"Hazırda Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır"- Ağarəhim Baxışov

"Hazırda Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır"- Ağarəhim BaxışovAvropa Komissiyasının sədri Ursula fon der Lyayenin Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Tarizə nəzər salsaq görərik ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlıq Memorandumu imzalanmışdı. bu ilin martında Avropa İttifaqı Şurasının Prezidenti cənab Koşta, may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kaya Kallas ökəmizdə rəsmi səfərdə olublar. Bu da öz növbəsində Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələdə olduğunun göstəricisidir.

Həmin səfər zamanı Avropa Komissiyasının sədri Azərbaycanı Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi xarakterizə etmişdi: "Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin daha da dərinləşdirilməsində maraqlıdır. Avropa İttifaqı ölkəmizin ən böyük ticarət tərəfdaşıdır. Hazırda Azərbaycan Avropa İttifaqına üzv olan ondan çox ölkəyə təbii qaz ixrac edir. Bununla yanaşı, Azərbaycan Avropanın bir çox ölkələri ilə yalnız enerji sahəsində deyil, həmçinin nəqliyyat-logistika, yaşıl enerji, müdafiə sənayesi, ticarət və iqtisadiyyat istiqamətlərində də uğurlu əməkdaşlıq həyata keçirir.

Birgə görüşlərdən sonra mətbuat konfransında çıxış edən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilk növbədə, əlbəttə ki, bu regionda baş verən məsələ - cərəyan edən proses sülh prosesi olduğunu bildirib və tarixi sülh sazişinin parafladığına görə Prezident İlham Əliyevi təbrik edib. "Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin və bu da sabitlik, etimad və birgə firavanlıq üçün yol açır", - deyə o qeyd edib.
Ursula Fon der Lyayen deyib ki, biz sülhü kağız üzərində deyil, real həyatda tətbiq etməyə hazırıq və bu gün də, hər gün bu istiqamətdə çalışmalıyıq. "Biz bağlantı vasitəsilə sülhü təşviq etmək istərdik", - deyə Avropa Komissiyasının Prezidenti vurğulayıb.

Xanım Ursula Fon der Lyayen Azərbaycanın regional sabitliyi və inkişafı irəli apara bilən nadir ölkələrdən olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan özünün strateji əhəmiyyətini və regional nüfuzunu artırır. Bu gün Azərbaycanla Avropa İttifaqı bağlantı sahəsində də yüksəksəviyyəli dialoq həyata keçirir.

Enerji sahəsinin Azərbaycan ilə AŞ arasında tərəfdaşlığın ən vacib sütunlarından biri olduğu qeyd edilib. Vurğulanıb ki, son dövrdə Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu sübut edib. AŞ Prezidenti bildirib ki, Azərbaycan bərpaolunan enerji layihələri icra edir. "Sizin Xəzər dənizində böyük potensialınız var və Azərbaycan təmiz enerji üçün də regionda qovşaq rolunu oynaya bilər", - deyə o əlavə edib.

Görüşdə gələcəkdə Azərbaycanla Avropa İttifaqı arasında ticarətin genişləndirilməsinə toxunulub. Bildirilib ki, Avropa İttifaqı artıq Azərbaycanın ən böyük sərmayəçisi və ticarət tərəfdaşıdır. Bu əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərin artırılması qərara alınıb.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib ki, AŞ "Qlobal Qapılar" Sərmayə Proqramı vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal keçidlərə 200 milyon avroya qədər qrant şəklində sərmayə yatıracağdır. Bunun dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər vəsaitləri cəlb etmək potensialı var. Layihələrə Naxçıvandan keçən dəmir yolu bağlantısı və ya Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər.
Eyni zamanda mətbuata açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal, dinamik dialoqun olduğunu qeyd edib. Ölkə başçısı Azərbaycanın Avropa Komissiyası ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır.

Hazırda Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Dövlətimizin başçısı öz çıxışında vurğulayıb ki, ticarətin 70 faizdən artığı məhz Azərbaycanın payına düşür.
Bu gün Azərbaycanın qaz ixracının yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür. Belə ki, Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz idxal edir və bu coğrafiyanın genişləndirilməsi üçün imkanlar vardır.
Görüş zamanı xüsusi vurğulanıb ki, enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir. Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Azərbaycan bir çox siyasi, diplomatik səylər göstərmişdir və maliyyə yatırımları etmişdir ki, müvafiq infrastruktur yaradılsın və bizim neft-qaz resurslarımız Avropaya yönlənsin. Cənub Qaz Dəhlizi bizim birgə fəaliyyətimizin nəticəsidir".

Beləliklə, Ursula fon der Lyayenin Azərbaycana növbəti səfəri xüsusi əhəmiyyət kəsb edir. Bu səfər onu göstərir ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunu strateji əhəmiyyətə malik məkan kimi qiymətləndirir, region ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə siyasi dialoqu davam etdirmək niyyətindədir.Hesab edirəm ki, bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olacaq. Tərəflər arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək.

Ağarəhim Baxışov - Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 318   Tarix: 03 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Otuz ildən Zəfərə, Zəfərdən Suverenliyə

Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab

17 sentyabr
.

Sabah 35° isti olacaq

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal

16 sentyabr
.

Alla Axundova vəfat etdi

Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad

17 sentyabr
.

Təranə Paşayeva: "Tələbənin psixoloji rifahı onun təhsil uğurunun mühüm tərkib hissəsidir" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında üçillik əməkdaşlıq memorandumu imzalanıb. Memorandum təhsil alan gənclərin psixoloji rifahının dəstəklənməsi, psixoloji maarifləndirmənin genişləndirilməsi və gənclərin fərdi inkişafına yönəlmiş əməkdaşlığın gücləndirilməsin

16 sentyabr
.

TƏBİB sədri Adil Rzayevi baş həkim təyin etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada yeni təyinat baş tutub. Əmrə əsasən, Adil Rzayev sözügedə

16 sentyabr
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16 sentyabr
.

Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir

Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v

16 sentyabr
.

Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı

Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə

17 sentyabr
.

Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq

"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə

16 sentyabr