Bakıda Ağ Amerika kəpənəyinə qarşı mübarizə gücləndirilib - ağaclarda dərmanlama işləri aparılır
Paytaxtın bəzi ərazilərində, ağaclarda qurdların kütləvi şəkildə müşahidə olunması ilə bağlı mübarizə tədbirləri davam etdirilir.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən (YTB) bildirilib ki, məsələ ilə əlaqədar mütəxəssislər qurdların müşahidə edildiyi ərazilərə baxış keçiriblər. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, ağaclarda müşahidə edilən qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır.
Bununla əlaqədar YTB tərəfindən xüsusi tədbirlər planı hazırlanıb. Hazırda ərazilərdə gündəlik monitorinqlər aparılır, tırtılların aşkar edildiyi yerlərdə isə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir.
Qurumdan vurğulanıb ki, sözügedən tırtıllar insanların sağlamlığı üçün təhlükə yaratmır. Buna baxmayaraq, yaşıllıqlara vurduğu ziyanın qarşısının alınması məqsədilə monitorinq və mübarizə tədbirləri davam etdirilir.
Mütəxəssislərin məlumatına görə, insan üçün heç bir zərəri olmasa da Ağ Amerika kəpənəyi 120-dən çox bitki növünə zərər verə bilir. Zərərverici tut ağacları ilə yanaşı, alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən, göyrüş, qovaq, qarağat və digər bitkilərlə də qidalanır. Abşeron yarımadasında aparılmış tədqiqatlar zamanı isə bu həşəratın 30 bitki növü ilə qidalandığı müəyyən edilib.





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1921 Tarix: 01 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Fövqəladə Hallar Nazirliyi tərəfindən əhali arasında aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bir sıra hallarda azyaşlıların nəzarətsiz qalması nəticəsind
17 noyabrSaatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əməkhaqqı müəyyən ediləcək:
17 noyabrGüclü küləklə bağlı xəbərdarlıq
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran
16 noyabrAzərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin
16 noyabrDirektorların işə qəbul nəticələri - Açıqlandı
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları
16 noyabrYevlaxda ağır qəzada 2 nəfər öldü
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Naftalan şəhər sakinləri - 200-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tura
17 noyabr