Ən xoş günləri faciəyə döndü: Toyda baş verən yanğın 22 nəfərin həyatına son qoydu - VİDEO
Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada toy mərasimi keçirilən zaman salonda yanğın baş verib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, alovların salonda sürətlə yayılması qonaqlar arasında böyük təşvişə səbəb olub. İnsanların binadan çıxmağa çalışdığı zaman izdiham yaranıb. Hadisə nəticəsində ilkin məlumata görə, 22 nəfər ölüb, çox sayda insan isə yaralanıb.
Yaralılar təcili tibbi yardım avtomobilləri ilə paytaxtdakı müxtəlif tibb müəssisələrinə aparılıb və müalicə altına alınıb.
Faciədən sonra yanğının başvermə səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma başladılıb. Hadisə yerində aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir. Yanğının hansı səbəbdən baş verdiyi ilə bağlı isə hələlik dəqiq açıqlama verilməyib.
Faciədən sonra Konqo Demokratik Respublikasının Baş nazirinin müavini və daxili işlər naziri Jacquemain Shabani məsələyə müdaxilə edib.
Shabani ölkə üzrə bütün toy salonlarının, həmçinin ictimai tədbirlərin keçirildiyi məkanların təhlükəsizlik baxımından yoxlanılması barədə göstəriş verib.
Təhlükəsizlik standartlarına cavab vermədiyi müəyyən edilən məkanların isə dərhal bağlanması tapşırılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 106 Tarix: 07 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Yasamal Rayonu İ.Talıblı küçəsinin sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə rayon polis idarəsinin 29-cu Polis Şöbəsinə şikayət daxil olub. Ş.Məmmədovun həyat yoldaşı və qayınatası d
5 sentyabrBakıda fərdi yaşayış evi yandı
Bakıda fərdi yaşayış evində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğında
29 avqustTürkiyədə azərbaycanlı uşaq ögey atasını öldürdü
Türkiyədə azərbaycanlı yeniyetmə ögey atasını öldürüb. -a istinadən bildirir ki, hadisə Kayseri şəhərinin Melikqazi rayonunun Hunat məhəlləsində, Şəhid Yüzbaşı Sami Akbulut küçəsində baş verib. Məlumata görə, Azərbaycan vətəndaşı olan 16 yaşlı V.E. ilə onun 47 yaşlı ögey atası M.T. arasında naməlum səbəbdə
5 sentyabrŞəhər Xəstəxanasının həyətində meyit tapıldı
Türkiyənin Gaziantep şəhərində Şəhər Xəstəxanasının həyətindəki kolluq ərazidə bir şəxsin meyiti aşkarlanıb. Mərhumun ailəsinin itkin düşməsi barədə polisə məlumat verdiyi 46 yaşlı S.O. olduğu müəyyənləşib. xarici mediya istinadla xəbər verir ki, hadisə Şahinbəy rayonunun İbni Sina məhəlləsində yerləşə
3 sentyabrDİN MƏLUMAT YAYDI! Axtarışda olan 135 nəfər SAXLANILDI
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 135 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib
29 avqustGoranboyda sursat anbarında PARTLAYIŞ: İki kənd boşaldıldı - VİDEO
Gecə saatlarında Goranboy rayonunda sursat anbarında yanğından sonra Nizami və Xoylu kəndlərinin sakinləri təxliyə olunublar. xəbər verir ki, bu barədə "Report"a Goranboy Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, ümumilikdə təxliyə olunanların sayı 5 min nəfər təşkil edir
2 sentyabr