"Süni intellektin dövlət və cəmiyyət həyatına inteqrasiyası da əsas prioritetlərdəndir" - DEPUTAT
"Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı Azərbaycanın rəqəmsal iqtisadiyyat quruculuğunda yeni mərhələyə keçidini ifadə edir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, 2026-2028-ci illər üçün Fəaliyyət Planının əsas məqsədi dövlət xidmətlərinin vətəndaşa daha sürətli və daha əlçatan formada təqdim olunmasıdır:
"Bu strateji sənəd yaxın üç il ərzində ölkənin texnoloji mənzərəsini dəyişdirəcək. Eləcə də bu Fəaliyyət Planı kompleks tədbirləri və strateji hədəfləri özündə birləşdirir. Eyni zamanda dövlət idarəetməsinin optimallaşdırılması, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yüksəldilməsi və iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılması əsas hədəflər kimi müəyyən edilib. Bundan əlavə biznes üçün önəmi böyükdür. Bele ki, rəqəmsal xidmətlərin genişlənməsi, açıq məlumatlardan istifadə, startap və innovasiya ekosisteminin inkişafı, İKT ixracının təşviqi qeyri-neft sektorunda əlavə dəyərin artmasına xidmət edəcək. Ən önəmlisi isə bütün bu imkanlardan istifadə sahibkarların xərcini və vaxt itkisini xeyli azaıdacaq. Bir sözlə bu platforma vətəndaş üçün rahat xidmətlə yanaşı həm də dövlət üçün səmərəli idarəetmə və rəqabətqabiliyyətli iqtisadiyyat deməkdir".
Deputat söyləyib ki, rəqəmsal inkişafın əsas yeniliklərindən biri dövlət xidmətlərinin təqdim edilməsində pərakəndəliyin aradan qaldırılması və vahid mərkəzləşdirilmiş sistemə keçiddir:
"Belə ki, bütün rəqəmsal dövlət xidmətləri, o cümlədən sənədlər yalnız "mygov" və "mygov Biznes" platformaları vasitəsilə vətəndaşlara və sahibkarlara təqdim olunacaq. Ayrı-ayrı qurumların fərdi portal və mobil tətbiqləri ləğv edilərək vahid ekosistemdə birləşdiriləcək ki, bu da xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.
Müasir texnologiyaların, xüsusilə süni intellektin dövlət və cəmiyyət həyatına inteqrasiyası da əsas prioritetlərdəndir. Bu istiqamətdə yüksəksəviyyəli hesablama infrastrukturunun qurulması və xidmətlərin süni intellekt əsaslı həllərlə təkmilləşdirilməsi nəzərdə tutulur. Vətəndaşlara 24/7 rejimində xidmət göstərəcək virtual köməkçilərin tətbiqi genişləndiriləcək, "Tənzimləyici test mühiti"ndə uğurla sınaqdan keçmiş süni intellekt həllərinin ölkə miqyasında tətbiqi üçün hüquqi baza formalaşdırılacaq və uğurlu modellərin dövlət xidmətlərinə tam inteqrasiyası təmin ediləcək.
Rəqəmsal mühitdə kibertəhlükəsizliyin təmin edilməsi üçün milli kibertəhlükəsizlik ekosistemi də gücləndiriləcək. Kiberhücumlara qarşı dayanıqlı müdafiə, onların nəticələrinin təhqiqatı və aradan qaldırılması fəaliyyətinin koordinasiyası üçün Milli Təhlükəsizlik Əməliyyatları, Milli Kiberinsidentlərə qarşı Mübarizə və rəqəmsal sahədə təhqiqat fəaliyyəti üzrə ixtisaslaşmış mərkəzlərin yaradılması planlaşdırılır. Bütün dövlət xidmətlərinin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası və dövlət informasiya ehtiyatlarının və sistemlərinin "Hökumət buludu"na keçidinin yekunlaşdırılması informasiya təhlükəsizliyini, o cümlədən kibertəhlükəsizliyi artıracaq. Bu yanaşma Azərbaycanın dövlət idarəçiliyi və iqtisadi modelində tam rəqəmsal transformasiyanın yeni mərhələsini əks etdirir. Bir sözlə bu Fəaliyyət Planı strateji baxış, prioritetləri və icra mexanizmlərini vahid idarəetmə modelində cəmləşdirəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Bu ölkədə 10 avroya dağ havası satılır
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır