İntensiv yağışlardan daha təhlükəli havalar başlayır - Azərbaycan hazır olmalıdır
İqlim dəyişiklikləri ilə bağlı yeni araşdırma narahatedici nəticələr ortaya qoyub. Məlumata görə, son 40 ildə "El-Nino" hadisəsinin intensivliyi təxminən 40 faiz artıb və bunun əsas səbəblərindən biri qlobal istiləşmədir.
Planetimizi və Azərbaycanı nə gözləyir?
Bu barədə Globalinfo.az-a "Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova danışıb.
O deyib ki, "El-Nino" hadisəsi dünyanın müxtəlif bölgələrində yağıntı, külək və quraqlıq rejiminə təsir göstərə bilər:
"El-Nino"nun əsas təhlükəsi qlobal hava sistemlərində ciddi dəyişikliklərə səbəb olmasıdır. Bir regionda güclü istilik və quraqlıq müşahidə edilərkən, digər ərazilərdə intensiv yağışlar və daşqınlar baş verə bilər. Qlobal istiləşmə atmosferin daha çox su buxarı saxlamasına şərait yaradır. Bu isə həm quraqlıq dövrlərinin uzanmasına, həm də yağıntı zamanı daha intensiv leysanların yaranmasına səbəb ola bilər.
Nəticədə gələcəkdə yalnız daha isti hava yox, dəyişkən və ekstremal hava şəraiti ilə qarşılaşa bilərik. Daha uzun və intensiv isti dalğaları, quraqlıq, su çatışmazlığı, kənd təsərrüfatında məhsuldarlığın azalması, meşə və çöl yanğınlarının artması, bəzi ərazilərdə isə güclü leysan və daşqınlar əsas risklər sırasında olacaq".
İ.Həsənova bildirib ki, Azərbaycan üçün bu məsələ xüsusilə aktualdır:
"Ölkənin böyük hissəsi quraq və yarı-quraq iqlim zonalarında yerləşir. Su ehtiyatlarının məhdudluğu, kənd təsərrüfatının iqlimdən asılılığı, Kür-Araz ovalığında quraqlıq riski və Xəzər dənizi hövzəsində baş verən dəyişikliklər iqlim risklərini artırır. "El-Nino"nun yaratdığı qlobal atmosfer dövranı dəyişiklikləri Avrasiya və Aralıq dənizi regionunda hava şəraitinə dolayı təsir göstərə bilər.
Buna görə "El-Nino" dövrünü Azərbaycanda avtomatik olaraq quraqlıq və ya güclü yağışla əlaqələndirmək düzgün deyil. Təsirin xarakteri konkret ilin atmosfer şəraitindən və digər iqlim amillərindən asılıdır. Azərbaycan üçün uzunmüddətli əsas təhlükə isə qlobal istiləşmədir. Temperaturun artması suya tələbatı və torpaqdan buxarlanmanı artıracaq, kənd təsərrüfatında suvarma ehtiyacını yüksəldəcək. Quraqlıq dövrlərinin uzanması Kür və digər su hövzələrinin su balansına əlavə təzyiq yarada bilər".
Ekoloq qeyd edib ki, iqlim dəyişmələrinin ən ciddi təsirlərindən biri kənd təsərrüfatında hiss olunacaq:
"Yüksək temperatur və su çatışmazlığı məhsuldarlığı azalda, bitkilərin vegetasiya dövrünü dəyişə, zərərvericilərin yayılma arealını genişləndirə bilər. Bu səbəbdən suya qənaət edən texnologiyaların, müasir suvarma sistemlərinin və quraqlığa, eləcə də yüksək temperatura davamlı bitki sortlarının tətbiqi əhəmiyyətini artıracaq.
Su təhlükəsizliyinin təmin edilməsi, ekosistemlərin qorunması və iqlim dəyişmələrinə uyğunlaşma tədbirlərinin gücləndirilməsi də əsas prioritetlərdən olmalıdır. İqlim dəyişmələrinin qarşısını tamamilə almaq mümkün olmasa da, onların ağır nəticələrini azaltmaq və risklərə əvvəlcədən hazırlaşmaq mümkündür".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasından məhrum edildi