qızı Sude ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladının fotosunu yayımlayaraq bunları yazıb:. "Canım qızım, dünən konsertdə yanında ola bilmədim. Uzaqda olsaq da, ürəyim həmişə səninlədir. Həmçinin Almaniya mətbuatında yer almağı

13 sentyabr
.

Cem Yılmazdan ÜZÜCÜ XƏBƏR

Məşhur komediya ustası Cem Yılmaz keçirdiyi ürək spazmı səbəbindən xəstəxanaya yerləşdirilərək müalicə altına alınıb. xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb. Çanaqqalanın Ayvacık rayonundakı evində dincələn Yılmazın səhhəti pisləşib və o, xəstəxanaya aparılıb. Sinə ağrısı şikayət

29 avqust
.

Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü

Meksikada "Camilo Septimo" rok qrupunun üzvü Conatan Melendes, hamilə həyat yoldaşı, 3 yaşlı qızı və ailənin dayəsi evlərində qətlə yetirilib. Ailənin iti də öldürülüb. "Qafqazinfo" xəbər verir ki, Meksika Dövlət Baş Prokurorluğunun məlumatına görə, 38 yaşlı Melendes və ailə üzvlərini

4 sentyabr