Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin

Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edinYay mövsümünün gəlişi isti xatirələri, yeni kəşfləri və səyahət ruhunu özü ilə gətirir. Bu dövrdə sərnişinlər həm dəniz istirahəti, həm şəhər turizmi, həm də qısamüddətli "getaway" səfərləri üçün müxtəlif istiqamətlərə üstünlük verirlər. Aralıq dənizi kurortlarından Avropanın tarixi şəhərlərinə qədər uzanan marşrutlar yay aylarında ən çox seçilən səyahət variantları sırasında yer alır. Rahat uçuş imkanları, vizasız marşrutlar və fərqli istirahət təcrübələri isə səyahətçilərin seçimində əsas rol oynayır.

Yay mövsümündə artan səyahət marağını nəzərə alan Azərbaycan Hava Yolları (AZAL) sərnişin tələbatına uyğun olaraq bir sıra istiqamətlər üzrə reys proqramını genişləndirir. Xüsusilə yay aylarında yüksək tələbat müşahidə olunan dəniz və turistik marşrutlar üzrə uçuş tezliklərinin artırılması sərnişinlərə daha çevik və rahat səyahət planlaması imkanı yaradır.

Dəniz və resort istiqamətlərinə üstünlük verən səyahətçilər

Yay mövsümü əksər insanlar üçün günəşli çimərliklər, isti qum və rahat istirahət deməkdir. Tətil planlarını öncədən quran sərnişinlər bu mövsümdə daha çox dəniz kurortları və resort istiqamətlərinə maraq göstərirlər. Müxtəlif büdcələrə uyğun səyahət seçimlərinin mövcud olması isə yay tətilini daha əlçatan edir.

Azərbaycanın milli aviadaşıyıcısı yay mövsümündə sərnişinlərə geniş istiqamət seçimi təqdim edir. Aviaşirkətin marşrut şəbəkəsində Aralıq dənizi sahillərinə uçuşlar, regional istiqamətlər və vizasız marşrutlar xüsusi yer tutur.

Antalya, Batumi, Trabzon və İzmir kimi yay istirahəti üçün ən çox seçilən istiqamətlərlə yanaşı, Adriatik sahilinin məşhur kurort şəhərlərindən olan Tivat, eləcə də Şarm əl Şeyx kimi beynəlxalq turizm mərkəzləri də sərnişinlərin üstünlük verdiyi marşrutlar sırasında yer alır. AZAL-ın yay mövsümü üzrə marşrut şəbəkəsinə daxil olan istiqamətlərdən biri də Misirin Al-Alameyn şəhəridir. Aralıq dənizi sahilində yerləşən bu kurort şəhərinə reyslər 28 avqust 2026-cı il tarixinə kimi həftədə 1 dəfə icra olunacaq və sərnişinlərə yay istirahəti üçün əlavə seçim imkanı yaradacaq.

Bundan əlavə, Azərbaycan Hava Yollarının 2026-cı ilin yay mövsümü üçün yenidən açdığı Bodrum, Dalaman və Adana (Mersin) reysləri sərnişinlərin ailəvi istirahət, "all-inclusive" tətil və çimərlik təcrübəsi üçün marşrut seçimini daha da genişləndirir.

Mövsüm ərzində sözügedən şəhərlərə həyata keçiriləcək reyslərin sayı aşağıdakı kimidir:

• Bodrum və Dalaman - həftədə 7 reys

• Adana - həftədə 3 reys

Antalya şəhəri isə milli aviadaşıyıcının bu yay sezonunda ən çox reys həyata keçiriləcək beynəlxalq kurort istiqamətidir. Belə ki, Bakı-Antalya-Bakı marşrutu üzrə həftədə 21 reys baş tutacaq.

Şəhər turizmi üçün seçilən istiqamətlər

Dəniz istirahəti ilə yanaşı, yay aylarında şəhər turizminə maraq göstərən sərnişinlərin sayı da artır. Paris, London, Barselona, Milan, Vyana, Praqa, Berlin, İstanbul, Moskva və Sankt-Peterburq kimi şəhərlər tarix, memarlıq, incəsənət və qastronomiya təcrübələri ilə seçilir. Əvvəlki sezonlarda olduğu kimi, sözgüedən mövsümdə də İstanbul şəhəri həftədə 17 uçuş həyata keçirilməklə ən çox səyahət edilən şəhərlərdən biri olaraq qalır.

Bu istiqamətlər, eyni zamanda tək səyahət ("solo trip"), qısa müddətli şəhər səfərləri və "city-break" planlayan sərnişinlər tərəfindən ən çox üstünlük verilən marşrutlar sırasındadır. Yay festivalları, canlı şəhər atmosferi və zəngin mədəni həyat Avropa şəhərlərini mövsümün ən populyar səyahət istiqamətlərindən birinə çevirir.

Yayın ruhunu hiss etdirən təbiət marşrutları

Son illərin səyahət tendensiyaları göstərir ki, sərnişinlərin bir qismi klassik çimərlik və şəhər turizmindən fərqli olaraq təbiətə daha yaxın istiqamətlərə üstünlük verir. Sakit atmosfer, açıq hava fəaliyyətləri və təbii mənzərələr təqdim edən marşrutlar xüsusilə aktiv istirahət sevən səyahətçilərin diqqətini cəlb edir.

AZAL-ın Mərkəzi Asiya marşrut şəbəkəsinə daxil olan Almatı, Aktau, Astana, Bişkek və Səmərqənd, eləcə də Tbilisi və Batumi kimi istiqamətlər eko-turizm, yürüş ("hiking") və açıq hava ("outdoor") fəaliyyətləri üçün ideal seçimlər hesab olunur. Bundan əlavə, Bakı-Tbilisi-Bakı marşrutu həftədə 42 uçuşla bu sezon AZAL-ın ən çox reys icra edəcəyi beynəlxalq istiqamət olacaq.

Bununla yanaşı, Azərbaycan Hava Yollarının Qazaxıstanın Şımkent şəhərinə açdığı reyslər də aktiv istirahətə üstünlük verən səyahətçilər üçün yeni imkanlar yaradır. Şımkent reysləri 16 iyun tarixindən etibarən həftədə 3 dəfə həyata keçirilir.

Şərqin rəngləri və ekzotik marşrutlar

Fərqli mədəniyyətləri və yeni səyahət təcrübələrini kəşf etmək istəyən sərnişinlər üçün Pekin, Delhi, Mumbay, Lahor və İslamabad kimi şəhərlər yay mövsümünün diqqət çəkən istiqamətləri sırasında yer alır.

İstər dəniz sahillərində rahat istirahət, istər Avropanın canlı şəhər atmosferi, istərsə də fərqli mədəniyyətləri kəşf etmək üçün planlaşdırılan səfərlər yay mövsümündə hər bir səyahətçi üçün yeni təcrübələr və unudulmaz xatirələr vəd edir. Azərbaycanın milli aviadaşıyıcısı isə geniş marşrut şəbəkəsi və rahat uçuş imkanları ilə sərnişinlərə bu yayı dünyanın müxtəlif istiqamətlərində qarşılamaq imkanı yaradır.

Yay sezonu üzrə reys cədvəli və biletlər haqqında ətraflı məlumatı aviaşirkətin rəsmi veb səhifəsimobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 344   Tarix: 30 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA

Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndiril

17 sentyabr
.

Sabah 35° isti olacaq

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal

16 sentyabr
.

"Bank of Baku"dan ŞİKAYƏT VAR

Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə

16 sentyabr
.

Alla Axundova vəfat etdi

Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad

17 sentyabr
.

Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA

Mobil nömrələrin istifadədən çıxarılaraq sonradan başqa şəxslərə verilməsi vətəndaşların şəxsi məlumatlarının təhlükəsizliyi ilə bağlı müəyyən risklər yarada bilər. Xüsusilə bank tətbiqləri, sosial şəbəkələr, elektron poçt və müxtəlif onlayn xidmətlərdə hesabların telefon nömrəsinə bağlı olması nömr

17 sentyabr
.

Uşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildi

Uşaqlarda burun çəpərinin ağır əyrilikləri yalnız burun tənəffüsünün pozulmasına deyil, üz-çənə skeletinin inkişafına, yuxunun keyfiyyətinə və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər. Lakin inkişaf etməkdə olan burunda ,yəni uşaqlarda aparılan əsassız və ya aqressiv septal cərrahiyyə gələcəkd

16 sentyabr
.

Qarabağa diplomatik səfər niyə erməni dairələrində narahatlıq yaratdı? Yeni reallıqla köhnə siyasi ritorikanın toqquşması

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda yaranmış yeni siyasi reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından diqqət çəkən hadisəyə çevrildi. İki günlük səfərdə 58 ölkən

17 sentyabr
.

Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə

16 sentyabr
.

Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə belə müəyyən olunur - AÇIQLAMA

Yetkin şəxsin azyaşlı ilə birlikdə cinayət törətməsi hallarında məsuliyyət məsələsi yalnız uşağın hadisədə iştirak edib-etməməsi ilə məhdudlaşmır. Azərbaycan Cinayət Məcəlləsinin 170-ci maddəsinə əsasən, 18 yaşına çatmış şəxsin yetkinlik yaşına çatmayanı aldatma, vəd və ya hədə-qorxu yolu ilə cinayətka

16 sentyabr