"Birinci Türkoloji Qurultay bir daha Türk dünyasının birliyinin sarsılmaz olduğunu sübut etdi" - DEPUTAT

"Birinci Türkoloji Qurultay bir daha Türk dünyasının birliyinin sarsılmaz olduğunu sübut etdi" - DEPUTATBirinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 ildən sonra keçirilməsi Birinci Türkoloji Qurultayın yenidən Bakıda keçirilməsinin əhəmiyyəti olduqca böyükdür. Bu təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb və tədbir ölkə başçısının "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq reallaşdı.

"Türk Dünyası Həftəsi" Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyi birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir.

Bu gün 20 ölkədən 215-dən artıq qonaq elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdə iştirak edərək dünyaya önəmli mesajlar ünvanlayırlar. Birinci Türkoloji Qurultayın yüz illiyi münasibətilə keçirilən tədbirlərin geosiyasi əhəmiyyəti olduqca geniş sahələri əhatə edir. Ən önəmlisi isə bu gün Türk dünyası yenidən Bakıda birləşir. Bu birliyə vəsilə olan Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin paytaxtımızda açılışının reallaşması türk xalqlarının ortaq dəyərlərini və mənəvi birliyini özündə əks etdirir.

Türk dünyasının gələcəyini yalnız ortaq keçmişə istinad edən mədəni birlik kimi deyil, ortaq bilik istehsalı, humanitar institutlar və elmi əməkdaşlıq üzərində qurulan strateji məkan kimi təsəvvür edilir. Bu baxımdan Birinci Türkoloji Qurultay tarixdə yalnız mühüm elmi hadisə deyil, türk dünyasında institusional humanitar inteqrasiyanın ilk sistemli modeli kimi qiymətləndirilir. Birinci Türkoloji Qurultayın irsi təkcə tarixi yaddaş elementi kimi deyil, türk xalqlarının gələcək humanitar və intellektual arxitekturasının formalaşmasında mühüm mənbələrdən biridir.

Bu gün konqres iştirakçıları Qarabağda səfərdədirlər. Ağdam, Şuşa və Xankəndi şəhərlərini əhatə edən səfər çərçivəsində iştirakçılar regionun tarixi-mədəni abidələri ilə tanış olacaqlar. Konqres iştirakçılarının Qarabağa səfərinin təşkili olduqca böyük əhəmiyyət daşıyır. Çünki Qarabağ təşkil edilən bu səfər Azərbaycanın regionun bərpası və inkişafı ilə bağlı mesajlarını Türk dünyasının elmi ictimaiyyətinə birbaşa çatdırmaq imkanı yaradır.

Ümumiyyətlə "Türk Dünyası Həftəsi" "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyasında qeyd edilən qlobal trendlər kontekstində türk xalqlarının ortaq mədəni irsinin öyrənilməsi, qorunması və təbliği baxımından əhəmiyyətli platformadı.

Birinci Türkoloji Qurultay bir daha Türk dünyasının birliyinin sarsılmaz olduğunu sübut etdi və hər dövrün çağırışlarına uyğun olaraq atılan addımlar bu birliyi daha da möhkəmləndirəcək.

Vüqar İskəndərov
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 361   Tarix: 01 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama

Bakıda 264 nömrəli məktəb-liseyin XI sinif şagirdlərinin sinif otağında elektron siqaretdən istifadə etməsi və həmin anların sosial şəbəkədə canlı yayımlanması ilə bağlı polis tərəfindən profilaktik tədbirlər görülüb. Bu barədə -ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini

16 sentyabr
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16 sentyabr
.

Bakıda 29 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

Sabah - sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü

17 sentyabr
.

Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA

Xaricdə ali təhsil alan və ya universiteti bitirən Azərbaycan vətəndaşlarının diplomlarının tanınması ilə bağlı məsələlər son dövrdə hərbi xidmət baxımından da diqqət çəkir. Xüsusilə diplomun tanınması prosesinin tamamlanmaması şəxsin təhsil statusunun və hərbi xidmətə möhlət hüququnun necə qiymətləndirilməs

17 sentyabr
.

Bakıda dini liderlərin mühüm görüşü: İlham Əliyev sülh və həmrəyliyin vacibliyini vurğuladı

Bakıda Türk dünyasının və Qafqazın dini liderlərini bir araya gətirən mühüm görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılar

17 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyib

16 sentyabr
.

Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq

"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə

16 sentyabr
.

AZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)

"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb

17 sentyabr
.

Məktəblilərin davranışına nəzarət: intizam və tərbiyə arasında düzgün balans

Məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı təhsil müəssisəsi deyil, eyni zamanda uşağın şəxsiyyət kimi yetişdiyi mühüm sosial mühitdir. Şagirdin dərsə münasibəti, müəllim və sinif yoldaşları ilə ünsiyyəti, məktəbin daxili qaydalarına əməl etməsi və məsuliyyətli davranışı onun gələcək sosia

16 sentyabr