Səssiz qatil: 2050 ssenarisi 24 il əvvəl gerçəkləşdi - Zaman cədvəli pozuldu

Səssiz qatil: 2050 ssenarisi 24 il əvvəl gerçəkləşdi - Zaman cədvəli pozuldu2050 üçün hazırlanmış ssenari 2026-cı ildə reallığa çevrilib. Mütəxəssislər isə "zaman cədvəlinin pozulduğunu" və "səssiz qatil" adlandırılan təhlükəni vurğulayırlar.

Qayanrinfo xəbər verir ki, Avropanı təsiri altına alan ekstremal istilər iqlim böhranına dair ən pessimist proqnozların belə nə qədər tez reallaşa biləcəyini bir daha gündəmə gətirib.

"Zaman cədvəli pozuldu"

"Washington Post"un məlumatına görə, Ümumdünya Meteorologiya Təşkilatının (WMO) 2014-cü ildə Fransa üçün 2050-ci ilə dair hazırladığı temperatur proqnozları gözləniləndən təxminən 24 il əvvəl aşılıb. Bu səbəbdən elmi dairələrdə "zaman cədvəli pozuldu" qiymətləndirməsi səsləndirilib.

Fransanın bəzi bölgələrində temperaturun 44,3 dərəcəyədək yüksəlməsi yalnız gündəlik həyatı deyil, səhiyyə sistemini də ciddi şəkildə çətinləşdirib. İlkin məlumatlara görə, istilərin təsir göstərdiyi günlərdə ölkədə 1000-dən çox ölüm qeydə alınıb.

2050 proqnozları 2020-ci illərdə gerçəkləşdi

2014-cü ildə WMO tərəfindən aparılan tədqiqatda 60 iqlim alimi Fransanın 2050-ci il yay şəraitini modelləşdirmişdi. Ssenarilərdə ölkə üzrə maksimal temperaturun 40-43 dərəcə arasında olacağı proqnozlaşdırılırdı.

Lakin son günlərdə Avropanı bürüyən isti hava dalğası zamanı bu göstəricilər bir çox bölgədə aşılıb. Fransa ərazisində ölçmə aparılan 34 məntəqənin 19-da 2050 üçün nəzərdə tutulan hədlərin keçildiyi, bəzi yerlərdə isə proqnozların 2 dərəcədən çox aşdığı bildirilib.

"Bu, istisna deyil"

İqlimşünas Robert Rohde baş verənlərin tək hadisə olmadığını bildirib. Onun sözlərinə görə, Qərbi Avropa gələcəkdə daha tez-tez ekstremal istilərlə üzləşəcək: "Bu, təsadüf deyil, yeni normanın bir hissəsidir".

Fransanın meteoroloji xidməti Meteo-France isə mövcud tendensiyanın davam edəcəyi halda 2100-cü ilə qədər isti hava dalğalarının iki aya qədər fasiləsiz davam edə biləcəyi barədə xəbərdarlıq edib.

1000-dən çox ölüm

Fransa İctimai Səhiyyə Agentliyi (Sante Publique France) bildirir ki, isti hava dalğasının təsir göstərdiyi çərşənbə-şənbə günləri arasında ölkədə 1000-dən çox ölüm qeydə alınıb.

Həyatını itirənlərin əksəriyyətini 65 yaşdan yuxarı şəxslər təşkil edib. Eyni zamanda bütün yaş qruplarında ölüm göstəricilərində artım müşahidə olunub. Xüsusilə xəstəxanalar, qocalar evləri və iri şəhərlərdə vəziyyət daha ağır olub.

Gündəlik həyat iflic oldu

Rekord istilər Fransada yalnız sağlamlıq böhranı deyil, həm də gündəlik həyatda ciddi pozuntular yaradıb. Qatar reyslərində gecikmələr qeydə alınıb, bəzi məktəblər bağlanıb, iş saatları məhdudlaşdırılıb.

Kondisioner satışlarında artım müşahidə olunub. Bir çox vətəndaş evləri sərin saxlamaq üçün pəncərələri örtüklərlə bağlayıb və ya əks etdirici materiallardan istifadə edib.

Eyni zamanda sərinləmək məqsədilə çay və göllərə girən şəxslər arasında ölüm hallarının artdığı bildirilir. Fransa Daxili İşlər Nazirliyi 18 iyundan bəri 74 nəfərin boğularaq öldüyünü açıqlayıb.

"Səssiz qatil"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus Avropada 21 iyundan bu yana 1300-dən çox istiliklə əlaqəli ölüm qeydə alındığını bildirib. Onun sözlərinə görə, yüksək temperatur "səssiz qatil"dir:

"Avropadakı evlər, iş yerləri və məktəblər bu temperatur səviyyələrinə uyğun inşa edilməyib".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1376   Tarix: 30 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ürəyində tikiş iynəsi aşkarlandı

Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub. Lakin həkimlər döş qəfəsini

15 sentyabr
.

İndoneziyada bərənin aşması nəticəsində itkin düşən 130 nəfər axtarılır

İndoneziyadakı xilasedicilər artıq ikinci gündür ki, Yava dənizində sərnişin gəmisinin batması nəticəsində itkin düşmüş 130 nəfəri axtarırlar. xəbər verir ki, son məlumatlara görə, axtarış-xilasetmə əməliyyatlarında 622 mütəxəssis və təxminən 12 gəmi iştirak edir. 14 sentyabr səhəri etibarilə 6 nəfə

14 sentyabr
.

Bu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord

Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın

16 sentyabr
.

Mərkəzi Asiya-Cənubi Koreya investisiya fondunun yaradılması təklif edilib

Qırğızıstan prioritet layihələrin maliyyələşdirilməsi və Koreya biznesinin region bazarlarında iştirakının genişləndirilməsi üçün Mərkəzi Asiya ölkələri və Cənubi Koreyanın birgə investisiya fondunun yaradılmasını təklif edir. "Report" Qırğızıstan liderinin mətbuat xidmətinə istinadən xəbə

16 sentyabr
.

Lukaşenko ABŞ-nin xüsusi elçisi ilə görüşüb

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Kolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report" xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. "Cəmiyyət sizin səfərlərinizi böyük maraqla qarşılayır. Qonşular və digər dövlə

15 sentyabr
.

Vance İranla münaqişənin birinci mərhələsinin başa çatdığını elan etdi

ABŞ-ın vitse-prezidenti J.D. Vance "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib ki, ABŞ və İran arasındakı münaqişə bir neçə ay ərzində "tamamilə yeni bir mərhələyə" qədəm qoyacaq. xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton münaqişənin birinci mərhələsinin bitdiyini düşünü

16 sentyabr
.

Səudiyyə Ərəbistanı Yəmənin Taiz əyalətinə hava hücumu həyata keçirib

Səudiyyə Ərəbistanına məxsus təyyarələr Dhubab bölgəsinə hava hücumları həyata keçirib. xəbər verir ki, bildirilir ki, "Səudiyyə Ərəbistanının düşmən təyyarələri Dhubab bölgəsinə zərbələr endirir". Mülki şəxslər arasında itkilərin olduğu bildirilir. [hh4-unikal]

15 sentyabr
.

"Əsrin tutulması" 2027-ci ildə baş verəcək: Hansı ölkələri qaranlığa qərq olacaq?

Dünya 2027-ci ildə möhtəşəm astronomik hadisəyə - qeyri-adi uzunmüddətli olması səbəbindən artıq "əsrin tutulması" adlandırılan tam Günəş tutulmasına hazırlaşır. Qaynarinfo xəbər verir ki, bu barədə "Digital Camera World" yazır. Hadisə 2 avqust 2027-ci ildə baş verəcək. Günorta vaxt

15 sentyabr
.

Sakit okeanda onlarla insanın olduğu bərə batıb

Vanuatu sahillərində bərənin batması nəticəsində 30-dan çox insan itkin düşüb. bildirir ki, bu barədə "Reuters" agentliyi Sakit okeandakı ada dövlətinin baş naziri Cotam Napatın ofisinə istinadən məlumat verib. Gəminin göyərtəsində ümumilikdə 40-dan çox sərnişin və heyət üzvü olub. Məlumat

13 sentyabr