"Birinci Türkoloji Qurultay sübut etdi ki, müasir beynəlxalq münasibətlər yalnız iqtisadi imkanlar üzərində qurulmur" - DEPUTAT

"Birinci Türkoloji Qurultay sübut etdi ki, müasir beynəlxalq münasibətlər yalnız iqtisadi imkanlar üzərində qurulmur" - DEPUTAT"Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin keçirilməsi türk dövlətləri arasında əməkdaşlığın növbəti inkişaf mərhələsinin məhz humanitar inteqrasiya üzərində qurulacağını göstərir".

Bunu Sonxeber.az -a danışan deputat Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, bu qurultay bir daha sübut etdi ki, müasir beynəlxalq münasibətlər yalnız enerji ehtiyatları, nəqliyyat dəhlizləri və iqtisadi imkanlar üzərində qurulmur:

"Dövlətlərin beynəlxalq nüfuzu getdikcə daha çox onların intellektual potensialı, elmi əməkdaşlıq imkanları, təhsil sistemi, mədəni diplomatiyası və ümumi humanitar məkan formalaşdırmaq qabiliyyəti ilə bağlıdır. Bu baxımdan təsadüfi deyil ki, Türk dünyasının gələcəyinə dair müzakirələr yenidən məhz Bakıda aparılması təsadüfü deyil. 1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultay da Bakıda keçirilmişdi. Əlbəttə ki, öz dövrü üçün bu misilsiz elmi hadisə idi.
Həmin dövrdə ilk dəfə olaraq müxtəlif türk xalqlarının nümayəndələri eyni platformada toplaşaraq dilçilik, əlifba, terminologiya, təhsil və elmin inkişafı kimi fundamental məsələləri müzakirə ediblər.Lakin həmin dövrdə irəli sürülən bir çox ideyaların həyata keçirilməsi sonrakı siyasi proseslər səbəbindən mümkün olmadı. Sovet dövrünün totalitar idarəçiliyi, repressiyaları və ideoloji məhdudiyyətləri uzun illər türk xalqları arasında təbii elmi və humanitar əməkdaşlıq imkanlarını məhdudlaşdırdı. 100 il sonra yenidən bu qurultayın Bakıda keçirilməsi ortaq tarixi yaddaşı gələcəyə yönəlmiş inkişaf resursuna çevirən müasir türk inteqrasiya modelinin formalaşmasında Azərbaycanın mühüm rol oynadığını sübut edir".

Deputat vurğulayıb ki, tədbir çərçivəsində iştirakçılar Azərbaycanın zəngin tarixi irsi, memarlıq abidələri, ədəbiyyat və incəsənət nümunələri, eləcə də ölkənin müasir inkişaf dinamikası ilə yaxından tanış olmaq imkanı əldə edirlər:

"Bu da özlüyündə Azərbaycanın Türk dünyası daxilində daha dərindən anlaşılmasına və müxtəlif ölkələr arasında qarşılıqlı baxışların zənginləşməsinə xidmət edir. Ümumiyyətlə, son illərdə Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artması, yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması və türk dövlətləri arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin xüsusi rolu var. Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi də Prezident İlham Əliyevin Türk dünyasının gələcəyinə hesablanmış növbəti təşəbbüsüdur. Bu gün Azərbaycan Prezident İlham Əliyevin apardığı müdrik beynəlxalq siyasəti ilə Türk dünyasının siyasi, iqtisadi, mədəni və humanitar inteqrasiyasının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin məhz Bakıda keçirilməsi bunu bir daha sübut edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 445   Tarix: 01 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama

Bakıda 264 nömrəli məktəb-liseyin XI sinif şagirdlərinin sinif otağında elektron siqaretdən istifadə etməsi və həmin anların sosial şəbəkədə canlı yayımlanması ilə bağlı polis tərəfindən profilaktik tədbirlər görülüb. Bu barədə -ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini

16 sentyabr
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16 sentyabr
.

Bakıda 29 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

Sabah - sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü

17 sentyabr
.

Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA

Xaricdə ali təhsil alan və ya universiteti bitirən Azərbaycan vətəndaşlarının diplomlarının tanınması ilə bağlı məsələlər son dövrdə hərbi xidmət baxımından da diqqət çəkir. Xüsusilə diplomun tanınması prosesinin tamamlanmaması şəxsin təhsil statusunun və hərbi xidmətə möhlət hüququnun necə qiymətləndirilməs

17 sentyabr
.

Bakıda dini liderlərin mühüm görüşü: İlham Əliyev sülh və həmrəyliyin vacibliyini vurğuladı

Bakıda Türk dünyasının və Qafqazın dini liderlərini bir araya gətirən mühüm görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılar

17 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyib

16 sentyabr
.

Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq

"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə

16 sentyabr
.

AZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)

"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb

17 sentyabr
.

Məktəblilərin davranışına nəzarət: intizam və tərbiyə arasında düzgün balans

Məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı təhsil müəssisəsi deyil, eyni zamanda uşağın şəxsiyyət kimi yetişdiyi mühüm sosial mühitdir. Şagirdin dərsə münasibəti, müəllim və sinif yoldaşları ilə ünsiyyəti, məktəbin daxili qaydalarına əməl etməsi və məsuliyyətli davranışı onun gələcək sosia

16 sentyabr