"Bu gün Azərbaycan polisi öz peşə borcunu layiqincə yerinə yetirərək dövlətin, xalqın və qanunun keşiyində dayanır" - DEPUTAT

"Bu gün Azərbaycan polisi öz peşə borcunu layiqincə yerinə yetirərək dövlətin, xalqın və qanunun keşiyində dayanır" - DEPUTAT"Polis ulu öndər Heydər Əliyevin söylədiyi kimi Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır. Bu gün Azərbaycan polisi yaranmasının 108-ci ildönümünü və peşə bayramını qeyd edir. Bir əsrdən artıq tarixə malik olan daxili işlər orqanları keçən bu illər ərzində dövlətçiliyin möhkəmləndirilməsi, ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində böyük xidmətlər göstərib. Azərbaycan polisinin fədakarlığı və peşəkarlığı Vətənə sədaqət nümunəsi kimi dəyərləndirilib".

Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki,1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranan polis orqanları ilk müstəqil dövlətimizin təhlükəsizliyinin qorunmasında mühüm rol oynayıb:

"Daxili işlər orqanları müxtəlif tarixi mərhələlərdən keçərək inkişaf edib, cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və hüquq-mühafizə sahəsində zəngin təcrübə formalaşdırıb.1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda ön cəbhəyə ilk yollanan nizami qüvvələrdən biri məhz milis əməkdaşları, sonrakı mərhələdə isə Daxili Qoşun hissələri olub. Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər yaralanıb. Onların göstərdikləri qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirilib - 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü, 1143 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra daxili işlər orqanlarının inkişafında yeni mərhələ başlanıb. Hüquq-mühafizə sisteminin müasir tələblərə uyğun yenidən qurulması istiqamətində ardıcıl islahatlar həyata keçirilib. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-sinin Azərbaycan Polisi Günü elan olunması isə polis əməkdaşlarının cəmiyyət və dövlət qarşısındakı xidmətlərinə verilən yüksək dəyərin bariz ifadəsi kimi tarixə düşüb.

Cənab prezident İlham Əliyevin rəhbərliyi dövründə Daxili Qoşunların döyüş qabiliyyətinin artırılması, müasir silah və texnika ilə təchizatı, hərbi hissələrin infrastrukturunun yenilənməsi və şəxsi heyətin sosial rifahının yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Bu gün Daxili Qoşunlar yüksək hazırlığa malik, qarşıya qoyulan ən mürəkkəb tapşırıqları yerinə yetirməyə qadir peşəkar hərbi birləşmə kimi fəaliyyət göstərir.Daxili işlər orqanlarının şərəf salnaməsində 44 günlük Vətən müharibəsi xüsusi yer tutur. 44 günlük Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları ön cəbhənin müxtəlif istiqamətlərində işğalçılara qarşı qəhrəmancasına döyüşüblər.

Daxili Qoşunların xüsusi təyinatlıları döyüş əməliyyatlarında yüksək peşəkarlıqla mühüm strateji tapşırıqları uğurla yerinə yetiriblər. Döyüşlər zamanı düşmənin canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərbələr endirilib. Vətən müharibəsində Daxili Qoşunların 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfər yaralanıb. Göstərilən igidliyə görə 1690 əməkdaş müxtəlif orden və medallarla təltif edildi, onlardan 4-ü isə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.

2023-cü il sentyabrın 19-da ölkəmizin dövlət qurumlarına məxsus iki nəqliyyat vasitəsinin qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minalara düşərək partlaması nəticəsində polis əməkdaşları, mülki vətəndaşlarımız və hərbi qulluqçularımız həlak olub və yaralanıblar. Həmin gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin başladığı lokal xarakterli antiterror tədbirləri zamanı qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində daxili işlər orqanlarının əməkdaşları yüksək peşəkarlıq göstəriblər. Antiterror əməliyyatı zamanı Daxili İşlər Nazirliyinin (DİN) 20 əməkdaşı şəhidlik zirvəsinə yüksəlib".

Deputat söyləyib ki, Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi olub:

"Təkcə işğaldan azad olunmuş torpaqlarda deyil ölkəmizin bütün ərazilərində daxili işlər orqanlarının əməkdaşları onlara göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsi üçün hüquq-mühafizə orqanları fasiləsiz xidmət apararaq ictimai asayişin qorunmasını və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təmin edirlər. Daxili işlər orqanlarının əməkdaşları bölgədə sabitliyin möhkəmləndirilməsinə, eləcə də keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışı üçün zəruri şəraitin yaradılmasına töhfələrini verirlər".

Deputat vurğulayıb ki, bu gün Azərbaycan polisi təkcə cinayət deyil, kibercinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq və digər təhlükələrə qarşı da qətiyyətli mübarizə aparır:

Hazırda cinayətkarlıqla mübarizədə, xüsusən informasiya texnologiyalarından, sosial şəbəkələrdən istifadə edilməklə törədilən cinayətlərin açılması və belə hüquqazidd əməllərə yol verən şəxslərin məsuliyyətə cəlb olunmaları işinin daha da gücləndirilməsi üçün əməliyyat-texniki tədbirlərin dairəsi genişləndirilir. COP29, WUF13 kimi qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi də ölkəmizdə təhlükəsizlik sisteminə olan etimadın göstəricilərindən biri kimi qiymətləndirilir. Eləcə də ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə iştirak edən qonaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı böyük yük polislərimizin üzərinə düşür. Bir sözlə ölkəmizdə sabitliyin və ictimai təhlükəsizliyin qorunması istiqamətində əldə olunan uğurlar Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı həm də ölkəmizə göstərilən etimadı doğrultmağa böyük töhfə verir.108 illik şərəfli tarixə malik Azərbaycan polisi bu gün də öz peşə borcunu layiqincə yerinə yetirərək dövlətin, xalqın və qanunun keşiyində dayanır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 296   Tarix: 02 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəblilərin davranışına nəzarət: intizam və tərbiyə arasında düzgün balans

Məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı təhsil müəssisəsi deyil, eyni zamanda uşağın şəxsiyyət kimi yetişdiyi mühüm sosial mühitdir. Şagirdin dərsə münasibəti, müəllim və sinif yoldaşları ilə ünsiyyəti, məktəbin daxili qaydalarına əməl etməsi və məsuliyyətli davranışı onun gələcək sosia

16 sentyabr
.

Təranə Paşayeva: "Tələbənin psixoloji rifahı onun təhsil uğurunun mühüm tərkib hissəsidir" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında üçillik əməkdaşlıq memorandumu imzalanıb. Memorandum təhsil alan gənclərin psixoloji rifahının dəstəklənməsi, psixoloji maarifləndirmənin genişləndirilməsi və gənclərin fərdi inkişafına yönəlmiş əməkdaşlığın gücləndirilməsin

16 sentyabr
.

Karantin rejimi yanvara qədər uzadıldı

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılıb. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qeyd edə

17 sentyabr
.

Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"

Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya

16 sentyabr
.

Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı

Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə

17 sentyabr
.

"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO

Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini

16 sentyabr
.

TƏBİB sədri Adil Rzayevi baş həkim təyin etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada yeni təyinat baş tutub. Əmrə əsasən, Adil Rzayev sözügedə

16 sentyabr
.

Türkiyə-Azərbaycan Universitetində neçə tələbə təhsil alacaq?

2026-2027-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetində (TAU) ümumilikdə 289 tələbənin təhsil alacağı gözlənilir. Bu barədə Qaynarinfo-ya universitetin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu il universitetə 115 nəfəri qəbul olunub. Bu da ötən illə müqayisədə yeni tələbələrin sayınd

16 sentyabr
.

Sabah 35° isti olacaq

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal

16 sentyabr