Gürcüstanda Azərbaycan vətəndaşı olan gənc qız QƏTLƏ YETİRİLİB - FOTO
Gürcüstanda Azərbaycan vətəndaşı olan gənc qız qətlə yetirilib.
Oxu.Az 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə məlumatı "Sapari" təşkilatının rəhbəri Baia Pataraia sosial şəbəkədə paylaşıb.
O bildirir ki, gənc qızla iki gün ərzində əlaqə saxlamaq mümkün olmayıb, bundan sonra polis mənzilin qapısını sındıraraq içəri girib və orada onun cəsədini tapıb.
Pataraianın verdiyi məlumata görə, qatil Türkiyəyə qaçıb:
"Bir neçə gün əvvəl rusiyalı bir bloqer (influenser) "Instagram"da mənimlə əlaqə saxladı və bu dəhşətli femisid (qadın qətli) hadisəsini araşdırmağımı, sonra isə ictimaiyyətə çatdırmağımı xahiş etdi. Hadisə belə olub: Azərbaycandan olan gənc, gözəl və yetim bir qızı sevgilisi aldadaraq Gürcüstana gətirib. Ona Gürcüstanda birlikdə yaşamaq, işləmək təklif edib. Buna qədər isə qohumları bu qızı başqa birinə nişanlayıblarmış, həmin şəxs qızdan borc pul alıb və geri qaytarmayıb. Qısası, qız sevgiyə və yeni bir həyata inanaraq bura gəlib. Vəd olunan iş alınmayıb. Pulları bitən kimi sevgilisi olan oğlan qızın telefonunu lombarda qoyub, bundan əvvəl isə qızı amansızcasına döyərək küçəyə atıb və özü təkbaşına Azərbaycana qayıdıb. Döyülmüş və yad bir ölkədə hər şeysiz, köməksiz qalmış azərbaycanlı qıza xeyirxah bir erməni qadın sahib çıxıb. Rahat ünsiyyət qura bilsinlər deyə öz azərbaycanlı rəfiqəsini də bura gətirib və qızın qohumları ilə zəngləşməsinə kömək edib. Qızın gənc bir kişi qohumu gəlib və onun üçün mənzil kirayələyəcəyini, bir neçə aydan sonra vəziyyət sakitləşəndə isə onu Azərbaycana geri aparacağını deyib. Lakin qız tezliklə yoxa çıxıb. Azərbaycandakı kiçik bacısı onu axtarmağa başlayanda həmin erməni qadına zəng edib, ikinci gündür bacısı ilə əlaqə saxlaya bilmədiyini deyib. Ondan xahiş edib ki, gedib mənzilinə baxsın. Erməni qadın mənzilə yollanıb, qapını açan olmayıb. Qonşulardan öyrənib ki, ötən gecə mənzildən güclü dava-dalaş səsi gəlirmiş. Həmin erməni qadın polisə zəng edib, hüquq-mühafizə orqanı əməkdaşları qapını sındırıb və mənzildə qızın cəsədini tapıblar. Qatil Türkiyəyə qaçıb. Hazırda axtarış elan olunub. Mərhumun yeganə ailə üzvü Azərbaycandadır və ilk növbədə onun hüquqi varis kimi tanınması lazımdır.
Medianı bu işi araşdırmağa çağırıram. Prokurorluğu mərhumun bacısının adından bizi işə cəlb etməyə çağırıram ki, artıq üç ölkəyə toxunan bu femisid işinin materiallarını öyrənmək imkanımız olsun", - deyə Baia Pataraia yazıb.

Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 859 Tarix: 01 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanlı qadın 7 yaşlı oğlunu qətlə yetirdi
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Bolnisi rayonunda azərbaycanlı qadın övladını qətlə yetirib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, 42 yaşlı Svetlana Əhmədova 7 yaşlı oğlu F.Əhmədova qayçı ilə zərbələr endirərək onu qətlə yetirib
2 iyunSalyanda çətənə kolları yetişdirən keçmiş məhkum saxlanıldı
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Bağırov saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı ünvan
28 mayDəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl
5 avqustArmatur satışı adı altında 190 minlik dələduzluq - 4 nəfər saxlanıldı
Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər - T.Bədəlov, P.Qurbanov, S.Xəlilov və K.Fətəliyev saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, bu haqda DİN məlumat yayıb. Araşdırmalarla məlum olub ki, onla
11 mayTbilisidə öldürülən Fatimə ilə bağlı RƏSMİ AÇIQLAMA
Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikasının vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı həmin ölkənin prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin ibtidai istintaqı diqqətlə izlənilir. xəbər verir ki, bu fikirlər Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatınd
6 iyulFatiməni öldürən qohumu Batumi aeroportunda saxlanıldı (VİDEO)
Gürcüstanda Azərbaycan vətəndaşı Fatimə Kərimovanı qətlə yetirməkdə ittiham olunan Emin Əliyev Batumi Beynəlxalq Hava Limanında saxlanılıb. APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata əsasən, təqsirləndirilən şəxsin həbsi Türkiyə və Azərbayca
11 iyulSaleh Səmədov 200 min manat mənimsəyibmiş
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittihamı elan edib. İttihamda yazılıb ki, Saleh Səmədov cinayət baş verən dövrd
20 may25 yaşlı oğlan işlədiyi bağda öldü
Tərtər rayonunda gənc oğlan tənəffüs çatışmazlığından vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə mayın 7-si saat 16 radələrində Tərtər şəhərinin ərazisində yerləşən bağda baş verib. Orada işləyən Yevlax rayon sakini 2001-ci il təvəllüdlü Dünyamin Ayaz oğlu Hümbətov astma bronxit xəstəliyində
9 may