"Bu gün polislərimiz fədakar qəhrəman, sadiq dost və çətin günlərdə arxalanacaq ən etibarlı dayaq rolunu oynayır"- QHT sədri

"Bu gün polislərimiz fədakar qəhrəman, sadiq dost və çətin günlərdə arxalanacaq ən etibarlı dayaq rolunu oynayır"- QHT sədri"İyulun 2-də Azərbaycan Polisi Günüdür və bu gün Azərbaycan Polisinin yaranmasından 108 il ötür. Azərbaycan polisinin keçdiyi yol özündə müstəqil dövlətçilik tariximizi əks etdirir".

Bunu Sonxeber.az-a danışan "XXI Əsrin Qadınları" İctimai Birliyin sədri Mahirə Əmirhüseynova bildirib.

Mahirə Əmirhüseynova qeyd edib ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın həm müstəqlliyimizin qorunmasında, həm də erməni təcavüzünə qarşı mübarizədə Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb:

"Xüsusilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşmüşdür. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə daxili işlər orqanlarının fəaliyyəti daim diqqət mərkəzində saxlanılmışdır. Ümummilli Liderin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunmuşdur. Bu fərman ulu öndər Heydər Əliyevin polislərə verdiyi dəyərin sübutudur. Həm də bu qərar müstəqillik dövründə daxili işlər orqanlarının ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasındakı misilsiz xidmətləri ilə yanaşı, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədəki rolunu da daha da möhkəmləndirmişdir.

Şəxsi heyətin milli ruhda formalaşması 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə qarşı ilk rəşadətli müqaviməti milis qüvvələrinin göstərməsi ilə özünü büruzə verdi; sonrakı dövrlərdə isə bu missiyanı Daxili Qoşun hissələri davam etdirdi. Birinci Qarabağ müharibəsində polis əməkdaşları və hərbi qulluqçular daim ön cəbhədə vuruşmuş, döyüşlərdə 1700-ə yaxın şəxsi heyət şəhidlik zirvəsinə ucalmış, 1710 nəfər isə yaralanmışdır. Göstərilən şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər isə orden və medallara layiq görülmüşdür".

QHT sədri vurğulayıb ki, müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti uğurla davam etmişdir:

"Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi kimi vacib vəzifələri yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olmuş, 2640 nəfər isə xəsarət almışdır. Bu rəqəmlər də orqanların qarşılaşdığı çətinlikləri və onların xalqın təhlükəsizliyi yolunda hansı fədakarlıqla çalışdığını açıq şəkildə göstərir.

Bu gün Azərbaycan polisi cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrilib. İstər gecə, istər gündüz, istər böyük şəhərlərin səs-küylü küçələrində, istərsə də ucqar dağ kəndlərinin sakit yollarında polis əməkdaşları hər an vətəndaşların təhlükəsizliyini təmin etmək üçün növbətçidirlər. Onlar təkcə cinayətkarlıqla mübarizə aparmır, həm də insanların gündəlik həyatında qarşılaşdıqları min bir çətinliyə qarşı ilk yardım əlini uzadırlar. Baş verən güclü təbiət hadisələri - sel suları, zəlzələlər, güclü qar yağışları və ya qasırğalar zamanı polis əməkdaşları ilk saniyələrdən hadisə yerinə yetişərək insanların təhlükəsiz ərazilərə köçürülməsini təmin edir, itkin düşənlərin axtarışına başlayır, yolların açılması və zəruri yardımın çatdırılması üçün bütün güclərini səfərbər edirlər. Həmçinin, sadə vətəndaşların itkin düşən ailə üzvlərinin tapılmasından tutmuş, itən ev heyvanlarının sahiblərinə qaytarılmasına, avtomobil qəzalarında yaralananların xilas edilməsindən, yaşlı və tənha insanlara göstərilən gündəlik köməyə, hətta uşaqların evdən çıxıb yolunu azması hallarına qədər ən xırda görünən məsələlərdə belə polis əməkdaşları peşəkarlıqla, həssaslıqla və insanpərvərliklə müdaxilə edirlər. Onların xidməti sadəcə peşə borcu deyil, həm də ürəkdən gələn xalqa xidmət çağırışıdır. Çətin anlarda insanların ilk ağlına gələn "polis çağıraq" ifadəsi bu quruma olan etimadın ən parlaq sübutudur. Beləliklə, müasir polis həm fədakar qəhrəman, həm sadiq dost, həm də çətin günlərdə arxalanacaq ən etibarlı dayaq rolunu oynayır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 509   Tarix: 02 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəblilərin davranışına nəzarət: intizam və tərbiyə arasında düzgün balans

Məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı təhsil müəssisəsi deyil, eyni zamanda uşağın şəxsiyyət kimi yetişdiyi mühüm sosial mühitdir. Şagirdin dərsə münasibəti, müəllim və sinif yoldaşları ilə ünsiyyəti, məktəbin daxili qaydalarına əməl etməsi və məsuliyyətli davranışı onun gələcək sosia

16 sentyabr
.

Təranə Paşayeva: "Tələbənin psixoloji rifahı onun təhsil uğurunun mühüm tərkib hissəsidir" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında üçillik əməkdaşlıq memorandumu imzalanıb. Memorandum təhsil alan gənclərin psixoloji rifahının dəstəklənməsi, psixoloji maarifləndirmənin genişləndirilməsi və gənclərin fərdi inkişafına yönəlmiş əməkdaşlığın gücləndirilməsin

16 sentyabr
.

Karantin rejimi yanvara qədər uzadıldı

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılıb. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qeyd edə

17 sentyabr
.

Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"

Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya

16 sentyabr
.

Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı

Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə

17 sentyabr
.

"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO

Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini

16 sentyabr
.

TƏBİB sədri Adil Rzayevi baş həkim təyin etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada yeni təyinat baş tutub. Əmrə əsasən, Adil Rzayev sözügedə

16 sentyabr
.

Türkiyə-Azərbaycan Universitetində neçə tələbə təhsil alacaq?

2026-2027-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetində (TAU) ümumilikdə 289 tələbənin təhsil alacağı gözlənilir. Bu barədə Qaynarinfo-ya universitetin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu il universitetə 115 nəfəri qəbul olunub. Bu da ötən illə müqayisədə yeni tələbələrin sayınd

16 sentyabr
.

Sabah 35° isti olacaq

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal

16 sentyabr