"Azərbaycan bu cür tədbirlərlə türk dünyasının ortaq gələcəyinə xidmət edən yeni əməkdaşlıq modelini formalaşdırır" - Bəhruz Quliyev
""Türk Dünyası Həftəsi" iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri təkcə simvolik xarakter daşımır, bu, həm də siyasi və geosiyasi mesaj daşıyan mühüm hadisədir. Xarici qonaqların Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini yerində görməsi uzun illər Azərbaycana qarşı formalaşdırılmış dezinformasiya kampaniyalarının iflasa uğradığını bir daha nümayiş etdirir.Bu səfər göstərir ki, türk dünyasının inteqrasiyası artıq yalnız ortaq tarix və mədəniyyət üzərində deyil, eyni zamanda ortaq siyasi iradə və strateji əməkdaşlıq üzərində inkişaf edir. İşğaldan azad edilmiş ərazilərin beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi Azərbaycanın həmin torpaqlarda suverenliyinin tam bərqərar olduğunu və normal həyatın sürətlə bərpa edildiyini nümayiş etdirir."
Bu fikirləri Sonxeber.az-a danışan Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
"Onu da qeyd edək ki, eyni zamanda, bu səfər türk dövlətləri arasında həmrəyliyin gücləndiyini, Qarabağın artıq münaqişə məkanı deyil, əməkdaşlıq, inkişaf və inteqrasiya platformasına çevrildiyini göstərən mühüm mesajdır. Bu, bölgədə davamlı sülhün, iqtisadi inkişafın və nəqliyyat-kommunikasiya layihələrinin gələcəyi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Düşünürəm ki, Azərbaycan bu cür tədbirlərlə təkcə öz uğurlarını nümayiş etdirmir, həm də türk dünyasının ortaq gələcəyinə xidmət edən yeni əməkdaşlıq modelini formalaşdırır. Bu isə həm regional sabitliyin möhkəmlənməsinə, həm də Türk dünyasının beynəlxalq münasibətlər sistemində vahid siyasi və strateji aktor kimi mövqeyinin güclənməsinə töhfə verir." - deyə, B.Quliyev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 490 Tarix: 01 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Fövqəladə Hallar Nazirliyi tərəfindən əhali arasında aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bir sıra hallarda azyaşlıların nəzarətsiz qalması nəticəsind
17 noyabrSaatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əməkhaqqı müəyyən ediləcək:
17 noyabrGüclü küləklə bağlı xəbərdarlıq
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran
16 noyabrAzərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin
16 noyabrDirektorların işə qəbul nəticələri - Açıqlandı
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları
16 noyabrYevlaxda ağır qəzada 2 nəfər öldü
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Naftalan şəhər sakinləri - 200-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tura
17 noyabr