Azərbaycan-Avropa İttifaqı münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

Azərbaycan-Avropa İttifaqı münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyubQlobal geosiyasi reallıqların sürətlə dəyişdiyi bir dövrdə Avropa İttifaqı enerji mənbələrinin və nəqliyyat marşrutlarının şaxələndirilməsi siyasətini sistemli şəkildə davam etdirir. Bu strategiyada Azərbaycanın rolu ildən-ilə daha da artır. Əgər bir neçə il əvvəl əməkdaşlığın əsas istiqaməti təbii qaz ixracı idisə, bu gün tərəfdaşlıq daha geniş və uzunmüddətli strateji məzmun alıb.

Azərbaycan Avropa İttifaqının yalnız etibarlı enerji təchizatçısı deyil, həm də qitənin yeni enerji və iqtisadi təhlükəsizlik sisteminin formalaşmasında əsas strateji tərəfdaşlardan biri hesab olunur. Aİ-Azərbaycan əməkdaşlığı artıq enerji sektorunun hüdudlarını aşaraq bərpaolunan enerji, yaşıl elektrik enerjisi və gələcəyin enerji mənbəyi hesab olunan yaşıl hidrogen ixracı layihələrini əhatə edir. Eyni zamanda, rəqəmsal infrastrukturun inkişafı, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat-kommunikasiya layihələri və digər strateji istiqamətlər də bu əməkdaşlığın tərkib hissəsinə çevrilib.
Son illər Avropa ilə Mərkəzi Asiya və Çin arasında alternativ ticarət marşrutu kimi formalaşan Orta Dəhliz mövcud geosiyasi şəraitdə getdikcə daha böyük strateji əhəmiyyət qazanır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, son 10-15 ildə ölkədə yaradılmış müasir nəqliyyat infrastrukturu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və logistika sahəsinə qoyulan digər iri investisiyalar ölkəmizi bu marşrutun əsas həlqəsinə çevirib. Bu gün Azərbaycan artıq Avrasiyanın ən mühüm tranzit və logistika qovşaqlarından birinə çevrilməkdədir.

Bu, təkcə tranzit gəlirlərinin artması demək deyil. Eyni zamanda, xarici investisiyaların genişlənməsi, beynəlxalq ticarətin inkişafı və Azərbaycanın qlobal təchizat zəncirlərində mövqeyinin daha da güclənməsi deməkdir.
44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin qazandığı tarixi Zəfər təkcə torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnmədi. Bu tarixi Zəfər, eyni zamanda, Cənubi Qafqazın geosiyasi və geoiqtisadi əhəmiyyətini əhəmiyyətli dərəcədə artırdı, regionu beynəlxalq enerji, nəqliyyat və ticarət marşrutlarının kəsişdiyi strateji məkan kimi daha da ön plana çıxardı.

Zəfərimizin Cənubi Qafqaza gətirdiyi iqtisadi əhəmiyyət xüsusilə vurğulanmalıdır. Çünki dayanıqlı sülhün təmin olunması yeni nəqliyyat kommunikasiyalarının açılmasına, regional ticarətin genişlənməsinə, iri infrastruktur layihələrinin həyata keçirilməsinə və milyardlarla investisiyanın cəlb edilməsinə geniş imkanlar yaradıb.
Nəticədə regionun investisiya cəlbediciliyi artıb, beynəlxalq iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaranıb və Cənubi Qafqaz qlobal enerji, logistika və ticarət marşrutlarının strateji mərkəzlərindən biri kimi dünya siyasi-iqtisadi gündəmində daha mühüm yer tutmağa başlayıb.

Bu gün Avropa İttifaqı Azərbaycanla münasibətlərin inkişafını özünün uzunmüddətli iqtisadi və geosiyasi strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirir. Azərbaycan Avropa üçün enerji təhlükəsizliyinin təmin edilməsində, alternativ nəqliyyat marşrutlarının inkişafında, rəqəmsal əlaqəliliyin gücləndirilməsində və yaşıl iqtisadiyyatın təşviqində əsas tərəfdaşlardan biridir. Eyni zamanda, ölkəmiz Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsində də mühüm tərəfdaş kimi çıxış edir.

Avropa Komissiyasının prezidentinin Bakıya səfəri Avropa İttifaqının strateji əhəmiyyətə malik Cənubi Qafqaz regionunda uzunmüddətli iştirakını və mövqeyini daha da gücləndirmək niyyətinin aydın göstəricisidir. Bu isə həm də Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir.
Artıq söhbət yalnız enerji əməkdaşlığından deyil, genişmiqyaslı strateji tərəfdaşlıqdan gedir.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 471   Tarix: 03 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alla Axundova vəfat etdi

Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad

17 sentyabr
.

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli

16 sentyabr
.

Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq

"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə

16 sentyabr
.

Şəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA

Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndiril

17 sentyabr
.

"Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?

Şəmkir rayonunun Xuluf kəndində baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, ailədə tez-tez mübahisələr yaranırmış. Ev sahibi Nəzakət İsmayılova iddia edir ki, oğlu Rauf Vəliyev onunla mübahisə edir və ona fiziki təzyiq göstərirmiş:

17 sentyabr
.

Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır

Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd

16 sentyabr
.

İş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlam

17 sentyabr
.

Əhdiman və dostu sərbəst buraxıldı

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala

16 sentyabr
.

Metro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı

"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr

17 sentyabr