"Birinci Türkoloji Qurultayın yüz il əvvəl ortaya qoyduğu ideyalar bu gün də uğurla davam etdirilir" - Əli Məsimli

"Birinci Türkoloji Qurultayın yüz il əvvəl ortaya qoyduğu ideyalar bu gün də uğurla davam etdirilir" - Əli MəsimliAzərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk dünyası həftəsi" keçirilir.İyunun 29-da Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk dünyası həftəsi" çərçivəsində "Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi" mövzusunda beynəlxalq konqresin rəsmi açılış mərasimi olub. Yüz il əvvəl Bakıda əsası qoyulmuş böyük bir ideyanın-ortaq mədəniyyət və mənəvi birlik ideyasının bir əsrlik tarixinin qeyd edilməsi çox əlamətdar tarixi bir hadisədir.Konqresdə türk respublikaları daxil olmaqla ümumilikdə 20 ölkədən rəsmilər, müxtəlif elmi mərkəzlərdən 126 türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələr iştirak ediblər.Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin dövlət səviyyəsində düzənlənməsi Azərbaycanın Birinci Türkoloji Qurultayın irsinə ehtiramın və Türk dünyasının ortaq elmi və mədəni irsinə verdiyi yüksək dəyərin, Birinci Türkoloji Qurultayın ideyalarının bu gün də Türk dünyasının inteqrasiyası və əməkdaşlığının genişlənməsi və dərinləşməsi üçün mühüm əhəmiyyət daşıdığının bariz nümunəsi və təntənəsidir.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciəti səsləndirib.Müraciətdə bidirilir ki,"Birinci Türkoloji Qurultay zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mövcud şəraitdə mədəni inteqrasiyasının məfkurə olaraq təşəkkül tapması baxımından müstəsna əhəmiyyət daşıyır.Türk dünyasının ortaq mənəvi dəyərlərinin-dil,tarix,etnoqrafiya,ədəbiyyat və mədəniyyətin inkişafı və gələcəyi ilə bağlı vacib məsələlərin, xüsusən vahid ümumtürk əlifbasına keçilməsinin diqqət mərkəzində saxlanıldığı beynəlxalq miqyaslı bu unikal elmi-mədəni forumun o zaman məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildi.Azərbaycan XIX əsrdən etibarən köklü ictimai-siyasi və mədəni dəyişikliklər nəticəsində yeni tipli teatr, məktəb və ilk milli mətbu orqanı yaratmaqla milli özünüdərkin gerçəkləşməsinə zəmin hazırlamış, müsəlman və türk dünyasında artıq ilk demokratik dövlət qurmuşdu...Əfsuslar olsun ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçirilməsinin qarşısı az sonra sovet totalitar idarə üsulu tərəfindən düşünülmüş formada süni maneələrlə alındı. Qurultay nümayəndələrinin əksəriyyətini isə məqsədli şəkildə 1930-cu illərdə amansız repressiyalara məruz qoydular.Qurultayın obyektiv zərurətdən irəli gələn və bütün türk aləminin tərəqqisini nəzərdə tutan taleyüklü qərarları elmi-mədəni həmrəyliyimizin qorunub saxlanılmasında mühüm platforma rolunu oynamış, sərt sınaqlara tab gətirərək, 70 illik kommunist rejiminin süqutundan sonra milli müstəqillik əldə edən türk xalqlarının mədəni-mənəvi dirçəliş yollarını yenidən işıqlandırmışdır.Əminliklə söyləyə bilərik ki,Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır.Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq konqresin iştirakçılarına müraciətində 1926-cı il Bakı Qurultayının türk dünyasının ortaq tarixinin, dilinin və mədəni şüurunun formalaşmasında mühüm rol oynadığını bildirib.Türk dövlətləri arasında institusional əməkdaşlığın gündən-günə dərinləşdiyinə diqqət çəkən Rəcəb Tayyib Ərdoğan, Türk Əsrinin qədim keçmişdən qaynaqlanan güclə qurulacağını vurğulayıb.Türkiyə Pezidenti Azərbaycanın türk dünyasının ortaq məqsədlərinə verdiyi töhfələri yüksək qiymətləndirib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciətində Birinci Türkoloji Qurultayın bütün türk dünyası üçün əhəmiyyətli tarixi hadisə olduğu və qardaş ölkələrin sarsılmaz birliyinin göstəricisinə çevrildiyi qeyd olunub. Bir əsr əvvəl irəli sürülən ideyaların bu gün də aktuallığını itirmədiyi bildirilib. Qurultay ortaq dil, tarix, mədəniyyət və elmi əməkdaşlığın inkişafına güclü təkan verərək gələcək birlik üçün möhkəm zəmin yaradıb.Belə mürəkkəb və dəyişkən dövrdə ortaq mənəvi irsin qorunmasının və hərtərəfli araşdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.Alimlər arasında əməkdaşlığın və mədəni-humanitar tərəfdaşlığın möhkəmləndirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müraciətində Birinci Türkoloji Qurultayı türk xalqlarının elmi, mədəni və ictimai həyatında yeni bir dövrün əsasını qoyan tarixi hadisə adlandırıb.Həmin dövrdə qurultayda Özbəkistan ziyalılarının fəal iştirakının onlar üçün qürur mənbəyi olduğunu bildirib. Gələcək əməkdaşlıq kontekstində süni intellektin tətbiqi, ortaq məlumat bazalarının yaradılması və "Türk Dünyası Maarifçiləri" adlı beynəlxalq elmi layihənin təsis edilməsini təklif edib.

Qırğızıstan Prezidenti Sadır Japarovun müraciətində Birinci Türkoloji Qurultayın türk xalqlarının inteqrasiyasına və mədəni birliyinə verdiyi tarixi töhfələr vurğulanıb. 100 il əvvəl Bakıda "dildə, fikirdə və işdə birlik" şüarı ilə türk dünyasının intellektual dirçəlişinin əsasının qoyulduğunu qeyd edib. Mürəkkəb geosiyasi şəraitə baxmayaraq, qurultayda türk dilləri, terminologiya və orfoqrafiya məsələlərinin müzakirə edilməsi və qəbul edilən qərarların xalqların inteqrasiyasına verdiyi töhfə xüsusi vurğulayıb.

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk dünyası həftəsi" çərçivəsində keçirilən tədbirlər və müzakirə olunan mələlərin dairəsi,məzmun,mahiyyət və əsas qayəsi göstərir ki,bir əsr əvvəl irəli sürülən ideyalar bu gün də aktuallığını itirməyib. Böyük mütəfəkkir İsmayıl Qaspıralının türk xalqlarının milli oyanışı, mədəni inteqrasiyası və həmrəyliyinin əsasını qoyan tarixi manifestə çevrilmiş "dildə, fikirdə və işdə birlik" ideyası öz aktuallığını bu gün də saxlayır.Bu ideya təkcə İsmayıl Qaspıralının yaşadığı dövrdə deyil, müasir dövrdə də Türk dünyasının inteqrasiyasını,o cümlədən Türk Dövlətləri Təşkilatının (TDT) əsas fəaliyyət prinsiplərini istiqamətləndirən mühüm siyasi-mədəni qayə olmaqda davam edir. Türk xalqlarının bir-birini asanlıqla başa düşə biləcəyi ortaq ünsiyyət dili-ümumtürk ədəbi dilinin yaradılması istiqamətində səylər artır.Türk dünyasının ortaq dəyərlər, tarix və mədəniyyət əsasında aydın milli məfkurəyə sahib olması istiqamətində məqsədyönlü fəaliyyət dünyada gedən proseslərin məntiqini,reallıları,yeni çağırışları da nəzərə almaqla getdikcə vüsətlənir.Türk Dövlətləri Təşkilatı öz fəaliyyətində daha geniş anlamda nəzəriyyədən praktikaya keçərək, türk xalqlarının iqtisadi, siyasi və mədəni sahələrdə birgə əməli addımlar atmasına töhfəsini ildən-ilə artırır.

Ortaq dil, tarix, mədəniyyət-geniş anlamda tərəqqinin,eləcə də müasir dünyanın aparıcı amilinə çevrilən elmi-texniki əməkdaşlığın inkişafına güclü təkan verərən birlik üçün möhkəm zəmindir.Milli dəyərlər sistemimizi,böyük hərflərlə yazılan mədəni,intellektual potensilımızın dolğun şəkildə reallaşmasının,elmi,texniki, texnoloji, sosial-iqtisadi inkişafımızın sürətləndirici və hərtərəfli tərəqqi amilinə,eləcə də əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundakı uğurlarımızın və bu əsasda Türk Əsrinin qərarlaşmasının optimal yolu-dildə, fikirdə və işdə gerçək birlikdən keçir. Köhnə dünya düzəninin sürətlə dağıldığı və yeni dünya düzəninin formalaşmasının çox müraəkkəb, dəyişkən,xaotik və qeyri-müəyyənlik mərhələsinin yaşadığımız hazırkı dönəmin çağırışlarına yalnız bu yolla,yəni milli dəyərlər sistemimizi,mədəni potensilımızı elmi,texniki, texnoloji, sosial-iqtisadi inkişafımızın sürətləndirici amilinə çevirməklə dolğun cavab vermək olar.Yapon xalqı zamnaında milli dəyərlər sistemini,mədəni potensialı sosial-iqtisadi,texnoloji və sair sahələrdə hərtərəfli inkişafın sürətləndirilməsinin əsas amilinə çox uğurla çevirə bildi...Onun ardınca cənubi koreyalı da bunu edə bildi...Xeyli müddətdir çin xalqı da bunu edir...Dünyada gedən proseslər,tarixi şəraitin yaratdığı fürsətlər və sair diqtə edir ki,indi də bizim şanslı zamanımızdır və zəngin keçmişə,qədim irsə malik türk xalqlarının dəyərlər sistemi və mədəni potensialından qaynaqlanan amilləri optimal variantda işə salmaqla, zamanında yaponun,koreyalının,çinlinin edə bildiyini biz də edə bilərik.

Birinci Türkoloji Qurultayın yüz il əvvəl ortaya qoyduğu ideyalar bu gün Türk Dövlətləri Təşkilatının fəaliyyəti çərçivəsində uğurla davam etdirilir.Türk Dövlətləri Təşkilatının müəyyənləşdirdiyi hədəflərTürk dövlətlərinin birliyinin və həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edir.Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlər Türk dünyasının ortaq tarixində əlamətdar hadisə kimi qalacaq, türk dünyasında yeni ideyaların və yeni əməkdaşlıq körpülərinin yaranmasına mühüm töhfə verəcək və gələcək nəsillər üçün dəyərli irs yaradacaqdır.

Əli Məsimli
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 353   Tarix: 01 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda Ağ Amerika kəpənəyinə qarşı mübarizə gücləndirilib - ağaclarda dərmanlama işləri aparılır

Paytaxtın bəzi ərazilərində, ağaclarda qurdların kütləvi şəkildə müşahidə olunması ilə bağlı mübarizə tədbirləri davam etdirilir. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən (YTB) bildirilib ki, məsələ ilə əlaqədar mütəxəssislər qurdların müşahidə edildiyi ərazilərə baxış keçiriblər. Aparılan araşdırmala

1 iyul
.

"Birinci Türkoloji Qurultay iştirakçılarının Qarabağa səfəri bizim üçün olduqca əhəmiyyətlidir" - DEPUTAT

"20 ölkədən 215-dən artıq qonaq Birinci Türkoloji Qurultayın 100 illiyi çərçivədə keçirilən "Türk Dünyası Həftəsi" ilə bağlı ölkəmizdə səfərdədirlər. Birinci Türkoloji Qurultayı elmi toplantı ilə yanaşı həm də türk dünyasının intellektual birliyinin təməlini qoyan tarixi dönüş nöqtəs

1 iyul
.

"Azərbaycan bu cür tədbirlərlə türk dünyasının ortaq gələcəyinə xidmət edən yeni əməkdaşlıq modelini formalaşdırır" - Bəhruz Quliyev

"Türk Dünyası Həftəsi" iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri təkcə simvolik xarakter daşımır, bu, həm də siyasi və geosiyasi mesaj daşıyan mühüm hadisədir. Xarici qonaqların Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini yerində görməsi uzu

1 iyul
.

Velosipedçini "Prius"la vurub öldürənə bu cəza verildi

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi törətmiş 2002-ci il təvəllüdlü Cavid Səfərlinin məhkəməsi keçirilib. "Qafqazinfo"nun məlumatına görə, Göyşaban kəndi ərazisində "Toyota Prius" markalı avtomobillə velosipedlə hərəkət edən Yuxarı Nüvədi kənd sakini 1976-cı il təvəllüdl

30 iyun
.

Daha 6 itkin-şəhid dəfn olunacaq

Birinci Qarabağ müharibəsinin daha 6 itkin-şəhidi dəfn olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında bildirilib. Nuriyev Yarməmməd Maqsud oğlu iyulun 1-

30 iyun
.

"Birinci Türkoloji Qurultay sübut etdi ki, müasir beynəlxalq münasibətlər yalnız iqtisadi imkanlar üzərində qurulmur" - DEPUTAT

"Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin keçirilməsi türk dövlətləri arasında əməkdaşlığın növbəti inkişaf mərhələsinin məhz humanitar inteqrasiya üzərində qurulacağını göstərir". Bunu -a danışan deputat Tamam Cəfərova deyib. Deputa

1 iyul
.

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri azadlığa buraxıldı

"Qurtuluş" Reabilitasiya Mərkəzinin adam oğurluğu, qanunsuz azadlıqdan məhrum etmə, əzab vermə cinayətlərində ittiham olunan rəhbəri Ceyhun Salmanov və iki əməkdaşının məhkəmə araşdırması başa çatıb. Axşam.az xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinfə keçirilən son iclasda hökm oxunub. Hökm

1 iyul
.

Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş - Xankəndidə söküntü həyata keçiriləcək

İş adamı Xəlil Göyüşova məxsus olduğu bildirilən "Körpü-Bina-Tikinti" şirkəti Xankəndi şəhərində və Kərkiçahan qəsəbəsində söküntü işləri həyata keçirəcək. Qaynarinfo xəbər verir ki, layihə işğal dövründə qanunsuz inşa olunmuş bir sıra tikinti obyektlərini əhatə edəcək. Sifarişçi Fövqəlad

30 iyun
.

Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı (FOTO)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin Nəsimi rayon nümayəndəliyində kadr dəyişikliyi olub. Qayanrinfo-nun məlumatına görə, FHN-nin Bakı Regional Mərkəzinin Nəsimi rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Seyidməmmədov Anar Aynal oğlu öz ərizəsin

1 iyul