Taksi tətbiqində dəhşət iddiası: "Mənə toxundu, etiraz edəndə məni magistral yolda düşürdü" - VİDEO
Türkiyədə avtomobil çağırma tətbiqi vasitəsilə sifariş etdiyi nəqliyyat vasitəsində səfər edən gənc qadın sürücünün ona cinsi xarakterli hərəkətlər etdiyini, etiraz etdikdən sonra isə magistral yolda avtomobildən düşürüldüyünü iddia edib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, sosial şəbəkədə paylaşdığı videoda göz yaşları içində yaşadıqlarını danışan qadın bildirib ki, hadisədən sonra böyük qorxu keçirib və insanlara olan etibarını itirib.
Onun sözlərinə görə, avtomobil çağırma tətbiqi vasitəsilə sifariş etdiyi nəqliyyat vasitəsində gedərkən sürücü avtomobili magistral yola çəkib. Qadın iddia edib ki, bir müddət sonra sürücü onun ayağına toxunub. O, buna etiraz etdikdə isə sürücü heç nə etmədiyini və vəziyyəti yanlış başa düşdüyünü söyləyib.
Gənc qadın sürücüdən avtomobili saxlamasını xahiş etdiyini bildirib. İddiasına görə, sürücü onu magistral yolun ortasında avtomobildən düşürüb.
Videoda danışan qadın yaşadığı hadisədən sonra ciddi psixoloji sarsıntı keçirdiyini, özünü təhlükəsiz hiss etmədiyini və insanlara olan inamının sarsıldığını vurğulayıb.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı hələlik aidiyyəti qurumlar və sözügedən avtomobil çağırma tətbiqi tərəfindən rəsmi açıqlama verilməyib.
Hadisə ilə bağlı hüquqi və ya inzibati araşdırmanın başlanılıb-başlanılmadığı da məlum deyil.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 839 Tarix: 01 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabrMəşhur türkiyəli aktyor evində ÖLÜ TAPILDI
Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. "Sözcu" qəzetinə istinadən xəbər verir ki, aktyordan sentyabrın 4-dən etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gedib. Qapını döysə də, cavab almadıqdan sonra özündə olan açarla mənzilə daxi
5 sentyabrİtkin düşən şəxsin meyiti su anbarından tapıldı - VİDEO
Türkiyənin Ankara şəhərində bir neçə saatdır itkin düşən 42 yaşlı H.K.-nin meyiti son telefon siqnalının qeydə alındığı Çubuk 1 Su Anbarının gölündən tapılıb. xarici mediaya istinadla xəbər verir ki, yaxınlarının uzun müddət onunla əlaqə saxlaya bilməməsi barədə polisə məlumat verilməsindən sonra axtarışlar
9 sentyabrAtatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO
Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim
14 sentyabrPolisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO
İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy
10 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrAğdərədə atlı minaya düşüb, xəsarət alıb
İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Hadisə nəticəsində Tərtər rayon sakin
11 sentyabr