"Qarabağ" 1 milyon avroya macar futbolçu transfer etdi
Macarıstanın "Zalaeqerseq" (ZTE) klubunun futbolçusu Bençe Varkoni karyerasını Azərbaycanda davam etdirəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Macarıstanın "Nemzeti Sport" nəşri və transfer xəbərləri üzrə etibarlı mənbə kimi tanınan Saşa Tavolyer məluamt yayıb.
Məlumata əsasən, 24 yaşlı mərkəz müdafiəçisi "Qarabağ"la anlaşıb. Ağdam klubu Macarıstan təmsilçisinə bu transfer üçün 1 milyon avro ödəyəcək. Futbolçu "Qarabağ"la 3 illik müqavilə imzalayacaq.
Bençe Varkoni MTK akademiyasının yetirməsidir və 2021-ci ildə Macarıstan çempionatının yüksək liqasında debüt edib. "Kozarmişlen" klubunda icarə əsasında çıxış etdikdən sonra üç il əvvəl ZTE-yə keçib. Əvvəlcə icarə əsasında komandaya qoşulan futbolçunun transfer hüquqları 2024-cü ilin yayında klub tərəfindən tam alınıb.
"Transfermarkt" portalının məlumatına görə, Varkoninin ZTE ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir və əlavə bir il uzadılma imkanı da nəzərdə tutulub.
Mərkəz müdafiəçisi ötən mövsüm Macarıstan çempionatında 30, ölkə kubokunda isə 6 oyunda meydana çıxıb. Ümumilikdə isə o, ölkə yüksək liqasında 83 qarşılaşmada forma geyinib.
O, Macarıstanın U-21 millisinin sabiq üzvüdür.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 335 Tarix: 30 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Formula 1 altı illik fasilədən sonra İstanbula qayıdır - Tarix açıqlandı
Formula 1 yarışları altı illik fasilədən sonra yenidən İstanbulda keçiriləcək. Qaynarinfo xəbər verir ki, 2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi açıqlanıb. Təqvimə əsasən, "Formula 1 Turkish Grand Prix" 1-3 oktyabr 2027-ci il tarixlərində TOSFED İstanbul Parkda təşkil olunacaq
17 sentyabr"Sabah" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra
14 sentyabr"Mən və o ən yaxşı futbolçularıq" - Yamal
"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı
14 sentyabr"Qalatasaray" üç futbolçusunu komandadan göndərir
Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır. yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür. Məlumata görə, "sarı-qırmızılar"ın göndərilməsin
13 sentyabrMəhəmməd Salah "Trabzonspor"da rekorda imza atıb
Misirli futbolçu Məhəmməd Salah Türkiyənin "Trabzonspor" klubunda rekorda imza atıb. xəbər verir ki, təcrübəli hücumçu buna "Gənclərbirliyi"ni 5:0 hesabı ilə məğlub etdikləri IV turun oyununda fərqlənməklə nail olub. O, Qara dəniz təmsilçisində Superliqada start heyətində meydan
7 sentyabrZubir klubsuz qaldı
"Qarabağ"la yollarını ayıran Abdullah Zubir transfer olunduğu Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubunda çıxış edə bilməyəcək. "Qafqazinfo" xəbər verir ki, hazırkı klubu "Əl-Uruba" maliyyə təminatını verə bilmədiyindən futbolçu qeydiyyatdan keçirilməyib. Bildirili
9 sentyabr"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub
"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli
16 sentyabr