"2026-2028-ci illər üzrə ilkin səhiyyənin profilaktik və erkən diaqnostika funksiyalarının gücləndirilməsi nəzərdə tutulur" - Maliyyə naziri
Azərbaycanda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, bu istiqamətdə tibbi xidmətlərin əhatəliliyinin artırılması, tibbi xidmətlər zərfinin genişləndirilməsi və ailə həkimi institutunun formalaşdırılması istiqamətində tədbirlər görülür.
Sonxeber.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsində bildirib.
O, qeyd edib ki, 2026-2028-ci illər üzrə ilkin səhiyyənin profilaktik və erkən diaqnostika funksiyalarının gücləndirilməsi nəzərdə tutulur: "Bu da öz növbəsində ümumi səhiyyə sisteminin yükünü azaltmaqla yanaşı, uzunmüddətli dövrdə dövlətin səhiyyə xərclərinin səmərəliliyini artıracaq. Səhiyyə sahəsi üzrə digər məsələ irsi və nadir uşaq xəstəliklərinin müalicəsi üçün əlavə maliyyə vəsaitlərinin ayrılmasıdır. Hazırda icbari tibbi sığorta fondu hesabına irsi və nadir uşaq xəstəliklərinin müalicəsi, ana və uşaqların sağlamlığının yaxşılaşdırılması, uşaqların icbari dispanserizasiyadan keçirilməsi və uşaqlarda kistoz fibroz genetik xəstəliyinə qarşı mübarizə tədbirlərinin maliyyələşdirilməsi təmin olunur. Həmçinin bildirmək istərdim ki, dövlət büdcəsinin vəsaiti hesabına uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına cari ildə hesabat ili ilə müqayisədə 6 % çox vəsait proqnozlaşdırılıb".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 238 Tarix: 30 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İcra başçısı çayxanaya getdi, sakinləri dinlədi - VİDEO
ARB Televiziyasına müsahibəsi çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Göygöl şəhərindəki çay evlərindən birində sakinlərlə görüşərək onlarla səmimi söhbət edib, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıb. həmin görüntüləri təqdim edir:
29 iyunUnikal yeraltı şəhərcik - Başçı aşkarlanan tunelləri təqdim etdi - VİDEO
2023-cü ildə Göygöl şəhərində almanların saldığı 6 küçədən biri olan Hummel küçəsində yeraltı şəhərcik aşkarlanıb. Yeddi tuneldən ibarət olan və vaxtilə şərab anbarı kimi istifadə edilən bu tarixi tikilinin əhəmiyyəti və keçmişi barədə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ARB Televiziyasın
29 iyunXarkovda azərbaycanlı tələbə həlak oldu
Rusiyanın Ukraynanın Xarkov şəhərinə hava hücumu nəticəsində azərbaycanlı tələbə həlak olub. "Qafqazinfo" xəbər verir ki, Xarkov Tibb Universitetinin altıncı kurs tələbəsi Fatimə Hüseynova raket zərbələri nəticəsində həyatını itirib. Qeyd edək ki, son günlərdə Rusiya və Ukraynanın bir-birin
30 iyunMilli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb. xəbər verir ki, iclasın gündəliyində "Metrik Konvensiya"nın ratifikasiyası, "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi daxil olmaqla ümumilikd
30 iyunSodayla ağ saç probleminə ev şəraitində həll yolları
Ağ saçların yaranması yaşlanmanın təbii əlamətlərindən biridir və gec-tez demək olar ki, hər kəs bu vəziyyətlə qarşılaşır. Lakin saçını tez-tez boyamaq istəməyənlər, xüsusilə ağ saçları az olan insanlar təbii qulluq üsullarına üstünlük verirlər. Xalq arasında uzun illərdir istifadə olunan vasitələrdə
29 iyunOğlan uşaqlarına bu sözləri qətiyyən deməyin
Valideynlərin övladlarına dediyi sadə görünən bəzi ifadələr onların gələcək psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər. Mütəxəssislər xüsusilə oğlan uşaqlarına "ağlama", "naz etmə", "sən kişisən" kimi sözlərin tez-tez deyilməsinin emosional inkişaf baxımından zərərl
29 iyun