Qrenlandiyadakı vikinqlərin sirri açıldı: Onları məhv edən amil soyuq deyilmiş

Qrenlandiyadakı vikinqlərin sirri açıldı: Onları məhv edən amil soyuq deyilmişQrenlandiyada məskunlaşan vikinqlərin əsrlər əvvəl Şimali Atlantikdəki yaşayış məntəqələrini niyə qəfil tərk etməsi uzun illər alimləri düşündürən suallardan biri olub. İndiyədək onların XV əsrin əvvəllərində kəskin soyuqlar səbəbindən bölgəni tərk etdikləri qəbul edilirdi. Lakin "Science Advances" jurnalında dərc olunan yeni araşdırma göstərir ki, əsas səbəb sərt soyuqlar deyil, uzunmüddətli su qıtlığı olub.

Qaynarinfo xəbər verir ki, tədqiqatçılar əvvəlki araşdırmalardan fərqli olaraq iqlim göstəricilərini uzaq buzlaqlardan deyil, birbaşa vikinqlərin qədim təsərrüfatlarının yerləşdiyi ərazidəki gölün dib çöküntülərindən əldə ediblər. ABŞ-nin Massaçuşetts Amherst Universitetinin alimləri son 2 min ilin iqlim tarixini təhlil edərək müəyyən ediblər ki, vikinqlərin Qrenlandiyada yaşadığı təxminən 400 il ərzində temperaturda ciddi dəyişiklik baş verməyib. Əsas problem yağıntıların azalması və quraqlıq olub.

Quraqlıq təsərrüfatı çökdürüb

Yağıntıların tədricən azalması heyvandarlığa əsaslanan koloniya iqtisadiyyatını ağır vəziyyətə salıb. Qrenlandiyanın sərt qış şəraitində fermerlər mal-qaranı aylarla tövlədə saxlayırdılar. Yaz gəldikdə isə aclıqdan taqətdən düşən heyvanları otlaqlara qucaqlarında aparmaq məcburiyyətində qalırdılar.

Quraqlıq nəticəsində otlaqlar quruyub, ot və saman məhsuldarlığı kəskin azalıb. Bu isə heyvanların qış boyunca yemlə təmin edilməsini demək olar ki, mümkünsüz edib.

Dənizdə artan risklər və ticarətin dayanması

Ərzaq qıtlığı dərinləşdikcə icmanın bir hissəsi dolanışığını təmin etmək üçün açıq dənizdə ovçuluğa üz tutub. Lakin dəniz məməlilərinin ovlanması həm böyük təhlükə yaradır, həm də sabit qida təminatı vermirdi.

Eyni zamanda dəniz buzlarının artması Avropa ilə aparılan ticarəti də demək olar ki, tamamilə iflic edib.

Nəticədə su ehtiyatlarının azalması, iqtisadi tənəzzül və sosial problemlərin birləşməsi vikinqləri eramızın 985-ci ildə saldıqları Şərq Məskənini tamamilə tərk etməyə məcbur edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 630   Tarix: 30 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ürəyində tikiş iynəsi aşkarlandı

Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub. Lakin həkimlər döş qəfəsini

15 sentyabr
.

İndoneziyada bərənin aşması nəticəsində itkin düşən 130 nəfər axtarılır

İndoneziyadakı xilasedicilər artıq ikinci gündür ki, Yava dənizində sərnişin gəmisinin batması nəticəsində itkin düşmüş 130 nəfəri axtarırlar. xəbər verir ki, son məlumatlara görə, axtarış-xilasetmə əməliyyatlarında 622 mütəxəssis və təxminən 12 gəmi iştirak edir. 14 sentyabr səhəri etibarilə 6 nəfə

14 sentyabr
.

Bu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord

Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın

16 sentyabr
.

Mərkəzi Asiya-Cənubi Koreya investisiya fondunun yaradılması təklif edilib

Qırğızıstan prioritet layihələrin maliyyələşdirilməsi və Koreya biznesinin region bazarlarında iştirakının genişləndirilməsi üçün Mərkəzi Asiya ölkələri və Cənubi Koreyanın birgə investisiya fondunun yaradılmasını təklif edir. "Report" Qırğızıstan liderinin mətbuat xidmətinə istinadən xəbə

16 sentyabr
.

Lukaşenko ABŞ-nin xüsusi elçisi ilə görüşüb

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Kolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report" xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. "Cəmiyyət sizin səfərlərinizi böyük maraqla qarşılayır. Qonşular və digər dövlə

15 sentyabr
.

Vance İranla münaqişənin birinci mərhələsinin başa çatdığını elan etdi

ABŞ-ın vitse-prezidenti J.D. Vance "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib ki, ABŞ və İran arasındakı münaqişə bir neçə ay ərzində "tamamilə yeni bir mərhələyə" qədəm qoyacaq. xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton münaqişənin birinci mərhələsinin bitdiyini düşünü

16 sentyabr
.

Səudiyyə Ərəbistanı Yəmənin Taiz əyalətinə hava hücumu həyata keçirib

Səudiyyə Ərəbistanına məxsus təyyarələr Dhubab bölgəsinə hava hücumları həyata keçirib. xəbər verir ki, bildirilir ki, "Səudiyyə Ərəbistanının düşmən təyyarələri Dhubab bölgəsinə zərbələr endirir". Mülki şəxslər arasında itkilərin olduğu bildirilir. [hh4-unikal]

15 sentyabr
.

"Əsrin tutulması" 2027-ci ildə baş verəcək: Hansı ölkələri qaranlığa qərq olacaq?

Dünya 2027-ci ildə möhtəşəm astronomik hadisəyə - qeyri-adi uzunmüddətli olması səbəbindən artıq "əsrin tutulması" adlandırılan tam Günəş tutulmasına hazırlaşır. Qaynarinfo xəbər verir ki, bu barədə "Digital Camera World" yazır. Hadisə 2 avqust 2027-ci ildə baş verəcək. Günorta vaxt

15 sentyabr
.

Sakit okeanda onlarla insanın olduğu bərə batıb

Vanuatu sahillərində bərənin batması nəticəsində 30-dan çox insan itkin düşüb. bildirir ki, bu barədə "Reuters" agentliyi Sakit okeandakı ada dövlətinin baş naziri Cotam Napatın ofisinə istinadən məlumat verib. Gəminin göyərtəsində ümumilikdə 40-dan çox sərnişin və heyət üzvü olub. Məlumat

13 sentyabr