Velosipedçini "Prius"la vurub öldürənə bu cəza verildi
Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi törətmiş 2002-ci il təvəllüdlü Cavid Səfərlinin məhkəməsi keçirilib.
"Qafqazinfo"nun məlumatına görə, Göyşaban kəndi ərazisində "Toyota Prius" markalı avtomobillə velosipedlə hərəkət edən Yuxarı Nüvədi kənd sakini 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub öldürən gəncə hökm oxunub.
Bildirilib ki, R.Teymurov Lənkəranda özəl şirkətlərin birində mühafizəçi işləyirmiş və işə velosipedlə gedib-gəlirmiş. Hadisə də həmin zaman baş verib.
Lənkəran Rayon Məhkəməsi C.Səfərlini Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilib. Ona 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 292 Tarix: 30 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nofəl Süleymanovun qardaşının faciəli ölümünün TƏFƏRRÜATI
Ağcabədi rayonunun Aşağı Avşar kəndində 24 yaşlı gəncin elektrik cərəyanı vurması ilə bağlı yeni təfərrüat məlum olub. "Xəzər" TV-yə istinadən xəbər verir ki, Vəli Süleymanov kabel xəttinin üstündən keçən yüksəkgərginlikli elektrik xəttini nəzərə almayıb və nəticədə həyatını itirib. Hadis
30 iyun"Dənizə gedənin ağlı yoxdur"
Aytən Səfərova iyunun sonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı fikirlərini bölüşüb. -a istinadən xəbər verir ki, aparıcı iyunun sonlarında belə hava şəraitini sonuncu dəfə 1996-cı ildə olduğunu xatırlayıb:. "Doğrudan elə bil havaya nəsə olub və ya biz insanlar etmişik. İyunu
29 iyunİcra başçısı çayxanaya getdi, sakinləri dinlədi - VİDEO
ARB Televiziyasına müsahibəsi çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Göygöl şəhərindəki çay evlərindən birində sakinlərlə görüşərək onlarla səmimi söhbət edib, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıb. həmin görüntüləri təqdim edir:
29 iyun