"Milyonlarla dövlət vəsaiti xərclənən dərsliklər şagirdlərin yaş psixologiyasına zidd mexanizmlərlə doldurulub" - AÇIQLAMA
Son illər məktəb dərsliklərində rast gəlinən məzmun, fakt və dil səhvləri ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib.
Valideynlər, müəllimlər və təhsil mütəxəssisləri bu cür nöqsanların şagirdlərin bilik və dünyagörüşünün formalaşmasına mənfi təsir göstərə biləcəyini bildirirlər.
Bəs dərsliklərdəki səhvlər hansı səbəblərdən yaranır, onların tədris prosesinə təsiri nədən ibarətdir və bu problemlərin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca Sonxeber.az -a açıqlama verib:
"Sistemin daxilində yuva quran yarıtmazlığın və elmi geriliyin ən bariz, acınacaqlı örnəyi təhsilin beyni sayılmalı olan Azərbaycan Respublikasının Təhsil İnstitutu və onun rəhbəri Elnur Əliyevin fəaliyyətidir. Müstəqil ekspertlərin, mətbuatın və pedaqoji ictimaiyyətin kəskin tənqid hədəfinə çevrilən bu qurum bu gün öz birbaşa profilindən, elmi-pedaqoji missiyasından tamamilə uzaqlaşaraq, nə işlə desən məşğul olan bir layihə və tender kontoruna çevrilib. Təhsil İnstitutunun fundamental elmi araşdırmalar aparmaq, milli dərslik strategiyasını qurmaq əvəzinə nazirlik daxilindəki müəyyən qruplaşmaların və podratçı tenderlərin mərkəzi kimi idarə olunması rəsmi hesabatların ən böyük rüsvayçılığıdır. Vaxtilə nazirin özünün bu institutun rəhbərliyində olduğu dövrlərdən qalan layihələrdəki xeyli sayda neqativlərin, maliyyə yeyintilərinin və uğursuz proqramların üstünü ört-basdır etmək üçün Elnur Əliyevin bura gətirilməsi, ardınca isə onun fərqli agentlikləri ələ keçirmək uğrunda apardığı daxili kadr müharibələri təhsil elmini tamamilə iflic vəziyyətinə salıb. İnstitut rəhbərliyi şagirdlərin dərslərdəki passivliyindən şikayətlənməklə öz məsuliyyətini üzərindən atmağa çalışsa da, cəmiyyət yaxşı bilir ki, bu passivliyin və uğursuzluğun memarı məhz elmdən uzaq, bərbad dərslikləri ortaya qoyanların özüdür.
Dərsliklərdəki biabırçı elmi və metodiki səhvlər, məntiqsiz tapşırıqlar, dil və üslub qüsurları bu tədris ilində də valideynlərin və ziyalıların haqlı qəzəbinə səbəb olub. Təhsil İnstitutunun birbaşa nəzarətində hazırlanan və milyonlarla dövlət vəsaiti xərclənən dərsliklər milli təfəkkürdən uzaq, qondarma və şagirdlərin yaş psixologiyasına tamamilə zidd mexanizmlərlə doldurulub. İnstitutun rəhbərliyi dərsliklərin keyfiyyətini qaldırmaq, daxili ekspertizanı gücləndirmək əvəzinə, xarici qrant layihələrinin, səs-küylü və formal konfransların, xarici hesabat sessiyalarının arxasında gizlənir. Təhsilimizin elmi sütununu qurmalı olan bir təsisatın tender oyunlarının, daxili vəzifə çəkişmələrinin mərkəzinə çevrilməsi dərslik yaradıcılığını bir qrup imtiyazlı şəxsin qazanc mənbəyinə çevirib. Nəticədə isə hər il milyonlarla dərslik yenidən çap olunur, hər il eyni elmi xətalar təkrar edilir və millətin övladları bu savadsız bəlalardan zəhərlənməkdə davam edir. Təhsilimiz bu gün elmdən uzaq başbilənlərin tender maraqlarına deyil, milli intellektual genofondun qorunmasına xidmət edən dürüst bir elmi regenerasiyaya möhtacdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Bu ölkədə 10 avroya dağ havası satılır
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır