"Məqsəd Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahəsində regionun aparıcı ölkələrindən birinə çevirməkdir"- Deputat

"Məqsəd Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahəsində regionun aparıcı ölkələrindən birinə çevirməkdir"- Deputat"29 iyun tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Prezident İlham Əliyevin 2026-2028-ci iilər rəqəmsal inkişafın sürətləndirilməsi ilə bağlı imzaladığı strategiyasının icrası ilə bağlı verdiyi tapşırıqların yerinə yetirilməsi və qarşıda duran vəzifələr geniş müzakirə olundu. Bu, ölkəmizdə rəqəmsal transformasiyanın yeni mərhələyə keçdiyini göstərən mühüm hadisədir".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.

Deputat qeyd edib ki, artıq rəqəmsal inkişaf, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin formalaşdırılması istiqamətində Yol Xəritəsi hazırlanıb, 2026-2028-ci illəri əhatə edən Fəaliyyət Planında konkret hədəflər müəyyənləşdirilib:

"Məqsəd Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahəsində regionun aparıcı ölkələrindən birinə çevirməkdir.
Bu baxımdan vətəndaş və biznes subyektlərinin dövlət xidmətlərinə vahid platforma - "mygov" və "mygov biznes" üzərindən çıxışının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bütün dövlət qurumlarının bu platformalara inteqrasiyası nəticəsində xidmətlər daha operativ, şəffaf və əlçatan olacaq. Vətəndaşlar və sahibkarlar müxtəlif qurumlara ayrıca müraciət etmədən, tələb olunan xidmətləri vahid rəqəmsal mühitdə əldə edə biləcəklər. Bu isə həm vaxt itkisini, həm də bürokratik prosedurları əhəmiyyətli dərəcədə azaldacaq.

Eyni zamanda, dövlət qurumları arasında məlumat mübadiləsinin tam rəqəmsallaşdırılması təkrar sənəd təqdim edilməsi hallarını minimuma endirəcək, qərarların qəbulunu sürətləndirəcək və dövlət xidmətlərinin keyfiyyətini daha da yüksəldəcək. Mərkəzləşdirilmiş data infrastrukturunun yaradılması informasiya təhlükəsizliyinin gücləndirilməsinə və dövlət idarəçiliyində səmərəliliyin artırılmasına da mühüm töhfə verəcək".

Deputat vurğulayıb ki, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin açıqladığı kimi, 2026-2028-ci illər üzrə Fəaliyyət Planı 58 təşəbbüsü əhatə edir:

"Bu istiqamətdə 40 dövlət qurumu ilə yol xəritələri hazırlanıb, onlardan 13-ü artıq təsdiqlənib və ya təsdiq mərhələsindədir. Bu, dövlət qurumları arasında koordinasiyanın daha da gücləndiyini göstərir.
Son üç ay ərzində "mygov" platformasının istifadəçilərinin sayının 2,7 milyondan 3,5 milyona yüksəlməsi vətəndaşların rəqəmsal xidmətlərə olan etimadının və marağının artdığını nümayiş etdirir. Bu dinamika onu göstərir ki, həyata keçirilən islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır və öz real nəticələrini verməyə başlayıb.
Hesab edirəm ki, dövlət xidmətlərinin "mygov" və "mygov biznes" platformalarında vahid şəkildə təqdim olunması dövlət idarəçiliyində çevikliyi, şəffaflığı və hesabatlılığı daha da artıracaq, vətəndaş məmnuniyyətinin yüksəlməsinə, sahibkarlıq mühitinin yaxşılaşmasına və Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 717   Tarix: 02 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəblilərin davranışına nəzarət: intizam və tərbiyə arasında düzgün balans

Məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı təhsil müəssisəsi deyil, eyni zamanda uşağın şəxsiyyət kimi yetişdiyi mühüm sosial mühitdir. Şagirdin dərsə münasibəti, müəllim və sinif yoldaşları ilə ünsiyyəti, məktəbin daxili qaydalarına əməl etməsi və məsuliyyətli davranışı onun gələcək sosia

16 sentyabr
.

Təranə Paşayeva: "Tələbənin psixoloji rifahı onun təhsil uğurunun mühüm tərkib hissəsidir" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında üçillik əməkdaşlıq memorandumu imzalanıb. Memorandum təhsil alan gənclərin psixoloji rifahının dəstəklənməsi, psixoloji maarifləndirmənin genişləndirilməsi və gənclərin fərdi inkişafına yönəlmiş əməkdaşlığın gücləndirilməsin

16 sentyabr
.

Karantin rejimi yanvara qədər uzadıldı

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılıb. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qeyd edə

17 sentyabr
.

Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"

Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya

16 sentyabr
.

Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı

Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə

17 sentyabr
.

"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO

Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini

16 sentyabr
.

TƏBİB sədri Adil Rzayevi baş həkim təyin etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada yeni təyinat baş tutub. Əmrə əsasən, Adil Rzayev sözügedə

16 sentyabr
.

Türkiyə-Azərbaycan Universitetində neçə tələbə təhsil alacaq?

2026-2027-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetində (TAU) ümumilikdə 289 tələbənin təhsil alacağı gözlənilir. Bu barədə Qaynarinfo-ya universitetin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu il universitetə 115 nəfəri qəbul olunub. Bu da ötən illə müqayisədə yeni tələbələrin sayınd

16 sentyabr
.

Sabah 35° isti olacaq

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal

16 sentyabr