"Bu gün polisin ayıq-sayıqlığı sayəsində törədilmiş heç bir cinayət cəzasız qalmır" - DEPUTAT

"Bu gün polisin ayıq-sayıqlığı sayəsində törədilmiş heç bir cinayət cəzasız qalmır" - DEPUTATBu gün Azərbaycan Polisinin yaranmasından 108 il ötür.Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb.

Bu dövrdə ümummilli lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə 1 695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1 710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər "Azərbaycanın Milli Qəhrəmanı" adına, 1 143 nəfər orden və medallara layiq görülüb.

Azərbaycan polisi müstəqillik illərində böyük şərəfli yol keçib. Polis orqanlarında xidmət edən hər bir şəxs bilir ki, onun əsas vəzifəsi xalqının rifahı və təhlükəsizliyi onların bir nömrəli işidir. Polis gecə-gündüz küçədə təhlükəsizliyi təmin edən, cinayətkarla üz-üzə qalan, şəhid verən bir sistemdir.

Polisimiz dünyanı lərzəyə gətirən pandemiyaya qarşı mübarizədə də ön sıralarda dayandı. Gecə-gündüz demədən ictimai asayişi qoruyan polis əməkdaşları pandemiya ilə bağlı tətbiq olunan karantin rejiminin qorunmasında və vətəndaşların qaydalara riayət etməsində də böyük rol oynadılar. Onlar bu zaman öz sağlamlıqlarını düşünməyərək, həyatlarını təhlükə altına alaraq xidməti davam etdirdilər. Eləcə də İkinci Qarabağ müharibəsi zamanı da Daxili Qoşunların əməkdaşlarından 66 nəfər şəhid oldu, 346 nəfər hərbi qulluqçusu yaralanıb. 1690 nəfər isə ölkə başçısının sərəncamları ilə orden və medallarla təltif olunublar, 4 nəfər isə Milli Qəhrəman adına layiq görüldü.

Hazırda işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin olunmasında Daxili İşlər Nazirliyinin əməkdaşları ön sıralarda xidmətlərini davam etdirirlər. Həm də ölkədə cinayətkarlığa qarşı mübarizənin aparılması və ictimai-siyasi asayişin təmin edilməsində polis əməkdaşları fədakarcasına fəaliyyət göstərirlər.

Bu gün polis əməkdaşlarının xidmətlərini müasir tələblərə uyğun səviyyədə aparmaları üçün bütün texniki vasitələr və avadanlıqlarla təmin olunurlar. Polislərimiz ayıq-sayıq və peşəkarlığına görə ölkədə cinayətkarlıq çox aşağı səviyyədədir. Cinayət hadisələrinin üstünün açılma səviyyəsi də çox yuxarıdır.

Bu gün polisin ayıq-sayıqlığı sayəsində demək olar ki, törədilmiş heç bir cinayət cəzasız qalmır. Polis dövlətin bel sütunudur. Qlobal hesabatda kriminal indeks göstəricisinə görə dünya ölkələri arasında 110-cu yerdə olmağımız polis əməkdaşlarının gərgin əməyi sayəsindədir. Azərbaycan polisi peşəkarlığına görə dünya ölkələri arasında seçilir.

Bu gün Azərbaycan polisi ictimai asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin olunmasında öz xidməti borcunu böyük əzmlə və peşəkarlıqla yerinə yetirir. Ona görə də ictimai asayişi, vətəndaşların təhlükəsizliyini lazımi səviyyədə qoruyan, insanların qanuna uyğun davranışını təmin edən polis orqanlarının fəaliyyəti ən yüksək qiymətə layiqdir.

Şahin Seyidzadə
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 323   Tarix: 02 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arzum məhkəmə zalında həbs edildi - Video

Bloqer İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən sonuncu iclasda əvvəlcə vəkillər müdafiə çıxışı edib. Arzum isə son söz deyib: "İlk gündən özümü təqsirli bilmirəm. Kimsə yüksək sürətl

2 iyul
.

Leyla Əliyeva Yevlaxda Cümə məscidində oldu, məktəb açılışında iştirak etdi (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni binasının açılışında iştirak edib. Qaynarinfo xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Leyl

2 iyul
.

Azərbaycanda bu şəxslərin evləri pulsuz TƏMİR OLUNACAQ

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Şəki şəhəri, Biləsuvar, Sabirabad, Saatlı, Ağcabədi və Balakən rayonlarında yerləşən keçmiş məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri və mənzilləri təmir edəcək. -in əldə etdiyi məlumata görə, layihəni

1 iyul
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 3-də hava şəraiti yağmursuz olacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündüz 30-35 isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisb

2 iyul
.

Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı

Çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliy

1 iyul
.

Sabiq rektor Nurlana Əliyeva vəfat etdi

Bakı Slavyan Universitetinin sabiq rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının keçmiş sədri Nurlana Əliyeva vəfat edib. -a istinadən xəbər verir ki, o bu gün səhər saatlarında dünyasını dəyişib. Nurlana Əliyeva son vaxtlar səhhətində yaranmış problemlərlə əlaqədar xəstəlikdən əziyyət çəkirdi

1 iyul
.

Oxu.az 13 yaşını qeyd edir

Bu gün xəbər saytı 13 yaşını qeyd edir. xəbər verir ki, sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb. Sayt "Global Media Group" media holdinqinin tərkibində fəaliyyət göstərir. Saytda Azərbaycan və rus dilləri ilə yanaşı, Türkiyə türkcəsində də xəbərlər yayımlanır. Həmkarlarımızı təbri

1 iyul
.

"Bu gün polislərimiz fədakar qəhrəman, sadiq dost və çətin günlərdə arxalanacaq ən etibarlı dayaq rolunu oynayır"- QHT sədri

"İyulun 2-də Azərbaycan Polisi Günüdür və bu gün Azərbaycan Polisinin yaranmasından 108 il ötür. Azərbaycan polisinin keçdiyi yol özündə müstəqil dövlətçilik tariximizi əks etdirir". Bunu -a danışan "XXI Əsrin Qadınları" İctimai Birliyin sədri Mahirə Əmirhüseynova bildirib. Mahir

2 iyul
.

"Birinci Türkoloji Qurultay iştirakçılarının Qarabağa səfəri bizim üçün olduqca əhəmiyyətlidir" - DEPUTAT

"20 ölkədən 215-dən artıq qonaq Birinci Türkoloji Qurultayın 100 illiyi çərçivədə keçirilən "Türk Dünyası Həftəsi" ilə bağlı ölkəmizdə səfərdədirlər. Birinci Türkoloji Qurultayı elmi toplantı ilə yanaşı həm də türk dünyasının intellektual birliyinin təməlini qoyan tarixi dönüş nöqtəs

1 iyul